İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb - SOCAR hansı xərcləri ixtisar edə bilər?
Tarix: 14-10-2014, 14:46 | Çap et
Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb
Dünya bazarlarında neftin qiyməti 3 ay öncədən enməyə başlasa da, Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) rəhbərliyi bir az əvvəl narahat olmadıqlarını bildirmişdi. Rövnəq Abdullayev ötən ay verdiyi açıqlamasında dünya bazarlarında qiymətlə bağlı yaranan vəziyyətlə əlaqədar şirkətin illik gəlirləri üçün heç bir təhlükənin mövcud olmadığını söyləmişdi. Ancaq son açıqlamasında SOCAR rəhbərliyi xərclərin korrektəsindən danışıb.

Bu barədə yazan iqtisadçı Pərviz Heydərovun fikrincə, bunun məhz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin büdcədə qiyməti düzgün müəyyən etməli olduğu barədə söylədiyi fikirdən sonraya təsadüf etməsi diqqəti cəlb edir: В«Prezident sözügedən iclasda xatırlatdı ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun hesabına təmin edilir. “Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq” - deyə dövlət başçısı vurğuladı.
Maraqlıdır ki, R. Abdullayev də SOCAR-ın məhz investisiya proqramlarının icrasına çəkdiyi xərclərin korrektəsindən danışıb. Bu da təbiidir. O mənada ki, neftin qiyməti nə qədər minimuma ensə də, dövlət büdcəsinə ödənişlər azaldıla bilməz. Ona görə ki, büdcə neftdən çox asılı vəziyyətdədir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, Vergilər Nazirliyi (VN) ilə Dövlət Gömrük Komitəsinin və digər qurumların xətti ilə qeyri-neft sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə imkan vermir. Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir”.
İqtisadçı hesab edir ki, ümumiyyətlə, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun tətbiqinə dair Prezident fərmanının 1-ci bəndində göstərilir ki, adıçəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmanı təmin etmək üçün dövlət orqanları və müəssisələri istiqamətində tapşırıqların minimum həddi ARDNŞ xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825 milyard (sözügedən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə yığımın buna dəxli yoxdur), Neft Fondundan transfert 9,337 milyard, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi isə 0,977 milyard manat müəyyən edilsin.
Cəmi 12 milyard 139 milyon manat... Bütün bunların müqabilində isə sözügedən sənədin 1.1.3. maddəsində qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 4,300 milyard manat nəzərdə tutulub.
Yeri gəlmişkən, dövlət büdcəsinə Neft Fondundan bu il üçün nəzərdə tutulan 9,337 milyard transfert keçən ildəkindən 17,7 faiz az təşkil edir. Odur ki, SOCAR üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödənişlərdə də bu və ya digər səbəbdən kəsirlə həyata keçirilərsə, ən zəruri xərc maddələri maliyyələşdirilə bilməyəcək.
Yeri gəlmişkən, ötən 9 ayda dövlət büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə yetirilib ki, göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu isə o deməkdir ki, dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.
Bu baxımdan da, VN hələ ilin 1-ci yarısında bildirmişdi ki, SOCAR cari il üçün proqnozlaşdırılan 1,825 milyard manatı tam ödəyəcək. Qeyd olunan məbləğ isə VN xətti ilə toplanacaq ümumi məbləğin təqribən 25 %-i deməkdir.
Bəs, görəsən, adıçəkilən şirkət məhz hansı xərcləri ixtisar etmək niyyətindədir?
Məsələ bundadır ki, bu ilin dövlət büdcəsində neftin 1 bareli 100 ABŞ dollarından hesablanıb. 2014-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycan neftinin orta qiyməti təxminən 109 dollar təşkil edib. Düzdür, iyun və oktyabr ayları arasında təqribən 20 faiz enib. Və hazırda 100 dollardan aşağı səviyyədədir. Lakin ilin sonunadək qiymət 90-95 dollar arasında qalarsa, bu il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcək. SOCAR rəhbərliyinin əvvəlki nikbinliyi də, ola bilsin ki, bundan bəhrələnirdi.
Ancaq kim zəmanət verə bilər ki, qiymət bundan aşağı enməyəcək?
İqtisadçının bildirdiyinə görə, iş ondadır ki, ölkəmizdə hasilat da enir. Artıq bir neçə ildir ardıcıl olaraq davam edən prosesə bahəm, cari ildə ölkəmizdə 41,2 milyon ton neft və 28,8 milyard kubmetr isə qaz hasil olunacağı gözlənilir ki, keçən ilsə SOCAR-ın məlumatına əsasən, 43,48 milyon ton neft, 29,46 milyard kubmetr qaz hasil etmişdik.
Keçən ilin nəticəsinə görə, SOCAR-ın ümumi gəliri 38,43 milyard dollar təşkil etmişdi ki, bu da 2012-ci ildəki 17,14 milyarddan 21,29 milyard dollar çox idi. Ümumi gəlirlərin 8,95 milyard manatı neft, 1,85 milyardı isə neftkimya məhsullarının payına düşüb.
SOCAR-in satdığı neftdən büdcədə nəzərdə tutulan qiymətdən yuxarı olan məbləğ arasındakı fərq vergi çıxıldıqdan sonra Neft Fonduna da köçürüldüyündən (hərçənd, son vaxtlar bu barədə hesabat verilmir) növbəti ildən qiymət azı 80 dollara salınmalıdır. Çünki müşahidəyə əsasən, yaxın perspektivdə qiymət 100-ü ötməyəcək. Ölkəmizdə genişmiqyaslı investisiya siyasəti üçün isə dünya bazarlarında qiymət azı 100 dollar təşkil etməlidir.
Odur ki, R. Abdullayev rəhbərlik etdiyi şirkətin məhz investisiya proqramlarından danışıb. Məlumat üçün qeyd edək ki, SOCAR ölkəmizdə yeganə neft məhsulları istehsalçısı olmaqla Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyalarına da malikdir. Bundan əlavə, adıçəkilən şirkət Türkiyədə “Petgim” neftkimya kompleksinin, həmçinin digər aktivlərin ortağı sayılır.
Ümumiyyətlə, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə ilk yerdədirsə, bundan sonra Gürcüstan gəlir. Təkcə, Türkiyəyə SOCAR-ın 2018-ci ilədək 17 milyard ABŞ dolları həcmində investisiya yatıracağı gözlənilir ki, neftin dünya bazarlarında ucuzlaşması ilə əlaqədar, ola bilsin, məhz bu ölkələrdəki layihələr dayandırılsın.
Bir sözlə, göründüyü kimi Rövnəq Abdullayev xərclərin ixtisarı istiqamətində əməliyyat aparmağa məcburdur. Amma Dövlət Neft Şirkəti prezidentinin əsas çətin seçimi hansı xərclərin azaldılması yönündədir. Onun bu istiqamətdə necə qərarlar qəbul edəcəyini isə zaman göstərəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru