“Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar!” - Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM
Tarix: 1-12-2017, 12:25 | Çap et
 “Qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv edilməlidir. Aparılan monitorinqlər davamlı olmalıdır”. Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib: “Hazırda bu məsələ Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzarəti altındadır. Məndə olan məlumata görə, əkilən, əkilməyən torpaqların müəyyən olunması istiqamətində işlər gedir. Amma aparılan monitorinqlərdə hansı nəticələrə gəlindiyini deyə bilmərəm. Bu gün Azərbaycanda 30 min hektar əkinə yararlı torpaq çatışmazlığı var. Kənd təsərrüfatı çox sürətlə inkişaf edir. Biz kənd təsərrüfatı dedikdə ilk növbədə torpağı nəzərdə tuturuq. Əkin-biçin, mal-qaranın yemlənməsi torpaq hesabına həyata keçirilir. Elə torpaqlar var ki, əkinə yararlı olsa da, təəssüf ki, çəpərlənib, villalar ucaldılıb. Cənab prezidentin imzası ilə qanuna edilən dəyişikliklərdə cərimələr də nəzərdə tutulub. Biz onun icrasına nəzarət edə bilmirik. Burada əsas iş İcra hakimiyyətlərinin üzərinə düşür. Həmçinin, nazirliklər və komitələr bu işə cavabdehdir. Onlar açıqlamalıdır ki, nə qədər torpaq monitorinq edilib, neçə nəfər cəzalanıb. Bilirəm ki, bu istiqamətdə intensiv işlər aparılır”.
E.Quliyev əkinə yararlı torpaqlarda ucaldılan villalara görə İcra hakimiyyətlərini ittiham edib:
“Bu gün söhbət villanın, evin sökülməsindən getmir. Söhbət min hektarlarla torpaqdan gedir. Villa o hektarların bir küncündə qalır. 400-500 kvadratmetrlik sahədə ev tikibsənsə, heç olmasa həyətində ək-biç. Mən yerli İcra hakimiyyətlərini günahlandırıram. Əkinə yararlı torpaqları hissə-hissə satıb qurtarıblar. Düşünmək lazımdır ki, əkinə yararlı torpaqlarda evlərin tikilməsinə ehtiyac varmı? Satırsınız əkinə yararsızı, şoranlaşmışı satın, bataqlıq olan hissələri qurudub satın. Amma kənd təsərrüfatı üçün əkinə yararlı torpaqlarda işiniz olmasın. Bu gün bizə taxıl da, pambıq da, barama da lazımdır, üzümçülük də, meyvə-tərəvəz də lazımdır. Bütün bunlar isə torpağa bağlıdır. Ölkə prezidenti dəfələrlə deyib ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Keçmiş SSRİ dövlətləri içərisində ən çox Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Neft bir gün tükənəcək. Biz qeyri-neft sahəsini inkişaf etdirməliyik. Mən dövlət orqanlarına, nazirliklərə, hörmətli nazirlərimizə, İcra hakimiyyətlərinə bir daha səslənirəm ki, bu məsələni diqqət mərkəzində saxlasınlar. Biz kiminsə cəzalanmasını, cərimlənməsini istəmirik. Sadəcə, verilən torpağı əkib-becərsinlər. Elə qiymət qoymuşdular ki, kimsə il ərzində 2 hektar torpağa görə 200 manat ödəyirdi. Olmaz, o sahəyə görə daha böyük məbləğ təyin etmək lazımdır. Dövlətə bu gün pul yox, məhsul lazımdır. Biz idxaldan ixraca keçməliyik. Çünki bunun üçün hər imkanımız var”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
|