İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"Azərbaycanda bunlar nəzərə alınmayıb" - Partiya sədri
Tarix: 10-10-2024, 08:37 | Çap et
"Azərbaycanda bunlar nəzərə alınmayıb"
İnzibati Xətalar Məcəlləsinə yeni dəyişiklər edilir. Dəyişikliklərə görə məişət tullantılarını kənar yerlərə atanlar, şəhəri zibilləyənlər 300-500 manat civarında cərimələnəcəklər. Cərimə tətbiqi hüquqi baxımdan yaxşı addımdır. Ancaq ortada suallar var: minimum əmək haqqı 340 manat olan ölkədə 300 manat cərimə məbləği nə dərəcədə uyğundur? Digər məsələ, Bakıda və regionlarda zibilqabı problemi ciddidir. Bəzən 500 metr addımlasan da zibilqabı tapmırsan. Həmçinin Bakının elə qəsəbələri var ki, bələdiyyələr, icra qurumları oranı zibilqabı ilə təmin etməyib. Məsələn, Mehdiabad qəsəbəsi. Burada insanlar zibili evlərinin qabağına qoyur, 3-5 gündən bir maşın gəlib yığır. Bəzən bu yığım 1 həftə, 10 gün sonra baş verir.

Cərimə tətbiqi yaxşıdır, bəs zibilqabı təminatını kim həyata keçirsin?

Yeri gəlmişkən, 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olub. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

AĞ Partiya başqanı Tural Abbaslı bizimlə söhbətdə mövzuya münasibət bildirib: “Ölkəmizdə sosial vəziyyətin indiki məqamında vətəndaş üçün fantastik sayıla biləcək səviyyədə artırılmasını doğru hesab etmirəm. İnsanları maarifləndirməklə, sosial videoçarxlarla məlumatlandırmaqla neqativ halların qarşısını almaq daha yaxşı idi, nəinki cəza tətbiq edilməsi. Qiymətlər fantastik dərəcədə yüksəkdir. İndiyə qədər bu qanunla çıxış edənlərin heç biri bu məbləğlərin necə formalaşdığını, hansı meyarlarla formalaşdığını izah etmirlər. Qanunvericiliyi daha peşəkar şəkildə hazırlamaq lazımdır. O da bir başqa məsələdir ki, tullantılarn toplanması üçün lazımi yerlər zibil qutuları ilə təmin edilibmi. Bu standartlar artıq dünyada təsbit olunub. Böyük şəhərlərdə adambaşına məişət tullantıları nə qədər olur, neçə məsafədən zibil qutuları qoyulmalıdır bunu öyrənmək lazımdır. Bunlar hamısı böyük şəhərlərdə, hətta kiçik qəsəbələrdə standartlaşdırılıb. Amma Azərbaycanda bunlar nəzərə alınmayıb. Kimin dövlət orqanı ilə əlaqəsi var, o qutuları yaxın məhəllədə yerləşdirir, ya da dövlət özü uyğun bildiyi yerə qoyur. Bununla bağlı normativ aktlar qəbul olunmalıdır”.

Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, küçələrin çirkləndirilməsi ürəkaçan deyil: “Bunun qarşısını iki istiqamətdə, həm hüquqi, həm inzibati tənbeh tədbirləri ilə, həm də maarifləndirmə yolları ilə almaq mümkündür. Ancaq ilk öncə biz fikirləşməliyik ki, insanların tullantıları atması üçün kifayət qədər zibil qutusu varmı? O qutuların məntəqələr üzrə yerləşdirilməsi nə dərəcədə təmin olunub. Çünki bəzən olur insanlar tullantıları əllərində tuturlar, gözləri zibil qutusu axtarır, amma tapa bilmirlər. Bu, həll olunmalıdır. Bu, kompleks yanaşma tələb edir. İlk növbədə resursları təmin etmək lazımdır. Bununla bərabər bildirişlər, işarələr olmalıdır. Yəni zibil qutuları ilə bağlı istiqamətləndirici bildirişlər olmalıdır. Həm də zibil qutuları yaşayış massivində insanların sayına uyğun olmalıdır. Haqlı bir sual odur ki, minimum əmək haqqı ilə cərimələrin miqdarı arasında əkslik var. Cərimələr insanların maddi imkanlarına uyğun olmalıdır. Belə olmadıqda, bu bir qədər humanist yanaşma olmur. Cərimələr çıxış yollarından biridir, ancaq kafi tədbir deyil. Hesab edirəm ki, cərimələrin miqdarı haqqında düşünmək lazımdır. İnzibati tənbeh tədbirlərindən daha öncə biz insanlar arasında təbliğat aparaq. Hətta könüllülərin iştirakı ilə flaşmobla ictimai yerlərdə bu mesajları ötürə bilərik”.

Ekoloq Rövşən Abbasov bizimlə söhbətdə deyib ki, tullantıların idarə olunması ilə bələdiyyələr məşğul olmalıdır: “Bu, idarəetməni asanlaşdırmaq üçündür. Bundan ötrü bələdiyyələrin müəyyən imkanları olmalıdır. Misal üçün, tullantı maşınları olmalıdır. Özüm də elə ərazidə yaşamışam. Tək Mehdiabad yox, bir çox yerlərdə vəziyyət acınacaqlıdır. Masazır istiqamətində də vəziyyət ürəkaçan deyil. Əhali tullantılar üçün ödənişləri etmək istəmir, bu çox pis haldır. Masazırda məktəbin yanında bir yer var, insanlar bütün tullantıları ora tökürlər. Böyük bir ərazi tullantı ilə dolu olur. Maşın oradan gün ərzində 5-6 dəfə zibil daşıyır, amma yenə də çatdıra bilmir. Bunun təşkil edilməsi üçün bələdiyyələrə müvafiq imtiyaz verilməlidir. İnsanlar da başa düşməlidir ki, tullantıların yığışdırılması üçün ödəniş etmək lazımdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru