17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                 

Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR? - Hər halda dövlətin əmrində görünmür...
Tarix: 15-07-2023, 10:10 | Çap et
Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR?
“Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”. “MTN işi” üzrə zərərçəkənlərdən olan Qulam Bağırov belə deyir.

DİA.AZ-ın məlumatına görə, “Yeni Müsavat”a müraciət edən zərərçəkən bildirib ki, 2023-cü ilin aprel ayında Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digər iki şəxsin cinayət işi üzrə qərar verib: “Həmin qərarla bir daha təsdiqləndi ki, MTN-in keçmiş şöbə rəisi Sahib Ələkbərov Mövlam Şıxəliyevin rəhbərliyi altında, mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənə qarşı cinayət törədiblər. 2009-cu ildə məni qanunsuz olaraq həbs ediblər, həbsdə olduğum dövrdə yaşlı anamı aldadaraq mənim ölüm ayağında olduğumu bildiriblər. Bunu edən birbaşa Sahib Ələkbərov olub. Anam məcbur olub mənim ailəmi 2 azyaşlı övladımla bərabər öz evinə köçürüb mənim evimi, maşınımı, bütün ələ gələn əmlakımı sataraq 135 min dollar pul toplayıb. Həmin pulu Sahib Ələkbərov ailəmdən alandan sonra barəmdə saxta ekspertiza rəyi verilib ki, guya ağır xəstəyəm. Həmin rəyə istinad edib məni zaminə buraxıblar. Üstəlik, qondarma ittiham üzrə barəmdə məhkəmə hökmünün çıxmasına nail olublar.

Mən həbsdən azad olandan sonra mənə qarşı cinayət törədilməsindən şikayət etmişəm. Lakin Eldar Mahmudov vəzifədə olduğu müddətdə şikayətimə baxan olmayıb. 2015-ci ildə cənab Prezident İlham Əliyev MTN-dəki cinayət yuvasını darmadağın edəndən sonra şikayətim üzrə araşdırma başladı, Mövlam Şıxəliyev başda olmaqla Sahib Ələkbərov və digərləri istintaqa cəlb olundular, həbsə alındılar. Mən zərərçəkən qismində tanındım. Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digərlərinin cinayət işinə baxıldı və barələrində ittihamedici hökm çıxarıldı. Eyni zamanda mənim Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəyə - özəlliklə Sahib Ələkbərova qarşı 135 min dollarlıq mülki iddiam da tam şəkildə təmin edildi. Bunu Bakı Apelyasiya Məhkəməsi də öz qərarı ilə həmin hökmü və mülki iddiamı qüvvədə saxladı. Bakı Apelyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarında yazılır:

"Zərərçəkmiş şəxs Bağırov Qulam Davud oğlunun mülki iddiası təmin edilməli, 135.000 ABŞ dollar (tutulduğu gün Mərkəzi Bankın məzənnəsi ilə manatla) və iddianın təmin edilmiş hissəsinə mütənasib 519,50 manat dövlət rüsumu təqsirləndirilən Sahib Ələkbərovdan tutularaq Qulam Bağırova qaytarılmalıdır.

Yasamal İcra və Probasiya Şöbəsində isə icraçı Erol Kazımlı deyir ki, rəis göstəriş verib ki, məhkəmənin qərarını icra etmə! Yasamal İcra və Probasiya Şöbəsi məhkəmə hökmünə əsasən cinayətkar elan olunan Sahib Ələkbərova faktiki olaraq havadarlıq edir. Onun məndən cinayət yolu ilə aldığı pulun qaytarılmasını təmin etməkdən qanunsuz şəkildə yayınır. Bu adamlar cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamlarını, çağırışlarını sanki heç eşitməyiblər, prezidentin ardıcıl çıxışlarına məhəl qoymurlar".

Zərərçəkən deyir ki, məhkəmə qərarının qanunsuz şəkildə icra edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət təqdim edib: “Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-1/2023 saylı 04.04.2023-cü il tarixli qərarı aidiyyəti üzrə təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlunun qeydiyyatda olduğu Yasamal rayon icra şöbəsinə həvalə olunub. Son qərara əsasən 135 000 (yüz otuz beş min) ABŞ dolları və 519,50 (beş yüz on doqquz manat əlli qəpik) təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlundan tutulub mənə qaytarılmalıdır. Amma əfsuslar olsun ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Erol Kazımlı bu günə kimi mənə ödənişlə bağlı boş vədlər verdi, 11.07.2023-cü il tarixdə isə mənim işimin icrasının dayandırılmasına rəhbəliyi tərəfindən göstəriş verildiyini bildirdi. Səbəbini soruşduqda cavab verə bilmədi. Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarını qəsdən icra etməməsi, mənim qanuni hüquq və mənafeyimi kobud surətdə pozur. Möhtərəm cənab Prezidentdən xahiş edirəm ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra etməməsi ilə bağlı qanuni tədbir görülməsinə göstəriş verilsin”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru