Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                 

İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT - Bu illik...
Tarix: 1-05-2024, 12:08 | Çap et
İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT
Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti yenə də ciddi tənqid olunur. Onların bir qismi işdən çıxarılsa, hətta bəziləri həbs olunsa belə, yerlərdə vəziyyət bir o qədər də dəyişmir. Bu səbəbdən hətta tez-tez yerli icra hakimiyyətlərinin ləğvi barədə təklif gündəmə gəlir. İcra hakimiyyətlərinin ləğv olunacağı barədə xəbərlər dövlət başçısının sərəncamı ilə yaradılmış 14 iqtisadi rayonun yaradılmasından sonra aktuallaşıb.

Bildirilir ki, bu, ölkənin yeni idarəetmə modelinə keçməsi, bütün İcra hakimiyyətlərinin ləğvi prosesinə hazırlıqdır.

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına xüsusi nümayəndə təyin etməsi ilə azad edilmiş torpaqlarda bu proses yekunlaşmaq mərhələsinə yaxınlaşdı. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyinatı reallaşdırıldıqdan sonra proses bütün işğaldan azad edilmiş rayonlarda başa çatmış olacaq.

Aprelin 29-da dövlət başçısı İlham Əliyev Rasim Hüseynovu Naxçıvanın Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Prezident bir müddət əvvəl bildirib ki, yeni idarəetmə üsulu gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir. Eləcə də onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Məlumat üçün qeyd edək ki, icra başçılarının rəsmi maaşları təmsil etdikləri bölgənin əhalisinin sayına görə müəyyənləşdirilir. Hazırda Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat...

Ekspertlər də qeyd edirlər ki, icra başçıları institutu ləğv edilməli, əvəzində isə seçilmiş şəxslərə regionlarda idarəetmə səlahiyyətləri verilməlidir. Ölkədə parlament seçkilərinə hazırlıqlar başlaması onu deməyə əsas verir ki, bu il referendum olmayacaq. Bu isə o deməkdir ki, icra başçısı postu ən azı bu ilin sonunadək ləğv edilməyəcək.

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Yerlərdə icra başçısı ölkə Prezidentinin sərəncamı ilə təyin olunan şəxsdir. O, rəhbərlik etdiyi regionun birinci şəxsi olduğu üçün, həmin ərazidəki bütün məmurlar öz fəaliyyətini icra başçısının müəyyən etdiyi qaydalar və tələblər çərçivəsində qurub aparırlar. İcra başçısı vətəndaşların qayğıları ilə maraqlanıb onların həlli üçün ürəkdən çalışırsa, digər məmurlar da öz fəaliyyətini buna uyğun şəkildə qururlar. Yox, əgər icra başçısı qapılarını vətəndaşların üzünə bağlayırsa və onların problemlərinin həlli üçün səy göstərmirsə, yerdəki digər məmurlar da insanlarla bu şəkildə davranır və təbii ki, bu şəkildə sərgilənən idarəçilik yerlərdə insanların narazılığına gətirib çıxarır. Son bir neçə ildə biz bu şəkildə idarəçiliyin nə ilə nəticələndiyinə dair bir çox nümunələri görə bildik. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında məmurlara "məmur xalqın xidmətçisidir" deyərək bunu unudanlara xüsusi xatırlatma edib. Ancaq çox təəssüf ki, bir çox məmurlar yerlərdə özlərini xalqın xidmətçisi kimi deyil, xalqın ağası kimi apararaq insanlara yuxarıdan aşağı baxmaq yolunu tutublar. Təbii ki, bu yolu tutanların son aqibəti yaxşı olmur. Son illərdə bəzi icra başçılarının işdən çıxarılması və onlardan bəzilərinin həbsi dediklərimizin konkret nümunələridir. Bir ailənin başçısı o ailənin üzvlərinin qayğıları ilə maraqlanmırsa və onların üzləşdiyi problemlərin həllinə çalışmırsa, o ailədə hansı hörmətə sahib ola bilər? İcra başçısı da belədir.

İcra başçılarının fəaliyyətində nöqsanlar aşkar edilərkən, onlar vəzifədən kənarlaşdırılarkən və ya həbs edilərkən hakimiyyətin üzərinə gəlib, onu tənqid edənlər bilməlidirlər ki, ölkədə Bakı şəhəri daxil, 85 şəhər və rayonlara icra başçısı Prezidentin sərəncamı ilə təyin olunur. Ölkə rəhbərinin bu adamların hamısını yaxından tanıması fiziki cəhətdən mümkün deyil. Düşünürəm ki, bu sırada icra başçısı vəzifəsinə namizədlik təqdim edən vəzifəli şəxslərin məsuliyyəti yetərincə olmalıdır.

Ölkədə yerli idarəçilikdə yeni yanaşma artıq ortaya qoyulub. Belə idarəçiliyin daha səmərəli olacağı şübhəsizdir. Hesab edirəm ki, ölkənin iqtisadi rayonları üzrə yeni idarəçiliyin tətbiqi gözləntiləri doğrulda biləcək".

REAL Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli referenduma böyük ehtiyac görür: “Əslində şəxsi fikrim budur, uzun illərdir ki, publik çıxışlarımda bunu dilə gətirmişəm. Mütləq şəkildə referendum olmalıdır. İcra hakimiyyətləri ləğv olunmalıdır. Çünki ölkədə prezidentdən tutmuş sadə vətəndaşa qədər dəfələrlə bu institutun fəaliyyəti ilə bağlı tənqidi fikirlər söylənilib. Bu institut artıq idarəedici orqan olaraq öz limitini tam doldurub. Müstəqillik illərində lazım olan işini görüb bitirib. Artıq onların ləğv edilməsinə çox ciddi ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, paralel olaraq Prezidentin şəxsi nümayəndəsi institutu da yaradılıb. Burada da hüquqi prosedurlarda problem yaşanır. Yəni Prezidentin səlahiyyətli nümayəndələri ilə icra başçılarının səlahiyyət bölgüsü aydın deyil. Səlahiyyət və məsuliyyət bölgüsündə problemlər bir müddətdən sonra yaşanacaq. İdarəetmədə ikitirəliyin yaranması ehtimalı yaranır. Ona görə də hesab edirəm ki, seçkilərdən öncə referendumun olması çox yaxşı olardı. Çünki ölkənin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı idarəetmədə olan boşluqların aradan qaldırılması şərtdir. İcra hakimiyyətləri bunun bir qoludur. Bundan başqa da qərarlar olmalıdır. Proporsional seçki sisteminə keçid olsa çox yaxşı olardı. Heç olmasa parlamentin bir hissəsi bu sistem üzrə formalaşardı. Amma təbii ki, hamımız bütövlükdə parlamentin bu seçki sistemi ilə formalaşmasını istərdik. Bundan başqa, inzibati ərazi bölgüsünün yenidən dizayn olunması vacibdir. Çünki Azərbaycan kimi ərazisi çox böyük olmayan ölkədə 80-ə yaxın rayona ehtiyac yoxdur. Prezidentin yaratdığı 14 iqtisadi rayon var. Bu da doğru qərardır. Bunu inzibati ərazi vahidinə çevirmək lazımdır. Bununla idarəetmənin keyfiyyətində dəyişikliklər ola bilər. Bundan başqa, Nazirlər Kabinetinin rolu müəyyən olunmalıdır. İndiki sistemdə Nazirlər Kabinetinin rolu aydın deyil. Çünki bizdə prezident idarə-üsuludur. Prezident müşavirələr keçirir, baş naziri, nazir müavinlərini təyin edir. Tapşırıqları da özü verir. O zaman baş nazirin funksiyası nədir? Bütün bunlara aydınlıq gətirilməlidir. Məsuliyyət və səlahiyyət bölgüsü dəqiq olmalıdır. Ləğv olunacaqsa, hansı institutların olması barədə düşünmək lazımdır. Məncə, seçkidən öncə referendum olsa, daha yaxşı olardı”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru