İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub - Ev tikənlər üçün risq bölgəsi...
Tarix: 7-10-2014, 14:14 | Çap et
DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub
Son dövrlər ölkəmizdə keyfiyyətsiz və istifadəsi təhlükəli olan tikinti məhsulları istehsal olunur. Misal kimi, bəzən gizli, bəzən də açıq-aşkar şəkildə fəaliyyət göstərən armatur sexlərini göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, həmin sexlərdə filizin tullantılarından armatur istehsal edilir. Belə ki, bu cür sexlərdə ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edilib nisbətən ucuz qiymətə bazarlara təqdim olunur.

Bu cür keyfiyyətsiz armatur istehsal edən müəssisələrə misal olaraq paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 4 ünvanında yerləşən, vaxtilə UMS trest kimi tanınan və hazırda Tikinti Mexanizləşdirmə İdarəsi kimi fəaliyyət göstərən obyektin ərazisindəki sexi göstərmək olar. Həmin ərazinin ayrı-ayrı şəxslərə icarəyə verildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, aidiyyəti qurumlar mütləq həmin obyektdə ciddi araşdırmalara başlamalıdır: "Həmin sexin istehsal etdiyi armaturların üzərində texniki göstəricilər yoxdur. Çünki qeyd olunan müəssisənin məhsulları kustar üsullarla istehsal edilir. Bir neçə il öncə bu cür sexlərin sayı daha çox idi. Lakin sonradan onların fəaliyyətinə xitam verildi. Görünən odur ki, artıq hansısa işbazlar bu sahədə yenidən canlanmaya başlayıblar. Elə bu səbəbdən də son zamanlar keyfiyyətsiz armatur istehsal edən sexlərin sayı xeyli artıb. Əhali bir həqiqəti qəbul etməlidir ki, bu cür armaturlardan istifadə sonda ciddi fəsadlar verə bilər. Ümumiyyətlə, aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir. Çünki onun istifadəsi gələcəkdə mənfi nəticələr ortaya qoya bilər. Xüsusi ilə də Bakının iqlim şəraitində kifayət qədər keyfiyyətli armaturlardan istifadə etmək lazımdır. Aşağı keyfiyyətli armaturlardan müvəqqəti, 10-15 illik kiçik tikililərdə istifadə etmək olar. Ancaq Bakıda tikilən möhtəşəm tikililərdə həmin armaturlardan istifadə olunmamalıdır".

Ekspertlər bildirirlər ki, armatur istehsalı çox çətin prosesdir. Normal qaydalar çərçivəsində istehsal olunmuş armaturların 150- 200 il istismar müddəti olur. Ümumiyyətlə, armaturun ömrü onun tərkibindəki maddələrə görə ölçülür. Mütəxəssislərin sözlərinə görə, onların yüksək və orta keyfiyyətli markaları olur. İnşaat işlərinin təyinatından asılı olaraq müxtəlif markalardan istifadə olunur. Bakının 9 ballıq zəlzələnin baş verə biləcəyi seysmik zonada yerləşdiyini iddia edən ekspertlərin açıqlamalarından bu qənaətə gəlmək olar ki, paytaxtın seysmik şəraitilə əlaqədar Yaponiyada olduğu kimi, bizdə də yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Lakin buna əhəmiyyət verməyən bəzi tikinti şirkətləri barəsində söhbət açdığımız keyfiyyətsiz, sex armaturlarından istifadəyə üstünlük verirlər. Məsələn, peşəkar inşaatçı Çingiz Hüseynovin sözlərinə görə, monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır: "Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da, dağıla bilməz. Bir neçə il əvvəl Bakıda çoxmərtəbəli bina uçdu, həmin vaxt beton toz kimi səpələnmişdi. Sizi əmin edirəm ki, yeni binaların 90 faizində bu hal mövcuddur. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmur. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz. Amma yəqin siz özünüz də müşahidə etmiş olarsınız, bu gün özül qazılır, sabah baxırsan ki, artıq bir neçə daş hündürlüyündə hörgü qaldırılıb. Belə bir özül üzərində tikilən binanın hansı təhlükəsizlik normalarına cavab verdiyi aydın deyil".

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində belə məlum oldu ki, kiçik sexlərdə istehsal olunan armaturlar paytaxtın seysmik şəraitinə qəti cavab vermir. Həmçinin ekspertlər də iddia edirlər ki, binaların möhkəmliyinin əsas amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Belə ki, əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karbon daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Odur ki, armaturun möhkəmliyi onun hansı xammaldan hazırlanmasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Odur ki, aidiyyəti qurumlar mütləq və qısa zaman ərzində kustar üsulla, sex şəraitində hazırlanmış keyfiyyətsiz, istifadəsi təhlükəli olan armaturları bazardan yığışdırmalı, bu cür əməllərə qol qoyan işbazları isə qanuna müvafiq formada cəzalandırmalıdırlar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru