“AzerGold”, AİŞ və “Devngi İnnovations LLP” arasında Memorandum imzalanıb - FOTO
Tarix: 25-10-2023, 16:59 | Çap et
 DİA.AZ: - 25 oktyabr 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. DİA.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə memorandumu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Ülvi Mansurov və “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar.
Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov qeyd edib ki, müasir nəqliyyat-logistika infrastrukturuna malik olan Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə imkan verir. Bu xüsusda dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə hesab edilən Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulmasının ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd etdiyi bildirilib.
İdarə Heyətinin sədri təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğunu nəzərə alaraq, Azərbaycanın Kimberley Prosesinə üzv kimi qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edildiyini və həmin qurumlar tərəfindən prosesə başlanıldığını bildirib. Z.İbrahimov Azərbaycanın bu Prosesə üzvlüyü təsdiqləndikdən sonra təbii almaz emalı sahəsinin qurulması istiqamətində də tərəflərin birgə səyləri ilə müvafiq addımların atılacağını qeyd edib. O əlavə edib ki, layihənin uğurlu icrası nəticəsində yeni istehsal sahələri, iş yerləri yaranacaq, yeni növ məhsulların ixracı, idxalı həyata keçiriləcək. Bu, qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının artmasına, ölkəmizin zərgərlik sənayesinin çoxşaxəli inkişafına da öz müsbət təsirlərini göstərəcək.
Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev isə ölkəmizdə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Ü.Mansurov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi S.N.Vaviya çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər.
Qeyd edək ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
| • Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
| • Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42 |
|
|
|
| • "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38 |
|
|
|
| • Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33 |
|
|
|
| • "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25 |
|
|
|
| • Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04 |
|
|
|
| • Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56 |
|
|
|
| • Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51 |
|
|
|
| • Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46 |
|
|
|
| • Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41 |
|
|
|
| • “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01 |
|
|
|
| • Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59 |
|
|
|
| • LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33 |
|
|
|
| • Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31 |
|
|
|
| • “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24 |
|
|
|
| • Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16 |
|
|
|
| • Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14 |
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00 |
|
|
|
| • Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54 |
|
|
|
| • Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51 |
|
|
|
| • “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48 |
|
|
|
| • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44 |
|
|
|
| • Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38 |
|
|
|
| • Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35 |
|
|
|
| • Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28 |
|
|
|
| • Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26 |
|
|
|
|