
"Şantajçılar və fürsət yoxsulları başladılar yenə..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Azər Ayxan qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ramiz Mehdiyevin tör-töküntüsünün MM-də, hökumətdə hələ qaldığını iddia edirlər. Sosial şəbəkə bu mənasız adamların duzsuz statusları ilə dolub-daşır.
Bunu o adamlar yazır, deyir ki, həftədə 2 dəfə Mehdiyevin qəbul otağına zəng edib, görüş istəyirdilər. Yaxud Ramizin əl buyruqçularından təlimat alanda az qalsın orqazm yaşayırdılar. “Filankəs mənə mesaj yazıb, bu tapşırığı verdi” deyib, telefonu az qalsın gözümüzə soxurdular.
Yaramazlar. Siz daha təhlükəli və daha alçaqsınız, ləyaqətsizsiniz. Özünüzü təklif edirsiniz, bir az da xatırladırsınlz. Amma xeyri yoxdur. Dövlət hər birinizi sizi doğan anadan yaxşı tanıyır..."
























