Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                 

"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Tarix: 19-02-2025, 08:59 | Çap et
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..."
Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" Qanunu təsdiqləyib.

“Diplomatik xidmət haqqında” yeni qanunda diplomatik xidmətin prinsipləri, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi tədbirləri, hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəkləri, diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı, əməkdaşların rotasiyası qaydası, onların geri çağırılmasını şərtləndirən yeni hallar, diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması, diplomatik xidmət stajının hesablanması qaydası və diplomatik xidmətdə olmanın yaş həddi müəyyənləşir.

Bundan başqa, yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının yeni funksiyaları, diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları, diplomatik rütbələrin verilməsi sahəsində yeniliklər, diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydası hazırlanacaq.

Qeyd edək ki, yeni qanunlar son zamanlar sabiq azərbaycanlı diplomatların adının qalmaqallarda hallanması fonunda qəbul edilib.

Ötən həftə mediada Böyük Britaniyadakı keçmiş səfir Rafael İbrahimovun Londonun Çeşir rayonundakı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunması xəbəri yayıldı. Məhkəmə R.İbrahimova 16 ay şərti cəza verib, adını 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil edib.

Bu, azərbaycanlı diplomatlarla bağlı ilk səs-küylü hadisə deyil. Azərbaycanı Avropadakı beynəlxalq təşkilatlarda təmsil etmiş Arif Məmmədov “qalmaqallı diplomatlar” siyahısında yer alır. O, 2015-ci ildə məmurları sərt şəkildə ittiham etmişdi. 2015-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılan Arif Məmmədov daha sonra Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilmiş, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunmuş və ona qarşı cinayət işi açılmışdı. Vəzifədən kənarlaşdırıldıqdan sonra Arif Məmmədov Belçika Krallığından siyasi sığınacaq alıb. Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışarkən həbs edilib. Bu günlərdə isə Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynlinin də adı “qalmaqallı diplomat” kimi gündəmə gəlib. Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün onun diplomatik fəaliyyətinə xitam verilib. Rəhman Şahhüseynli mətbuata açıqlamasında keçmiş həyat yoldaşı ilə övladına görə problem yaşadığını və qarşı tərəfin yazdığı çoxsaylı şikayətlər əsasında işdən çıxarıldığını deyib.

Yeni qanun bu sahədə dönüş yarada biləcəkmi?
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “Diplomatik xidmət haqqında” əvvəlki qanun 24 il əvvəl qəbul edilmişdi və həmin dövrdən etibarən həm ölkəmizin xarici siyasətlə bağlı vəzifələrində, həm də məqsəd və prioritetlərdə dəyişikliklər baş verib: “Bu vəzifələrin icrası isə daha peşəkar, daha çevik diplomatik xidməti zəruri edir. Odur ki, yeni qanunun qəbulu zamanın tələbi idi və bu da baş verdi. Yeni qanun əvvəlki ilə müqayisədə detallı və məzmunlu olması ilə yanaşı, özündə diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatını, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini, əməkdaşların vəzifə və hüquqlarını, onlara şamil olunan məhdudiyyətləri və s. ehtiva edir.

Bundan savayı yeni qanun diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yenilikləri, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları da nəzərdə tutur ki, bu da təqdirəlayiqdir və diplomatik xidmət əməkdaşlarının daha təminatlı şəkildə fəaliyyəti üçün eyni imkanlar deməkdir.

Vacib məqamlardan biri də diplomatik xidmət orqanlarına təsadüfi adamların düşməsinin qarşısının alınması ilə bağlıdır. Diplomatik xidmət orqanlarına işə qəbulla bağlı müsahibədən əvvəl müvafiq yoxlamanın aparılması bu istiqamətdə indiyə qədər olan neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir".

Ekspert vurğuladı ki, digər vacib məqam diplomatik xidmət orqanı əməkdaşlarının xarici dövlətin vətəndaşlığı, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazəni əldə etməsi ilə bağlıdır: “Yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları bundan sonra müvafiq fəaliyyəti ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə həyata keçirə biləcəklər. Bu isə öz növbəsində bir sıra neqativ halların qarşısının alınmasına imkan verəcək. Eyni şeyi həm də diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getmək və tədbirlərdə iştirakla bağlı məhdudiyyətlərlə bağlı demək olar. Hər kəs razılaşar ki, diplomatik xidməti başa vurmamış bu və ya digər ölkənin vətəndaşlığı üçün müraciət etmiş və ya hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən Azərbaycanın dövlət maraqlarını layiqincə müdafiə etməyi gözləməyə dəyməz.

Odur ki, yeni qanun indiyə qədər diplomatik xidmət orqanlarında mövcud olan ayrı-ayrı neqativ halların qarşısının alınması və eləcə də bu orqanlarda çalışan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından təqdirəlayiqdir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru