"Gənc alimlərin inkişafı üçün xüsusi maliyyə dəstəyi ayrılmalıdır" - ÇAĞIRIŞ
Tarix: 21-11-2024, 08:50 | Çap et
 2025-ci ilin dövlət büdcəsində elmə 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmin məbləğ Elm və Təhsilin inkşafı və gənc alimlərin maliyyələşməsi üçün yetərli hesab edilə bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.
O, açıqlamasında qeyd edib ki, dünya ilə müqayisədə Azərbaycanda elm sahəsinə ayrılan vəsait kifayət qədər azdır:
"2025-ci il üçün dövlət büdcəsində elmə 244 milyon manat vəsait ayrılması nəzərdə tutulması müəyyən mənada irəliləyiş sayılsa da, Azərbaycanın elmi potensialının tam inkişafı və gənc alimlərin maliyyələşdirilməsi üçün bu məbləğin yetərli olduğunu demək çətindir. Elm və təhsil sektorları hər bir ölkənin dayanıqlı inkişafının, rəqabət qabiliyyətinin və innovasiya potensialının əsas göstəriciləridir. Lakin ayrılan vəsaitlərin miqdarı və səmərəli şəkildə bölüşdürülməsi bu sahələrin inkişafında həlledici rol oynayır.
Azərbaycanın elm sahəsinə ayrılan maliyyə vəsaiti, dünya təcrübəsi ilə müqayisədə, hələ də kifayət qədər aşağıdır. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ, Almaniya və Cənubi Koreyada elm və tədqiqatlara ÜDM-in 2-3%-i qədər vəsait ayrılır. Bu, həmin ölkələrdə elmi tədqiqatların yüksək səviyyəsini təmin edir və iqtisadiyyatlarının texnoloji cəhətdən inkişaf etməsinə təkan verir. Azərbaycan üçün bu göstərici çox daha aşağı səviyyədədir və bu, elmi nəticələrin keyfiyyətinə və beynəlxalq səviyyədə tanınmasına birbaşa təsir göstərir".
Təhsil eksperti onu da qeyd etdi ki, gənc alimlər kifayət qədr maddi dəstək ala bilmir, bu səbəbdən də onlar üçün ayrıca maliyyə dəstəyi ayrılmalıdır:
"Gənc alimlərin inkişafı üçün xüsusi maliyyə dəstəyi ayrılmalıdır. Gənc tədqiqatçılar yeni və innovativ ideyaların əsas mənbəyidir və onların fəaliyyətinin dəstəklənməsi ölkənin elmi gələcəyinin təminatıdır. Lakin hazırda gənc alimlərin çoxu kifayət qədər maddi dəstək ala bilmir və bu, onların elmi fəaliyyətlərini məhdudlaşdırır. Elmi layihələr üçün qrantların miqdarının artırılması, xüsusi təqaüd proqramlarının tətbiqi və gənc alimlərin beynəlxalq səviyyədə təcrübə qazanması üçün maliyyə resurslarının ayrılması bu problemin həllində mühüm rol oynaya bilər.
Azərbaycan elminin ən böyük problemlərindən biri elmi infrastrukturun zəif inkişaf etmiş olmasıdır. Müasir laboratoriyaların, tədqiqat mərkəzlərinin çatışmazlığı, həmçinin elmi avadanlıqların köhnəlməsi tədqiqatların effektivliyini və nəticələrin keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. 244 milyon manatlıq vəsait bu sahədə bəzi yeniliklərin tətbiqi üçün müəyyən irəliləyiş yaratsa da, bu rəqəm ölkə miqyasında tamamilə kifayət etmir. Laboratoriyaların modernləşdirilməsi və yeni texnoloji avadanlıqların alınması üçün daha böyük investisiyalara ehtiyac var.
Nəticə etibarilə, 244 milyon manatlıq vəsait müəyyən bir irəliləyiş olsa da, Azərbaycanın elmi potensialını tam şəkildə inkişaf etdirmək və gənc alimlərin maliyyələşdirilməsi üçün yetərli deyil. Elm sahəsinə daha çox diqqət ayrılması, həm büdcənin artırılması, həm də resursların səmərəli idarə olunması vacibdir. Azərbaycan iqtisadiyyatının diversifikasiyası və texnoloji tərəqqisi üçün elmi fəaliyyətlərin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu məqsədlə hökumət, elm sahəsinin problemlərinə daha ciddi yanaşmalı, həm yerli, həm də beynəlxalq səviyyədə innovasiyaların tətbiqini təşviq etməlidir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
| • Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16 |
|
|
|
| • "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03 |
|
|
|
| • Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56 |
|
|
|
| • Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51 |
|
|
|
| • Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42 |
|
|
|
| • Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39 |
|
|
|
| • Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32 |
|
|
|
| • Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27 |
|
|
|
| • Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23 |
|
|
|
| • Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16 |
|
|
|
| • Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10 |
|
|
|
|