“Diaspora Komitəsi” boşqab, armudu stəkan və kəlağayı satın alır - YE, FUAD, YE...
Tarix: 13-02-2024, 16:16 | Çap et
 Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 58 min 504 manat 40 qəpik olan hədiyyə tipli suvenirlər (boşqab, xalça, armudu stəkan, kəlağayı və s.) və müvafiq döş nişanları alacaq. Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur. Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. 2022-ci ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında isə Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son 2 ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub. “Turrus” MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. AzTV-yə qrim ləvazimatları satan “Turrus” MMC, Neyrocərrahiyyə Xəstəxanası üçün təmir işləri həyata keçirib. Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, həmçinin müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Qalib olduğu ilk tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa, təcrübəyə və işçi qüvvəsinə sahib olacağı da aydın deyil. “Turrus” MMC-yə məxsus olduğu bildirilən “turrus.az” saytında şirkətin təmir işləri ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. Bunu “Turrus” MMC-dən Yeniavaz.com-a verilən məlumatda da təsdiqləyiblər. Özünü şirkətin satış təmsilçisi adlandıran Vüqar adlı şəxs bildirdi ki, onlar təmir işlərini subpodratçı şirkətlər vasitəsi ilə icra edirlər. “Turrus.az” saytında diqqət çəkən başqa bir məqam isə odur ki, saytın “Vakansiyalar” bölməsində ölkənin aparacı mağazalar şəbəkəsindən biri olan “OMİD” mağazalarına məxsus elanlar yerləşdirilib. Eyni zamanda “turrus.az” saytında yerləşdirilən keçid vasitəsi ilə “OMİD” mağazalarına məxsus “omid.az” saytına daxil olmaq mümkündür. “Turrus” MMC-nin rəsmisi isə bildirib ki, onların “OMİD” mağzaları ilə hər hansı bir bağlılıqları yoxdur. Saytda olan elanların saytı hazırlayan şəxslər tərəfindən yanlışlıqla yerləşdirilə biləcəyini qeyd edən şirkət rəsmisi bildirib ki, qısa müddətdə sözügedən texniki xətanı aradan qaldırmağa çalışacaqlar.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|