İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Bakıda ilginc benzin fırıldağı - “Saray Petrol” Yanacaqdoldurma Məntəqəsi sürücülərdən yanacaq oğurlayır - FIRILDAQ
Tarix: 16-05-2014, 15:05 | Çap et
Bakıda ilginc benzin fırıldağı - “Saray Petrol” Yanacaqdoldurma Məntəqəsi sürücülərdən yanacaq oğurlayır
Azərbaycanda yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı bir neçə fakt ictimaiyyətə açıqlanıb. Artıq bəzi yanacaqdoldurma məntəqələrində bu proses adi hala çevrilib. Əvvəllər bəzi məntəqələrdə hər 30-40 litr yanacaq satarkən 0,5-1litr yanacaq az vurulurdusa, indi bu rəqəm daha da artıb. Mayın 13-də bu cür hadisə ilə özüm rastlaşdım. Daha doğrusu bu hadisə ilə bir neçə dəfə rastlaşsam da, özümü yanılmış hesab etdiyimdən yanacaqdoldurma məntəqəsindən tələb etmirdim. Bu dəfə isə yoxladım və həqiqətən də məntəqədə yanacaq oğurluğunun şahidi oldum.

Söhbət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray Petrol” yanacaqdoldurma məntəqəsindən gedir. Bu məntəqədə hər sürücü aldadılır, onun aldığı yanacaq avtomobilə az vurulur, alınan yanacaq verilən pulun dəyərindən 2-3 litr az olur. Bu barədə bir az sonra danışacam. Hələlik isə yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazinin təhlükə mənbəyi olması barədə. Bu məntəqə təxminən 3-4 il əvvəl həmin ərazidə məcburi tikilib. “Saray Petrol” Saray qəsəbəsinin Sumqayıt şəhərindən girişində, yaşayış məntəqəsinə bitişik inşa olunub. Yanacaqdoldurma məntəqəsinin arxa divarı Saray sakininin evinə, sag hissəsində yerləşən yanacaq çənləri isə kafeyə bitişikdir. Nəzərə alsaq ki, kafe daim fəaliyyətdədir və buranın kifayət qədər müştəriləri var, məntəqənin burda yerləşməsi olduqca təhlükəlidir. Yəni, “Saray Petrol”da baş verəcək hər hansısa partlayış və digər hadisə nəticəsində həm kafe və oradakı müştərilər, həm də qəsəbədəki 10-dan artıq ev real təhlükədə olacaq. Yəni məntəqədəki partlayış ən azından Saray qəsəbəsində 10-dan artıq yaşayış evi və obyektdə faciə ilə nəticələnəcək. Amma, buna heç kim məhəl qoymur, yanacaqdoldurma məntəqəsi hansısa sözükeçən məmurun “səyi” nəticəsində burdada tikilib. Sakinlər deyirlər ki, həmin məntəqə inşa olunanda ərazidəki sakinlər, saraylılar etiraz ediblər. Hətta həmin vaxt ərazidən keçən yol sakinlər tərəfindən bağlanıb da. Lakin, məntəqə rəhbərinin yüksək çinli məmurla dost olması və onu özünə himayədar tutması sakinlərin səslərinin kəsməsi ilə nəticələnib. Necə deyərlər, Saray sakinləri müxtəlif təzyiqlərlə susdurulub. Nəticədə məmurların təpkisi ilə Saray sakinlərinin yaşadığı ərazi real təhlükə mənbəyinə çevrilib. İndi Saray sakinləri məcburdular ki, yaşadıqları evlərində daim təhlükə gözləsinlər. Bunu Saray sakinləri özləri iddia edirlər. Sakinlər deyirlər ki, məntəqə burada inşa edilməyə başlayanda onlar dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Hətta sakinlər Abşeron rayon İcra Hakimiyyətində də olublar. Amma, qurumdan bildiriblər ki, onlar “Saray Petrol”u başqa əraziyə köçürə bilməzlər və yanacaqdoldurma məntəqəsi həmin yerdə inşa olunacaq. Hətta həmin vaxtlar şikayətçi sakinlər susdurulmaq üçün onlara qarşı cəzalardan da istifadə olunub. Və nəticə göz qabağındadır. Hazırda həmin yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və sakinlər də bu təhlükəyə dözmək məcburiyyətindədir.

İndi də keçək əsas məsələyə. Bir neçə gün öncə “Saray Petrol” dan yanacaq alarkən bir hadisə ilə rastlaşdım. Avtomobilimin çənində 8 litr yanacaq var idi. Yanacaqdoldurma məntəqəsinin operatorunu çağırıb ondan xahiş etdim ki, avtomobilə 10 manatlıq yanacaq əlavə etsin. Operator yanacağı vurub qurtardı və mən yoluma davam etdim. Birdən gözüm avtomobilimin yanacaq həcmini göstərən rəqəmə sataşdı. Operator 10 manata 16,610 litr yanacaq vurduğu halda yanacaq çənində 24,610 litr yanacaq olmalı idi. Amma, faktiki rəqəm 22 litr idi. Yanıldığımı zənn edib yenidən məntəqəyə qayıtmadım. İki gün sonra yenidən məntəqədən yanacaq doldurub çıxdım və 1 dəqiqə sonra yenə də eyni hadisənin şahidi oldum. Yenə özümün yanacaq çənini göstərən rəqəmə səhv baxdığımı zənn etdim.

Və nəhayət ki, növbəti dəfə bu faktın üstünü açdım. Mayın 13-də axşam saatlarında “Saray Petrol”a daxil olub yanacaq doldurmaq istədim. Operator gələndə yanacaq doldurmazdan əvvəl avtomobilin çənində qalan yanacağın 8 litr olduğunu ona göstərdim və xahiş etdim ki, 10 manatlıq da yanacaq əlavə etsin. Operator əvvəlcə yanacağın həcminə nə məqsədlə baxdığını bilmədiyi üçün yanacaq vuranda heç bir şübhəsi olmadı və 10 manatlıq yanacaq vurmağa başladı. Operator yanacağı vurub qurtarandan sonra onu yenidən çağırıb yanacağın həcmini ona göstərdim və bildirdim ki, onun əlavə etdiyi yanacaqla çəndə 24,610 litr yanacaq olmalıdır. Operator həqiqətən də yanacaq çəninə iki litr az yanacaq vurduğunun şahidi olanda danışmağa söz tapmadı. Bildirdi ki, guya yanacağın az vurulması ondan asılı deyil, bu birbaşa kompüter vasitəsilə həyata keçirilir. Komputerdə yanacaq vurmanı isə birbaşa məntəqənin rəhbəri nizamlayır.

Operator məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsinin sahə rəisini çağırıb məsələni ona da bildirdi və mənim narazı olduğumu dedi. Sahə rəisi əvvəlcə mənim səhv etdiyimi deyib məntəqədəki yanacaq oğurluğunu ört-basdır etmək istəsə də, mümkün olmadı. Yanacağı çənə dolduran operator bildirdi ki, həqiqətən də yanacaq çənə iki litr az vurulub. Yalnız bundan sonra sahə rəisi deməyə söz tapmadı. Sonda bütün günahlar məntəqə sahibinin üstünə atıldı. Sahə rəisi bildirdi ki, bu işə birbaşa yanacaqdoldurma məntəqəsinin sahibi Çapay adlı şəxs nəzarət edir. Həmin Çapay adlı məntəqə sahibi isə məntəqədə olmur. Ona görə də, sürücülər heç kimə şikayət edə bilmirlər. Nəticədə “Saray Petrol” yanacaqdoldurma məntəqəsi sürücüləri istədiyi kimi aldadır və gün ərzində yüzlərlə sürücüdən yanacaq oğurlayır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru