Ukraynanın Xerson vilayətində ruslar tərəfindən 2022- ci ildən işğal edilmiş Oreşnik şəhərindəki insanların oradan köçürülməsi üçün Meloni Trampın təklifi ilə təşkil olunan köçürülmə əməliyyatı başa çatıb.
"DİA-AZ" xəbər verir ki, əhalinin əksəriyyəti 11 avtobusda Anapaya, oradan təyyarə ilə Belorusiyanın Qomel şəhərinə, oradan avtobuslarla Ukraynaya, az bir hissəsi 4 avtobusda Rusiyaya göndərilib.
"DİA-AZ" xəbər verir ki, məsələyə reaksiya verən Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı maraqlı təklif səsləndirib: "Diqqət çəkən məqamın Ukraynanı seçən vətəndaşların Rusiyanı seçənlərdən təqribən 3 dəfə çox olmasıdır.
Rusiyanın keçirdiyi saxta Referendumda isə bu ərazilərdə seçicilərin 80 faizindən çoxunun Rusiya ilə birləşmə istədiyi bildirilirdi.
Beləliklə Rusiya tərəfində işğal olunan Ukrayna vilayətlərində keçirdiyi Referendumun hansı saxtakarlıqla həyata keçirdiyi aydın olur.
Məncə Ukrayna tərəfi bu məsələni Beynəlxalq təşkilatlarda qaldırmaqla Rusiyanın keçirdiyi Referendumun saxta olduğunu sübut edə bilər.
Müstəqil ekspert kimi bu məsələnin araşdırılmasında tərəflərin razılığı ilə iştirak etməyə hazıram..."
























