İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir? - İLGİNC FAKTLAR
Tarix: 17-01-2023, 10:40 | Çap et
Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir?
Bir neçə il öncə bəzi dövlət qurumlarında aparılan islahatlar çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin də ləğv olunacağı ilə bağlı elektron media resurslarında müxtəlif fikirlər səsləndirilir, məlumatlar yayılırdı. Qurumun səlahiyyətlərinin gah Kənd Təsərrüfatı Nazirliyinə veriləcəyi, gah da “Azərsu” ASC- yə birləşdiriləcəyi barədə məlumatlar demək olar ki, gündəmdən düşmürdü. Bununla yanaşı səhmdar cəmiyyətdə yüksək vəzifə tutanların da artıq yaşı keçmiş Əhməd Əhmədzadənin yeri uğrunda mübarizə aparmaları barədə də tez-tez məlumatlar yayılırdı. Lakin verilən proqnozların heç biri özünü doğrultmadı və gözlənilənlərin əksi baş verdi. Səhmdar cəmiyyətin rəhbərliyində heç kimin gözləmədiyi bir dəyişiklik oldu. Uzun illər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadə vəzifəsindən kənarlaşdırıldı. Əvəzində isə onun yeri uğrunda mübarizəyə girişmiş, adları hallanan bəzi klan başçıları deyil, gözlənilməz bir şəxs, meliorasiya və su təsərrüfatı sisteminə tamamilə yad, Türkiyənin Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirmiş, “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olmuş Zaur Mikayılov təyin edildi.

Bunlar baş verəndə 2021-ci ilin yaz ayları idi. Dörd aydan sonra isə Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunmasının ikinci ili tamam olacaq. Təyinatının ilk günlərindən iddia olunduğu kimi islahatçı, gənc biznesmen Respublikanın ən strateji əhəmiyyətli sahələrindən biri olan meliorasiya və su təsərrüfatı sistemində nə kimi yeniliklər edə bildi? Son iki ildə onun rəhbərliyi ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində nə kimi yeniliklər olub?

Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda məlum oldu ki son iki ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb. Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. ASC-nin yaydığı bu məlumatdan göründüyü kimi islahlar struktur dəyişikliyi adı altında ASC-nin mərkəzi aparatında aparılıb. Sədr Zaur Mikayılov özü kimi xaricdə təhsil almış, müasir biliklərə malik gənc kadrları, yəni, yaxın ətrafını ASC-də mühüm vəzifələrə yerləşdirib. Onlardan ikisini də özünə müşavir təyin təyin edib. Biri 1996-cı ildə Xəzər Universitetini, sonralar Azərbaycan Beynəlxalq Universiteti və Bakı Dövlət Universitetini magistr üzrə bitirmiş, 1998-2009-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrdə işləyimiş, Fuad Quliyevdir. Sözügedən şəxs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların keçirdikləri onlarla tenderin qalibi olmuş “Modenco” MMC-də də işləyib. İndi də Səhmdar Cəmiyyətdə sədrin müşaviridir. İkincisi isə isə Zaur Mikayılovun tələbə yoldaşıdı. 1998-ci ildə Türkiyənin Boğaziçi Universitetinin İqtisadi və İdari Elmlər fakultəsini bitirmış Əli Şirinovdu.

Qeyd edək ki, Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən onu videoformatda qəbul etmiş, su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməsini tələb etmiş, son dövrlərdə meliorasiya və su təsərrüfatında olan çatışmazlıqların aradan qaldırılmasında innovativ idarəetmə və texnologiyaların tətbiqini önə çəkərək proqram təyinatlı göstərişlər vermişdi. Prezident İlham Əliyev suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması, mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulması üçün layihələrin hazırlanmasını tapşırmışdı. Bəs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan sədri ölkə başçısının tövsiyyə və tapşırıqları üzrə nə kimi addımlar atılıb?

Qeyd edək ki, bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində bütün işlər elə keçmiş sədr Əhməd Əhmədzadənin dövründə olduğu kimi qalır və davam etdirilir. Ona görə ki, Baş nazirin müşaviri vəzifəsində olmasına baxmayaraq məlumatlara görə onun bir əli hələ də meliorasiya və su təsərrüfatı sisteminin üstündədi. Məhz buna görə də, bu gün Zaur Mikayılovun rəhbərliyi ilə meliorasiya və su təsərrüfatı sistemində ölkə başçısının göstərişlərini həyata keçirməkdən daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin göstərişlərini həyata keçirməyə daha çox önəm verilir.

Aktualinfo.org-a verilən məlumatlara görə Zaur Mikayılov vəzifəsinə başlar, başlamaz Əhməd Əhmədzadənin artıq klanlaşmış kadrları ilə üzbəüz qalıb. Bunlar təkcə vaxtı ilə Əhməd Əhmədzadənin müavinləri olmuş Zakir Quliyev və Rafiq Aslanovla bitmir. Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə gətirib vəzifə verdiyi və bu gün də işlərini davam etdirən kadrları var. Hansı ki, onlar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən gəlirli idarələrində, yəni dövlətin ən çox pul ayırdığı strukturlarda oturub uzun illərdir müxtəlif layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məsələn 2021-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bir sıra rayonlardakı struktur vahidlərində dəyişiklik aparılaraq, 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Verilən məlumatlara görə bu ASC daxilində bir sıra ziddiyyətlərə gətirib çıxarıb. Belə ki, qurumda Əhməd Əhmədzadə tərəfindən toxunulmazlıq statusu verilmiş bəzi idarə müdirləri Zaur Mikayılovun aparmaq istədiyi islahatların əleyhinə olublar. Məlumat verənlərin sözlərinə görə, mübahisələr Əhməd Əhmədzadənin işə qarışmasından sonra bəzi yerdəyişmələr olmaqla həllini tapıb.

Amma verilən məlumatlara görə Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində toxunulmazlıq statusu verdiyi bir çox şəxslər hələ də vəzifələrinin başındadı. Hansı ki, Zaur Mikayılov onları yerindən tərpətməyə aciz qalıb. Onların bəziləri hazırda sədrin müavini vəzifəsini daşıyanların qohumları, yaxınlarıdı. Bəziləri isə dövlət vəsaitlərinin talan edilməsi hesabına var-dövlət, güc sahibi olmuşlardı. Onlar kimlərdir? Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ramiz Vəkilov, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Allahyar Salayev, Bəhramtəpə Hidroqovşağının istismarı İdarəsinin rəisi Mirqoca Mirişov, Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanov, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev, Samur-Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmov, Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin rəisi Valeh Qaraşov, Ceyrançöl Qış otlaqlarının Su Təminatı İdarəsinin rəisi Nizami Vəliyev, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin rəisi Asif Mikayılov və onlarca suvarma sistemləri və melioservis idarələrinin rəisləri. Hansı ki, onları bu vəzifələrə Əhməd Əhmədzadə gətirib və uzun müddətdir Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin göstərdiyimiz idarələrinə rəhbərlik edirlər. Onların bəzilərinin yaşı hətta yetmişi keçib. Amma məlumatlara görə Zaur Mikayılov səhmdar cəmiyyətin sədri olaraq onları vəzifəsindən kənarlaşdıra bilmir.

Qeyd edək ki, onlar əvəzolunmaz kadrlar deyillər. Əksinə onların işini daha yüksək səviyyədə apara biləcək kadrlar kifayət qədərdir. Lakin onların bir üstünlüyü var. O da Əhməd Əhmədzadənin kadrı olmalarıdır. Yəni bir sözlə Əhməd Əhmədzadə və onun adını çəkdiyimiz və çəkmədiyimiz adamları meliorasiya və su təsərrüfatı sistemində kadr islahatları aparılmasına mane olurlar. Çünki bu sistemə hər il büdcədən milyonlarla manat vəsait ayrılır ki, onların böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, maşın və avadanlıqlara ehtiyyat hissələrinin alınması və digər adlar adı altında mənimsənilir. Onlar büdcədən ayrılan hazır milyonları əldən verməmək üçün çalışırlar. Əhməd Əhmədzadənin bir əli də daim onların üstündədir.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru