İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Qosqoca Müsavat Partiyası 25 namizədlə seçkiyə qatıldı, amma... - NƏ BAŞ VERİR?
Tarix: 6-09-2024, 12:39 | Çap et
Qosqoca Müsavat Partiyası 25 namizədlə seçkiyə qatıldı, amma...
1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərinə 25 namizədlə qatılan Müsavat Partiyası Milli Məclisdə təmsilçilik qazana bilməyib. Partiyadan verilən bəyanatda bunun səbəbi kimi seçkilərin ədalətli və şəffaf keçirilmədiyi göstərilir. Partiyanın Məclis sədri Arif Hacılı həm iqtidarı, həm də seçkiyə qatılmayan müxalifəti ittiham edərək onları Müsavata qarşı əks-təbliğatda qınayıb.

Seçki dairələri üzrə apardığımız araşdırmalar göstərir ki, Müsavatdan olan namizədlərin heç biri mandat əldə edən hakimiyyət nümayəndələrinə, eləcə də digər namizədlərə real alternativ ola bilməyib. MSK-nın təqdim etdiyi seçki tablosunun dairələr üzrə reallığı nə dərəcə əks etdirdiyi haqda birmənalı fikir söyləmək çətindir. Əlbəttə, burada müxalifət nümayəndələrinin haqlı olduğu bir çox məqamları qeyd etmək olar. Amma ümumilikdə müsavatçı namizədlərin təşviqat dövründəki sönük performansları, cəmiyyətdə seçki əhvalı, müsbət dinamika yarada bilmədikləri də reallıqlardan biridir. Müsavatçı namizədlərin əksəriyyəti qeydə alındıqları seçki dairələrində, sosial şəbəkələrdə aktiv seçki kampaniyası aparmayıb. Burada namizədlərə yaradılan müəyyən maneələr, əngəllər də rol oynaya bilərdi, amma Müsavatın obyektiv-subyektiv səbəblərdən əvvəlki siyasi imkanlarından əsər-əlamət qalmadığını da qeyd etmək qərəzli olmazdı.

Məsələn, 1 sentyabr seçkilərində partiya Naxçıvan MR-dəki 6 seçki dairəsinin heç birindən namizəd irəli sürməyib. Beləliklə, 300-minə yaxın seçici ilə - müsavatçıların seçki şüarlarının təbirincə desək, vətəndaşlarla ünsiyyət qurmaq imkanından istifadə etməyib, yaxud sadəcə buna resursları çatmayıb.

Bakı şəhəri üzrə təqribən 1.6 milyon seçicini əhatə edən 30 seçki dairəsindən isə Müsavat cəmi 6 namizəd irəli sürə bilib. Ölkənin siyasi mərkəzində belə zəif performans göstərmək, şübhəsiz ki, təkcə iqtidarın yaratdığı siyasi maneələrlə bağlı deyil.

Ölkənin ikinci böyük şəhəri olan Gəncəni əhatə edən 4 dairənin də cəmi 2-sində müsavatçı namizəd seçkiyə qatılıb. Bu rəqəm 4 seçki dairəsinin olduğu Sumqayıt şəhərində isə cəmi 1 nəfər təşkil edir. Beləliklə, Müsavat paytaxtdan sonra ölkənin ən böyük iki şəhərindəki 8 dairədən cəmi 3-də namizədlə iştirak edə bilib.

Bununla yanaşı Müsavat Partiyası vaxtilə güclü sosial bazaya malik Qarabağ və Qərb bölgəsində də azsaylı namizədlərlə seçkiyə qatılıb. Belə ki, partiyanın Qazax, Ağstafa, Tovuz seçki dairələri üzrə namizədi olmayıb, Gədəbəy və Şəmkirdən isə cəmi 2 namizədlə prosesdə iştirak edib.

Qarabağ bölgəsinə gəlincə, Müsavatın 84 saylı Füzuli seçki dairəsindən namizədi, tanınmış vəkil Osman Kazımovun namizədliyi qeydə alınmayıb, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 26-da Cəbrayıl rayonunda düşdüyü ağır yol qəzası nəticəsində vəfat edib. Partiyanın 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən namizədi seçkiyə qatıla bilib.

Məclis sədri Arif Hacılının doğulduğu Zaqatala rayonu (Şimal-Qərb bölgəsindən) də partiya yalnız Şəkinin iki dairəsindən namizəd irəli sürüb. Müsavat Zaqatala, Baləkən, Qəbələ, Oğuz rayonlarının seçiciləri ilə bu kampaniya dövründə təmas qura bilməyib.

MSK-nın saytında müsavatçı namizədlərin aldıqları ümumi səslər qalib elan olunan bir iqtidar namizədinin səsinə bərabərdir – toplam 13729 səs. Amma partiya bəyan edir ki, seçki administrasiyası prosesə qatılanların iştirak fazini, o cümlədən lider namizədlərə yazılan səslərin sayını astronomik şəkildə artırıb.

Qeyd edək ki, MSK parlament seçkilərində iştirak faizinin 37 faizə yaxın olduğunu elan edib. Qalib namizədlərin səsləri isə bəzi istisnalarla 8-16 min aralığında dəyişib. İkinci, üçüncü yeri tutan namizədlərə isə bu rəqəmlərdəndən bir neçə dəfə az səs yazılıb. O cümlədən, Müsavat Partiyasının namizədlərinin əsasən 4-cü yerdən aşağıda qərar tutduqları elan olunub. Belə ki:

8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Mustafa Hacıbəyli - 360 səslə 6-cı yer;

10 saylı Binəqədi üçünü seçki dairəsindən Razim Əmraslanlı - 369 səslə 6-cı yer;

12 saylı Xəzər birinci seçki dairəsindən Almaz Əliqızı - 138 səslə 4-cü yer;

17 saylı Yasamal üçünü seçki dairəsindən Nüşabə Sadıxlı - 358 səslə 6-cı yer;

21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Gülağa Aslanlı - 280 səslə 4-cü yer;

31 saylı Suraxanı ikinci seçki dairəsindən Ərzulla Bulud - 471 səslə 6-cı yer;

38 saylı Gəncə birinci seçki dairəsindən Oqtay Zeynalov - 1063 səslə 4-cü yer;

40 saylı Gəncə üçüncü seçki dairəsindən Mayıl Vəliyev - 1332 səslə dördüncü yer;

43 saylı Sumqayıt ikinci seçki dairəsindən Cavad Cavadlı - 307 səslə 8-ci yer;

69 saylı Biləsuvar seçki dairəsindən Yusif Mehti - 1270 səslə 3-cü yer;

71 saylı Cəlilabad seçki dairəsindən Azər Əsgərov - 499 səslə 5-ci yer:

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Şəmsəddin Əmirov - 891 səslə 4-cü yer;

80 saylı Lerik-Astara seçki dairəsindən Tahir Hüseynov - 175 səslə 9-cu yer;

90 saylı Ağsu seçki dairəsindən Zabit Bədəlov - 344 səslə 6-cı yer;

94 saylı Ucar seçki dairəsindən Zakir İsmayıl - 603 səslə 7 ci yer;

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yusif Namaz - 823 səslə 6-cı yer;

101 saylı Samux-Şəmkir seçki dairəsindən Etibar Əkbərov - 855 səslə 8-ci yer;

104 saylı Gədəbəy seçki dairəsindən Sabir Məmmədov - 1076 səslə 6-cı yer

114 saylı Şəki şəhər seçki dairəsindən Tahir Səfərli - 875 səslə 5-ci yer;

115 saylı Şəki kənd seçki dairəsindən Bakıxan Qəribli - 993 səslə 3-ü yer;

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Hidayət Allahverdi - 647 səslə 7-ci yer.

Beləliklə, Müsavat Partiyasının 1 sentyabrda keçirilmiş növbədənkənar seçkilərdə yaratdığı mənzərə təxminən bundan ibarətdir. Əgər partiyanın seçkilərlə bağlı irəli sürdüyü iddialar həqiqətdirsə, bu resurslarla mənzərə necə olardı, bu artıq başqa araşdırmanın mövzusudur.

“AzPolitika.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru