В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC bürokratik məkana çevrilib - İTTİHAM VAR
Tarix: 13-05-2016, 11:28 | Çap et
 Əhməd Əhmədzadənin ölkə meliorasiyasındakı fəaliyyəti deyəsən son zamanlar müəyyən səbəblər üzündən məhdudlaşmaqdadır. Bəzi problemləri, o cümlədən yaş amilini əsas götürsək, В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin sədrini anlamaq çətin deyil. Bu sahədə səlahiyyəti formal olsa da müavinlərdən biri ilə paylaşmaq olar. Görünür bu səbəbdəndir ki, mediamızda məsələ ilə bağlı ara-sıra yer alan tənqidi fikirlərə reaksiya demək olar ki, yox dərəcəsindədir. Fikrimizcə, məhsuldar həyatı boyu suyun aydınlığına güvənmiş nazir ranqlı ASC sədrinin fəaliyyətində şəffaflığa ciddi ehtiyac duyulur. Gundelik-baku.com-un məlumatına görə, daşqınların günahını çayların, quraqlığın səbəblərini isə lazım gəldikdə lap təbiətin boynuna yazmağı, bundan hətta nəsə əldə etmək imkanını gerçəkləşdirməyi vəziyyətdən çıxış yolu kimi dəyərləndirmək hər oğulun işi deyil. Adı Bakı şəhərindəki bəzi tikintilərə patronajlıqda da hallanan Əhməd Əhmədzadənin son zamanlar əsas fəaliyyətindən ayrı düşdüyü qənaəti var. Məlumata görə, Qara Qarayev metrosu ətrafında yer alan tikinti obyektləri Əhməd Əhmədzadənin "çətiri" altında başa gəlib. Əgər həqiqətən belədirsə, Əhməd müəllim bu tikinti kompleksində adının hallandırılmasına gərək yol verməyəydi. Axı biz hamımız Əhməd müəllimi ölkənin meliorasiya və su təsərrüfatının aparıcı fiqurlarından biri kimi görmüşük. Təəssüf ki, daha o görüntülər şərti xarakter daşıyır. Ola bilsin büdcənin bolluğunda dilsiz torpağın-suyun boynuna minnət qoyub qazanc əldə etmək daha məqbuldur. Yoxsa o tikintilər nəyin gücünə gerçəkləşə bilərdi? Şişirtmələr isə nə qədər desən... Buyurub baxmağa ehtiyac var. Sahilbərkitmə işlərinin aparılmasına çəkilən xərclər şişirdilir. Lil basmış kanalların təmizlənməsi adı altında isə israfçılıqlar daha çoxdur. Halbuki, bəzi regionların su təsərrüfatında önəmi rol oynayan kanallar illərlə təmizlənmir. Samur-Abşeron kanalının Abşeron yarımadasına, Bakı kəndlərinə aid olan hissəsini götürün. Qamışlıqda itib-batmış kanalın bəzi yerləri zığ verən lil-palçıq içində yay-payız dövründə ilan-qurbağalar üçün sanki sığınacaq rolunu oynayır. Belə bir qənaətə gəlmək olar ki, regional əhəmiyyətli su ötürücüsü demək olar iİllərlə təmizlənmir. Əgər vəziyyət həqiqətən belədirsə, bəs onda kanalın normal fəaliyyəti üçün havayı maaş alan xidmət heyətinə ehtiyac varmı? Yeri gəlmişkən, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi var. Layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. Məlumata görə, 01 yanvar 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1069,4 milyon manat, o cümlədən 2013-cü il ərzində 173,9 milyon manat vəsait istifadə olunmuşdur. Lakin nəticə barədə hələlik konkret heç nə demək olmaz. Əlaqədar qurumlar tərəfindən müəyyən araşdırmalar aparılsa sözsüz ki, Samur-Abşeron kanalının təmizlənməsi adı altında yüz minlərlə vəsaitin silindiyi üzə çıxar. Belə biabırçılıqlar Yuxarı Şirvan kanalında, kanalın Ağsu qolunda göz göynədən "lilamor" mənzərələrlə əksini tapır. Əgər bu fakt Əhməd Əhmədzadənin nəzərindən yayındırmaq mümkün olubsa, daha nə demək olar? İllərin təcrübəsinə malik Əhməd müəllimin istəyi olsaydı yəqin ki, bir çox su kanallarının mühafizə zolaqlarının qanunsuz hərraca çıxarılmasından qazanılan qanunsuz dividendlərdən də imtina edərdi. Bu cür tədbirlərin mütəmadi təkrarlanması gəlirlərin sənədləşdirilməsində saxtakarlıqlara və büdcə vəsaitlərinin həzminə müəyyən şərait yaradır. В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin tabeliyində olan bir sıra xidmət və istismar idarələri kimlər üçünsə artıq bürokratik yeyinti məkanına çevrilib. Məlumata görə, torpaqqazan maşın və mexanizmlərin, nasos-güc avadanlıqlarının və digər zəruri nəqliyyat vasitələrinin satın alınmasında da ciddi israfçılığa yol verilir. Magistral kollektorların su buraxma qabiliyyətinin artırılması sahəsində görülən işləri də uğurlu adlandırmaq olmur. Çünki hər il minlərlə manat məqsədli vəsait ayrılmasına baxmayaraq, istismarda olan dörd kollektordan üçündə drenaj sularının axıdılmasına təbii maneələr tam aradan qaldırılmayıb. Bu problemin həllinə ayrılan büdcə vəsaitlərinin pay-püş edilmədiyinə kim zəmanət verə bilər? Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
|