AZAL-dan qiymət imitasiyası: vətəndaş şikayətçi, dövlət narazı - NƏ ETMƏLİ?
Tarix: 21-11-2022, 11:04 | Çap et
 Ötən həftə 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin divarları arasında müzakirəsi zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyəti ilə bağlı növbəti tənqidi fikir səsləndirilib. Belə ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Azərbaycan vətəndaşlarının xaricə getmələri üçün yeganə nəqliyyat operatoru olan AZAL biletlərinin qiyməti təkcə vətəndaşlar üçün ağır maliyyə yükü deyil, həm də Hesablama Palatasının son yoxlamaları göstərdi ki, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir.
Deputatın sözlərinə görə, audit zamanı müəyyən edilib ki, koronavirus pandemiyası ilə əlaqədar AZAL-a ayrılmış dövlət yardımı - 35,3 milyon manat əvvəlki illərin öhdəliklərinə, əsaslı vəsait qoyuluşlarına, qeyri-kommersiya xarakterli lüzumsuz ödənişlərə və cərimələrə, habelə əvvəlcədən təsdiq olunmuş bölgüyə aidiyyəti olmayan istiqamətlər üzrə xərclənib.
“Bank kreditləri və AZAL-ın digər borcları 2022-ci il yanvarın 1-nə 2,1 milyard manat təşkil edir və bu da təkcə likvidlik üçün deyil, həm də dövlət büdcəsi üçün ciddi təhlükə yaradır. Alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkət yoxdur, Türkiyəyə uçuş vətəndaşa Gürcüstan və Ermənistanla müqayisədə 3 dəfə baha başa gəlir”, - deyə Z.Oruc bildirib.
Göründüyü kimi, ölkənin yeganə aviadaşıyıcısı aviabiletləri yüksək qiymətə satmasına baxmayaraq, hələ də fəaliyyətini zərərlə davam etdirir və dövlət büdcəsinin gəlirləri hesabına mövcuddur.
Azərbaycana aviabiletlərə alternativ qiymətlər təklif edən digər aviaşirkətlərə icazə vermək üçün qiymət siyasətinin yenidən qurulması və rəqabət mühitinin yaradılması çağırışlarına baxmayaraq, AZAL öz xidmətlərinin dəyərinin aşağı salınması prosesini imitasiya edir.
Məsələn, bu ilin sentyabrında AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə aviabiletlərin onlayn bronlaşdırılması yolu ilə “Economy Lite” tarifini tətbiq edib. Əvvəlcə qeyd olunub ki, bu gediş haqqına yalnız əl yükü (çəkisi 10 kq-a qədər və ölçüləri 55x40x23 sm-ə qədər) daxildir. Amma AZAL bu tarifi təklif etməklə aviabiletlərin qiymətini qaldırıb.
Əgər 2022-ci ilin iyul ayında ən aşağı “Economy Classic” tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (gediş şənbə günü saat 08:50-də, dönüş bazar ertəsi saat 23:25-də), sentyabrda eyni gediş-dönüş biletinin qiyməti artıq 776 manata başa gəlir. Faktiki olaraq, AZAL endirim elan edərək, əslində biletin maya dəyərini 33 manat qaldırıb.
Bundan əlavə, diqqəti bu qiymət artımından yayındırmaq üçün AZAL minimum “Economy Lite” gediş haqqını tətbiq edib və bu tarifə əsasən, Bakı-İstanbul-Bakı marşrutu üzrə bileti 725 manata almaq olar. Amma, aviabiletin qiyməti 18 manat ucuzlaşsa da, sərnişinlər 23 kq baqajı pulsuz daşımaq, aviabileti qaytarmaq və uçuş tarixini dəyişmək imkanlarını itiriblər. Halbuki “Economy Classic”ə 23 kq-lıq pulsuz əl yükü, aviabiletin geri qaytarılması və ya dəyişdirilməsi imkanı daxil idi.
Yuxarıda deyilənlərin fonunda, AZAL-ın bu ilin sentyabrında yeni prinsipə əsasən təqdim etdiyi təyyarələrin göyərtəsindəki əyləncə sistemi sərnişinlərdə açıq-aşkar istehza yaradır. Onları təyyarədaxili əyləncə və Wi-Fi əlaqəsindən daha çox sərfəli qiymətə aviabilet maraqlandırır.
Daxili tənqidlər fonunda AZAL-ın bu il Britaniyanın müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi sahəsində nüfuzlu özəl konsaltinq şirkəti olan “Skytrax” tərəfindən Mərkəzi Asiya və MDB məkanında dörd ulduz reytinqi və ən yaxşı regional aviaşirkət adına layiq görülməsi kifayət qədər şübhəli görünür.
Bir tərəfdən “Skytrax” AZAL-ı xidmət, qonaqpərvərlik və uçuş təhlükəsizliyi sahəsində dünya səviyyəli xidmətlərin göstərilməsində lider kimi qiymətləndirir, digər tərəfdən isə şirkətin dövlətə böyük borcları var... //AYNA//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01 |
|
|
|
|