"Bəs şirkəti bu rəzilliyə getməyə nə vadar edib?" - İTTİHAM VAR...
Tarix: 22-04-2024, 15:20 | Çap et
 "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik.
Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib. Eyni zamanda, hadisə yerindən "İctimai" TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında "bir balaca" fərq yarandığı üçün bərkitmə işləri aparılır: "Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır". Onu da xatırladaq ki, bundan əvvəl eyni problem "Qobu Park-1" və "Qobu Park-2" yaşayış massivində də yaşanıb. "Qobu Park-3"-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi. Elə həmin vaxtlarda binanı tikən şirkətin - "Kristal Abşeron"un ölkə rəhbərliyini aldatdığını yazmışdıq. Görünən odur ki, adıçəkilən şirkət aldatma məsələsində lap ağını çıxarıb.
Belə ki, "Qobu Park" yaşayış kompleksinin sifarişçisi "Paşa Holdinq"dir. Kompleksin təməli 2017-ci il mayın 30-da qoyulub. Təməlqoyma mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Cəmi bir il sonra – 2018-ci ilin 24 mayında isə Prezident İlham Əliyev kompleksə daxil olan "Qobu Park 1"-in açılışını edib. 2019-cu ilin oktyabrında yenə ölkə başçısının iştirakı ilə "Qobu Park 2"-nin açılış mərasimi keçirilib. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bəs şirkəti bu rəzilliyə getməyə nə vadar edib? Axı "Kristal Abşeron" şirkətinin faktiki sahibi Ağalar Vəliyev 2010-cu ildən parlamentdə təmsil olunur. Baxmayaraq ki, halallıqla mandat sahibi olması böyük sual altındadır. Milli Məclisin stenoqramlarını incələyən hər kəs Ağalar Vəliyevin mandat sahibi olduğu 14 ildə 14 dəfə çıxış edib-etmədiyinə dair məlumat tapmaqda çətinlik çəkər. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!
Belə olan halda, ortaya haqlı olaraq və maraqlı sual çıxır: səni müftə yerə mandat sahibi edən, Milli Məclis kimi tribunadan susqunluğunla istifadə etmənə göz yuman hakimiyyətə niyə nankorluq edirsən? Təbii ki, Ağalar Vəliyev açıqlama verib deyə bilər ki, "Kristal Abşeron" onun şirkəti deyil. Lakin ictimai rəyi çaşdırmaq üçün tez-tez əl atdıqları bu variant təbii ki, hakimiyyət yanında keçərli deyil. Çünki "Kristal Abşeron" şirkətinin məhz A.Vəliyevə məxsus olduğunu hakimiyyətdəkilər çox gözəl bilirlər. O üzdən də artıq Ağalar Vəliyev üçün yolun sonu göründü demək olar. Artıq bu il keçirilməsi gözlənilən parlament seçkilərində ona yenidən mandat haqqının tanınıb-tanınmayacağını demək çətindir. Elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildirilib ki, məsələ ilə bağlı araşdırmalar başlanacaq. Buna qədər isə aidiyyatı qurumlar belə halların olmadığını qeyd edirdilər və problemin üstünün ört-badır edildiyi açıq-aşkar ortada idi.
Bütün iddialarla, səsləndirilən hallarla bağlı "Kristal Abşeron" şirkətinin mövqeyini verməyə çalışdıq. Lakin şirkətin mətbuat xidmətinə dəfələrlə ünvanladığımız sorğular cavabsız qalıb. Eləcə də "Kristal Abşeron"un icraçı direktoru Məhayət Nəbiyevə etdiyimiz zənglərə cavab ala bilmədik. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Sonxeber.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
| • Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16 |
|
|
|
| • "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03 |
|
|
|
| • Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56 |
|
|
|
| • Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51 |
|
|
|
| • Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42 |
|
|
|
| • Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39 |
|
|
|
| • Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32 |
|
|
|
| • Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27 |
|
|
|
| • Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23 |
|
|
|
| • Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16 |
|
|
|
| • Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10 |
|
|
|
|