İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                 

"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb" - GİLEY
Tarix: 16-02-2018, 11:30 | Çap et
"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb"
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib. Bölgənin Zamanlı və Mor-Mor kəndlərinin bir qrup sakini müdafiə nazirindən xahiş edib ki, öz nüfuzundan istifadə edərək kəndlərin uzun müddətdir düyünə düşmüş qazlaşdırma probleminin həlli barədə müvafiq strukturların qarşısında məsələ qaldırsın.

Virtualaz.org qeyd edir ki, Şınıx bölgəsinin sakinləri vaxtaşırı olaraq qazlaşdırma probleminin həll edilməsi xahişi ilə Bakıya, müxtəlif instansiyalara, o cümlədən KİV-lərə müraciətlər, məktublar, şikayətlər göndərir. Amma problem həllini tapmır və bu da strateji bölgədən əhalinin miqrasiyasına, meşələrin qırılıb tükənməsinə səbəb olur.

Sakinlərin virtualaz.org saytının elektron poçtuna göndərilmiş müraciətində göstərilir ki, bölgədə yanacaq kimi odundan istifadə edilməsi üzündən meşələr qırılıb tükənib. İş o yerə çatıb ki, hətta palıd kimi qiymətli ağac da yandırılmaq üçün kütləvi qırılır.

“Belə davam etsə bizim kəndlərdə həyat məhv olacaq, insanlar evlərini tərk edib gedəcək. Axı ilin az qala 6-7 ayının qış keçdiyi bu yerlərdə yanacaqsız necə yaşamaq olar? Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb”-bir qrup sakinin redaksiyamıza müraciətində deyilir.

Əslində Şınıx bölgəsinin qazlaşdırılması problemi hansısa məmurların prezident İlham Əliyevin illər əvvəl verdiyi göstərişi yarıtmaz həyata keçirməsi üzündən düyünə düşüb. Belə ki, prezident bu strateji bölgənin qazlaşdırılmasına dair göstərişi müvafiq strukturlara hələ 2010-cu ildə verib. 2011-ci ildə bu bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, lakin “Azəriqaz”ın podratçısı bölgənin irili-xırdalı 27 kəndindən cəmi 3-ü qazlaşdırılıb. Üstəlik AzTV-dən bölgənin qazlaşdırılmasının başa çatdırıldığı elan olunub. Sakinlər isə o vaxtdan bəri vaxtaşırı olaraq Bakıya şikayətlər, müraciətlər göndərməkdədir.

Bu yaxınlarda isə sakinlərin bir qrupu müdafiə nazirinə müraciət etməyə qərar verib. Onlar deyirlər ki, müdafiə naziri Zakir Həsənov cəbhənin digər istiqamətlərində olduğu kimi Şınıx bölgəsi istiqamətində yerləşən mövqelərinə də vaxtaşırı baş çəkir və əhalinin ona xüsusi hörməti, rəğbəti var. Ona görə də ümid ediblər ki, bəlkə müdafiə naziri, ona aid olmasa da, problemin həllinə kömək edə.

Şınıx bölgəsində qırılan palıd meşələri

Müraciətdə sakinlər nazirdən xahiş ediblər ki, bölgənin hərbi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq oradan əhalinin köçünü dayandırmaq üçün qazlaşdırma probleminin həlli məsələsini “Azəriqaz”ın, digər müvafiq hökumət strukturlarının qarşısında qaldırsın. Əlbətdə, sakinlər problemin birbaşa müdafiə nazirinə dəxli olmadığını da nəzərə alıblar və müraciətə görə üzrxahlıq ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri onların müraciətinə diqqətlə yanaşıb və araşdırılması üçün müvafiq instansiyalara yönəldib. Hələlik isə bölgədə qazlaşdırma işlərinin nə zaman başlayacağına dair xəbər-ətər yoxdur.

Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiq edirlər ki, Şınıx bölgəsində yarımçıq dayandırılmış qazlaşdırma işlərinin tamamlanması üçün dəfələrlə SOCAR rəhbərliyi qarşısında onların tərəfindən məsələ qaldırılıb. Habelə sakinlərin çoxsaylı müraciətləri Nazirlər Kabinetinə təqdim olunub. Amma məsələ həllini tapmayıb.

İndi Şınıx sakinləri problemin nəhayət bu il həllini tapması üçün xahiş edirlər. Çünki prezident İlham Əliyev ötən ay Nazirlər Kabinetinin yığıncağında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması üçün SOCAR-ın qarşısında qəti vəzifə qoyulduğunu, dövlət büdcəsindən qazlaşdırma işlərinin davam etdirilməsinə 100 milyon manat vəsait ayrıldığını bəyan edib.

Prezidentin bu çıxışı Şınıx sakinlərində böyük ümid yaradıb, amma Ermənistanla həmsərhəd bölgədə, çətin şəraitdə yaşayan əhali narahatdır ki, SOCAR və onun strukturu “Azəriqaz” qazlaşdırma planına yenə də bu kəndləri daxil etməyə bilərlər. Nəticədə onlar problemə bir daha diqqəti cəlb etmək üçün öz nümayəndələrini Bakıya- Prezident Administrasiyasına və SOCAR-a şikayətə göndərməyə hazırlaşdıqlarını deyirlər.

Bu kəndlərdən o yana düşməndir...

Çünki bir neçə il əvvəl “Azəriqaz” rəhbərliyi mətbuat qarşısında elan etmişdi ki, Şınıx kəndlərinin sakinləri onlardan qaz gözləməsinlər. Səbəb kimi isə “bölgədə yaşayanların sayının azlığı və yolların keçilməzliyi üzündən texnikanın işinin mümkün olmaması” göstərilmişdi. Hansı ki, təkcə Zamanlı və Mor-Mor kəndlərində 1200-dən çox sakin və 220-yə yaxın fərdi ev təsərrüfatı mövcuddur. Üstəlik sakinlərin bildirdiyi kimi, yolların, relyefin keçilməzliyi haqda deyilənlər də qətiyyən doğru deyil. Daşıyıcı kəmərdən həmin kəndlərə qədər cəmi 3-4 kilometr məsafə var və əslində bölgədə qazlaşdırmanı başa çatdırmaq, prezidentin hələ illər əvvəl verdiyi göstərişə əməl etmək böyük vəsait tələb etməyən işdir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru