İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..." - deputat
Tarix: 10-09-2024, 08:59 | Çap et
"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..."
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü dünya ictimaiyyətinin diqqətindədir. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Cənab Prezidentin səfəri zamanı istər COP29-la bağlı İtaliyanın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir. Prezidentin İtaliyaya səfəri və əldə olunan razılaşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir. Avropa İttifaqının və dünyadakı "böyük yeddiliy"in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır. İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər. Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir. Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir.
Millət vəkili, iqtisadçı Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
Deputat vurğulayıb ki, cənab Prezident səfər çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü:

"Bu, Azərbaycanın nəinki İtaliya ilə, həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Dövlət başçımızın Avropa Birliyi ölkələrinə səfərlərin intensivləşməsi və bu qitənin enerji təhlükəsizliyində rolumuzun artması Azərbaycanı etibarlı tərəfdaş olaraq Avropaya daha da yaxınlaşdırır. Azərbaycan-İtaliya münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Azərbaycandan neft və qaz alır. O cümlədən siyasi və humanitar sahələrdə də əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən, işğaldan azad olunmuş ərazilərin yenidən bərpasında da İtaliya, Türkiyədən sonra ikinci yerdədir".
Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yerlə yeksan etdiyi mədəni dini abidələrimizin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı və birgə universitetin fəaliyyətə başlanması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: "Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. Cənab Prezidentin forumdakı çıxışı “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda olmuşdur. Bu mövzu həm regionumuz, həm də Avropa üçün çox vacibdir. Bu baxımdan dövlət başçımızın çıxışı bütün Avropa tərəfindən diqqətlə dinlənilib. Çünki Avropada Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr də vardır. Dövlət başçımız öz çıxışında bir çox vacib məsələləri səsləndirdi. Belə ki, torpaqlarımız işğal altında olduğu 30 ildə ATƏT-in müvafiq qrupun fəaliyyətsizliyi, o cümlədən ərazilərimizdə suverenliyi bərpa etməyimizdən sonra bizə qarşı bəzi dövlətlərin düşməncəsinə hücuma keçməsi, Azərbaycanın Ümumavropa qaz təchizatçısı olduğu və bu gün Avropa Birliyinə daxil 7 ölkəyə qazımızı ixrac etməyimizi, həm də 3 ölkənin qazımızı almağa hazır olduğunu dövlət başçımız xüsusilə vurğuladı. Dövlət başçımızın səsləndirdiyi vacib məsələlərdən biri də beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün vacib olmasıdır. Halbuki torpaqlarımız işğal altında olduğu dövrdə qərb münaqişənin güc yolu ilə həlli olmadığını və ancaq danışıqlar aparılmalı olduğunu bildirirdi. Biz isə reallığı düzgün dəyərləndirdik və beynəlxalq hüququn bərpası üçün güc faktorunun əsas amil olduğunu sübut etdik".
A.Badamov qeyd edib ki, dövlət başçısı Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə məqsədi dünyada sülh və əməkdaşlığın inkişafına xidmət etməkdən ibarət olduğunu qeyd etdi: "O cümlədən Azərbaycan COP29 beynəlxalq konfransını keçirməklə fərqli qitələr arasında körpü yaradacağını xüsusilə vurğuladı. Bu gün dünya nizamı pozulmuşdur. Ölkələrin harada yerləşməsindən asılı olmayaraq qlobal məsələlərin həllində dialoqun qurulması vacib məsələdir. Azərbaycan bu gün qlobal dialoq mərkəzi kimi çıxış edir. Beləliklə, dövlət başçımızın İtaliyaya səfərini Azərbaycanı dünyaya daha da yaxşı tanıtmaq baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru