Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                 

DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?
Tarix: 1-06-2012, 10:32 | Çap et
DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?

В«QASİDВ» MƏTBUAT YAYIMI FIRMASI TƏNƏZZÜLÜN ASTANASINDA

DİA.AZ: - Neçə müddətdir ki, mətbuat yayımı sistemində çox ciddi silkələnmələr müşahidə olunmaqdadır. Bu barədə oxucularımızı dəfələrlə məlumatlandırmışıq və bildirmişik ki, hələ də hansısa dövlət qurumunun sahib çıxmadığı, arxasında kimin dayandığı rəsmən bəlli olmadığı В«Press KöşkВ»lər qəzet yayımı bazarında at oynatmaqdadır. Əslində qəzet yayımı bazarında yox, ərzaq malları bazarında. Sadəcə olaraq, bu köşklərin normal qəzet kökşlərinin yerləşdikləri əraziləri zəbt etməsi qəzet yayımı işini böhranlı həddə çatdırır.

Məlumdur ki, В«Press KöşkВ»lərlə bağlı qalmaqal mətbuatda hələ xeyli müddətdir ki, müzakirə mövzusu olub. Bu köşklərin arxasında birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı söylənilsə də, bu barədə mətbuata şəxsən açıqlama verən PA rəsmisi deyilənləri təkzib etməklə yanaşı, bildirdi ki, В«QasidВ», В«QayaВ» və digər mətbuat yayımı firmalarının köşklərinin yerində qoyulan В«Press KöşkВ»lər əslində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aiddir. Biz də inandıq. Amma sonradan baş verən olaylar Əli Həsənovun verdiyi izahatı ciddi şəkildə şübhəyə aldı.

Məlum oldu ki, Əli Həsənovun Bakı meri Hacıbala Abutalıbovun ayağına yazdığı В«Press KöşkВ»lər Sumqayıt şəhərində də qoyulmağa başlayıb. Burdan isə iki nəticə hasil olurdu. Ya Sumqayıtın ayrıca şəhər statusu ləğv olunub və bu ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib ki, icra başçısı Hacıbala Abutalıbov da həmin prosesdən sonra əldə etdiyi səlahiyyətlərindən istifadə edərək Sumqayıtda da В«Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aid olanВ» (ifadə Əli Həsənova məxsusdur -S.) В«Press KöşkВ»ləri yerləşdirib, ya da ki, sadəcə olaraq Əli Həsənov yalan danışıb. Bu iki versiyadan hansı inandırıcıdır, bunu isə oxucuların öhdəsinə buraxırıq.

İndi isə gələk В«Press KöşkВ»lərin yaradılma məqsədlərinə. Dəfələrlə verdiyimiz məlumatlarda da vurğulamışıq ki, həmin yeni köşklər qoyularkən rəsmi dairələr açıqlama verərək bildirmişdilər ki, bəs onların yerləşdirilməsi zərurəti köhnə köşklərin şəhərin yeniləşən, modernləşən qiyafətinə uyğun gəlməməsi ilə əlaqədardır. Biz buna da inanmaq istərdik. Amma ortada olan dəlillər hətta ən sadəlövh olanımızı belə tərəddüd içinə salır.

Birincisi, ona görə ki, əgər həqiqətən də məsələn, В«QasidВ» mətbuat yayımı firmasının köhnə köşklərinin yerinə daha modern В«Press KöşkВ»lərin yerləşdirilməsində əsas səbəb məhz şəhərin memarlıq imicinin qorunması ilə bağlı idisə, o zaman nədən belə bir tələb köşkləri yığışdırılan firmalar qarşısında qoyulmadan, onların köşklərinin əraziləri tamam başqa və yeni bir firmaya verilir? Yəni ola bilərdi ki, eyni tələbi - yeniləşmə, modernləşmə tələbini В«QasidВ» firmasının rəhbərliyinin qarşısında da səsləndirərdilər və həmin firmanın rəhbərliyi də köşklərini müasir standartlara uyğunlaşdırardı. Deməli, burada məqsəd tamam fərqlidir.

Digər tərəfdən, bu gün adı qəzet yayımı ilə bağlı olan həmin köşklərdə qəzet yerinə meyvə-tərəvəzin satılması faktı da təsdiqləyir ki, məqsəd tamam başqadır. Bu yolla sırf olaraq satış üzərində dayanan qəzetlərin fəaliyyəti məhdudlaşdırılır. Əgər qəzetlərin oxucu ilə təmasda ən böyük vasitə olan yayım siyasəti iflasa uğrayırsa, sadə dillə desək, qəzetlər satışa çıxmırsa, bu aşkar surətdə mətbuatın məhvi anlamını daşıyır.

Bu bir faktdır ki, bu gün В«Press KöşkВ»lərdə qəzetdən daha çox qəzetçiliyə aidiyyatı olmayan mallar müştəriyə təqdim olunur. Qəzetlər mininci dərəcəli mal kimi yeni köşklərin piştaxtalarında yer alıb. Hətta Bakının elə əraziləri var ki, həmin yerlərdə qoyulmuş yeni В«Press KöşkВ»lərdə ümumiyyətlə, qəzetlər satılmır. Konkret olaraq Bakıxanov ərazisini göstərə bilərik. Oxucularımız da dəfələrlə şikayətləniblər ki, əvvəllər həmin ərazidə В«QasidВ» firmasının köşkü yerləşirdi və onlar asanlıqla istədikləri qəzeti əldə edirlər. İndi isə qəzet köşkündən evlərinin ərzaq bazarlıqlarını edirlər. Bu bilirsinizmi nəyə bənzəyir? Elə bil ki, aptekdən maşınlarımız üçün ehtiyat hissələri alırıq…

Beləcə, ortalıqda müxtəlif bəhanələr olsa da, yeni, modern, dəbdəbəli В«Press KöşkВ»lərin tədrici olaraq köhnə yayım firmalarının ərazilərini zəbt etməsinin əslində, mətbuata qarşı aparılan bir kampaniya oluduğu bir faktdır. Yuxarıda da vurğuladıq ki, kimlərinsə В«köhnə köşklər şəhərin görünüşünü pozurduВ» kimi sırf В«obıvatelВ» təfəkkürünə hesablanmış açıqlamaları çox mənasız görünür. Əgər həqiqətən də yeganə səbəb budursa, o zaman bir neçə il əvvəl fəaliyyətinə qadağa qoyulmuş В«ÇaparВ» mətbuat yayımı firmasının günahı nə idi? Hər kəs xatırlayır ki, həmin firmanın köşkləri hətta indiki tələblər çərçivəsində də kifayət qədər modern hesab olunurdu. Halbuki üzərindən illər keçib. Amma В«ÇaparВ» firması fəaliyyətini dayandırdı. Və burada əsas üzərində dayanılası məqam isə odur ki, modernləşmə tələbi əraziləri yeni köşklər tərəfindən zəbt olunan firmaların rəhbərliyi qarşısında da qoyula bilərdi. Daha onların köşklərinin yeri yeni firmaya verilməzdi.

Təbii ki, burada digər vacib məqamlardan biri də pul qazanma ehtirasıdır. Bu bir faktdır ki, əslndə minimarket kimi (bəziləri hətta В«ovoşnoyВ»u xatırladır -S.) fəaliyyət göstərən yeni В«Press KöşkВ»lərin biri Bakı ərazisində 10 min manata satılır. Yəni ilk başdan 10 min manat pul verməlisən ki, belə bir dükan əldə edə biləsən. Bu da son deyil. Bundan əlavə, köşkü alan şəxs yerinə görə aylıq olaraq 1000-2000 manat haqq ödəməlidirlər. Həmin pulların isə Əli Həsənovun adamları tərəfindən yığıldığı bildirilir. Elə bunun özü də bir səbəb də ki, Əli Həsənovun Hacıbala Abutalıbova В«perevodВ» etməyə cəhd etdiyi yeni köşklərin arxasında dayanan qüvvə barədə təsəvvür yaradasan.

Daha bərbad durum isə Sumqayıt şəhərində cərəyan edir. Elə bir neçə gün əvvəl də bu barədə oxucularımızı məlumatlandırmışdıq. Belə ki, Sumqayıtdan redaksiyamıza edilən müraciətlərdə bildirilirdi ki, yerli şəhər icra hakimiyyətinin rəhbərliyi В«QasidВ» firmasının köşklərini yığışdıraraq onların yerinə В«Press KöşkВ»ləri yerləşdirir. Və hər bir yeni köşk də 17 min manata satışa çıxarılır. Diqqət yetirin, Bakıda 10 min manata olan köşklər, daha dəqiqi, minimarketlər Sumqayıtda 17 min manatadır. Bildirilir ki, burada alınan 17 min manatın təmiz 10 min manatı Bakıdakı adama - yəni Əli Həsənovun adamına ötürülür. 5 min manat isə Sumqayıtın icra başçısı Eldar Əzizova çatır. Yerdə qalan 2 min manat isə aradakı xırda məmurlar tərəfindən bölüşdürülür. Amma aylıq haqq məsələsində Sumqayıtda durum bir az ürəkaçandır. Bakıdan fərqli olaraq yeni minimarketləri işlədən şəxslər obyektlərinin ərazisinə uyğun olaraq 700-1000 manat arası aylıq haqq ödəyirlər.

İndi isə gələk əsas məqama. Yeni köşklərin qoyulması ilə köhnədən fəaliyyətdə olan mətbuat yayımı firmalarının çökdürülməsi siyasətinə. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, В«Press KöşkВ»lərin bir nömrəli hədəfi olan В«QasidВ» mətbuat yayımı firması artıq can üstündədir və firma hətta belə davam edərsə, fəaliyyətini durdura bilər. Bu barədə danışan mənbəmiz bildirir ki, mərhum prezident Heydər Əliyevin zamanında sayğı ilə yanaşdığı böyük ocağın nümayəndəsi, millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi В«QasidВ» firması əslində qəzet bazarında mətbuatın bir nömrəli dayağı hesab olunurdu.

Amma təkcə son iki ayda В«QasidВ» firmasının onlarla köşkü ləğv edilərək, onların yerində yeni В«Press KöşkВ»lər yerləşdirilib. Təbii ki, bu həm firmanın maliyyə siyasətinə vurulan zərbədir və həm də onlarla ailənin ac qalması deməkdir. Sürətlə davam etdirilən bu proses isə bütünlükdə olaraq В«QasidВ» firmasının işçilərinin işsiz qalması ilə nəticələnə bilər. Bu isə təxminən 400 ailənin yeganə dolanışıq yerindən məhrm edilməsi anlamına gəlir. Əgər bu gün hakimiyyət yeni iş yerlərinin açılması siyasətini yürüdürsə və bununla öyünürsə, artıq bəzi dairələr əslində bununla həm də hakimiyyətin sözügedən siyasətinə qarşı da çıxmış olurlar.

В«QasidВ» firmasının çökdürülməsinin digər aşkar sübutlarından biri də sözügedən yayım şirkətinin əlindəki abunə sahəsinin də iflasa uğradılmasıdır. Belə ki, artıq В«QasidВ» firması abunələrini də əlindən verir. Və həmin abunə işi Əli Həsənova yaxın firmalara ötürülməkdədir.

Bunun da nəticəsində В«QasidВ» firmasında ciddi maliyyə böhranının yarandığını bildirən məlumatlı mənbə redaksiyamıza onu da açıqladı ki, В«QasidВ» firması bu şəkilda proseslərin cərəyan edəcəyi təqdirdə özünü iflas elan edə bilər: В«Təbii ki, arada ən böyük zərər qəzet redaksiyalarına dəyəcək. Bu gün normal qəzetlərin ən zəif olanının В«QasidВ» firmasından bir aylıq üçün 1000-1500 manat alacağı var. İflas olacaqsa, artıq bir neçə aydır qəzetlərə pul ödəməyən firmanın qəzet redaksiyalarının hər birinə ən azı 6-7 min manat borcu yaranacaq. Hətta elə qəzet var ki, bu məbləğ 10 min manata qədər yüksəlirВ».

Təbii ki, qəzet redaksiyaları pullarını ala bilməyəcəkləri təqdirdə onlar da eyni qaydada mətbəələr qarşısında borclanırlar ki, artıq bu proses də sürətlə inkişaf etməkdə, qəzetlərin nəşriyyatlara olan borcları şişməkdədir. Bu isə birbaşa olaraq qəzetlərin çöküşü ilə nəticələnən bir mərhələni diqtə edir.

Onu da bildirək ki, В«QasidВ» firmsının rəhbərliyi şəxsi nüfuzundan istifadə edib bu problemi yoluna qoya bilər. Yuxarıda da vurğuladıq ki, firmanın rəhbəri prezident ailəsi tərəfindən hörmətğlə qarşılanan bir seyid ocağının nümayəndəsidir. Amma bu gün qəzet köşklərindən minimarket kimi istifadə edərək eyni zamanda böyük pullara ümidli olan dairələr hətta Mirkazım Kazımovun bu statusunu belə sayğısız etdikləri bir şəraitdə başqa bir sözə lüzum qalmır.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru