İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

İranın Azərbaycana qarşı yeni təxribat taktikası - Fars-molla rejimindən niyə ehtiyat etməliyik?
Tarix: 3-11-2014, 15:22 | Çap et
İranın Azərbaycana qarşı yeni təxribat taktikası
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna "Burhan Alizade" imzası ilə "İranın Azərbaycana qarşı yeni təxribat taktikası" başlıqlı maraqlı bir məqalə göndərilib. Həmin məqalənin DİA.AZ oxucuları üçün də cəlbedici olacağını zənn edərək, onu diqqətinizə təqdim edirik:
"İranın bəzi rəsmi dairələrinin din adı ilə Azərbaycanda öz siyasətlərini yeritmək, Azərbaycan dini mühitinə təsir etmək cəhdləri neçə illərdi ki, hamıya məlumdur. Bu məqsədlə İranda dini təhsil alan gənclərimiz arasında bəzilərini açıq, bəzilərinin isə beynini yumaqla üstüörtülü “əməkdaşlığa” cəlb etmələri barəsində də mətbuatda dəfələrlə yazılıb, ictimaiyyətdə müzakirə olunub.
İran Azərbaycanın müstəqilliyinin ilk illərindən bu istiqamətdə iş görmüşdü. Onlarla Azərbaycanlı yeniyetmə həm qanuni, həm də qeyri-qanuni yolla İrana keçirilmiş və dini tədris mərkəzlərində yerləşdirilərək pulsuz təhsillə təmin olunurdu. Bir qismi uzun illər, 10-15 il və hətta daha çox təhsil almış həmvətənlərimiz ruhani rütbəsi ilə vətənə qayıtdılar. İran bu yolla Azərbaycandakı nüfuzunu gücləndirmək, dindar kütlənin arasında öz rəğbətini artırmaq istəyirdi. İranda təhsil almış bu kadrların bir çoxu da həmin siyasətin aləti olmalı idilər. İran dövləti onların simasında Azərbaycanda öz maraqlarını həyata keçirən dini liderlər hazırlamaq istəyirdi.
Lakin bu plan müvəffəqiyyət qazana bilmədi. Bunun da bəzi səbəbləri vardır.
Birincisi, İranın Azərbaycana qarşı siyasi müstəvidə həyata keçirdiyi addımlar azərbaycanlıların əksəriyyəti tərəfindən müsbət qarşılanmır. Xüsusilə, İrandakı fars şovinizmi, azəri milli azlığının diskriminasiya olunması, İranın Ermənistana mehriban münasibəti, Türkiyə-Azərbaycan dostluğunu İranın qısqanclıqla qarşılaması ciddi tənqid edilir. Hətta Azərbaycanın şiə mühitində belə, İran hökumətinə münasibət birmənalı deyil. Bir çoxları İran dini liderlərinin Azərbaycanla bağlı bəzi fətvalarını başqa ölkənin daxili işlərinə kobud müdaxilə kimi dəyərləndirirlər. Dindarların böyük bir qismi İranda yaşayan din alimlərinə, müctəhidlərə hörmətlə yanaşır, amma İran dövlətinin siyasətini bəyənmir. Hər bir halda, İrana qarşı Azərbaycanda formalaşmış mənfi təsəvvürü İranda oxuyub qayıtmış ilahiyyatçılar da düzəltməyə qadir deyillər.
İkincisi, İran təhsilli ilahiyyatçılar nədənsə başqa ölkələrdə (xüsusilə Türkiyədə) oxumuş ilahiyyatçılara nisbətən daha qapalı, dar fəaliyyət istiqamətli olurlar. Üstəlik, nüfuz baxımından da onlara çox vaxt uduzurlar. Bunu müəyyən mənada həmin ölkələrin dövlət quruluşundakı fərqlə də əlaqələndirmək olar. İran sırf islami dövlət olduğu halda, Türkiyə dünyəvi və sekulyar inkişaf istiqamətini tutub. Ola bilər ki, həm təhsil proqramı, həm də təhsil müddətində əldə etdikləri dünyagörüşü İran təhsilli tələbələrin Türkiyə tələbələrinə nisbətən daha mühafizəkar və qapalı olmasına gətirib-çıxarır. Bunun nəticəsində, İranda təhsil almış tələbələr cəmiyyət tərəfindən daha az sevilir.
İranda təhsil almış tələbələrin fəaliyyətinin əsasən məscidlərlə məhdudlaşması da burada müəyyən rol oynaya bilər. Belə ki, Türkiyə təhsilli tələbələr universitetlər səviyyəsində müəllimliyə dəvət edilir, bu yolla gənclər arasında sevgi qazanırlar. Həmçinin, dövlət qurumlarının təşkil etdiyi tədbirlərə cəlb edilir və xalq içində tanınırlar. Bu münasibət İran təhsillilərə qarşı demək olar ki, müşahidə edilmir.
Beləliklə, İran hökumətinin azərbaycanlı tələbələr içindən dini lider yetişdirib ortaya çıxarmaq planı hələ ki iflasa uğrayır. Göründüyü kimi hətta İranda uzun illər oxuyub qayıdanların arasında da cəmiyyətin əksəriyyətlə qəbul etdiyi və dəyər verdiyi hər hansı konkret güclü fiqur yoxdur. İranda oxumuş tələbələrin dini təbliğat sahəsində ciddi uğur qazana bilməməyinin daha bir göstəricisi də gənclərin daha böyük axınla nurçuluğa və vəhhabiliyə meyllənməsidir.
Bunun əvəzində Azərbaycanın şiə dindarları arasında İran təhsili olmayan, hətta ali dini təhsili olmayan bəzi şəxslərin daha çox nüfuz qazandığının şahidi oluruq. Azərbaycan dini mühitində liderliyə bunlar İran təhsilli təbəqədən daha yaxın görünürlər. Bu cür şəxslərin bir qismi yerli ali dini təhsil ocaqlarında oxumuş, bir qismi qeyri-rəsmi şəkildə ölkədə dini təhsil almışlar, bəzilərinin isə ümumiyyətlə heç bir dini təhlili yoxdur. Məsələn, əslində tamamilə qeyri-dini və dünyəvi təhsilli Hacı Şahin Həsənli xalq içində böyük nüfuza malikdir. Yaxud yerli müəllimlərdən dərs alıb yetişmiş Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov kimi ruhanilər də kifayət qədər tanınırlar. İctimai kanaldakı “Din və cəmiyyət” verilişinin aparıcısı, xaricdə heç bir dini təhsil almamış Natiq Rəhimovun yazdığı dini kitablar dindarlar tərəfindən razılıqla qarşılanır və hətta tədris edilir. Qasımbəy məscidinin imamı Samir Ağayev, Mingəçevir məscidi axundu Hacı Ələmdar, Buzovnadan olan ruhani Hacı Əlizaman Əliyev və başqaları da dini mühitdə kifayət qədər nüfuz sahibidirlər. Bu şəxslərin nüfuzu əksər İran təhsilli tələbələrin nüfuzunu xeyli üstələyir. Bunun əsas səbəblərindən biri də adı çəkilən şəxslərin Azərbaycan reallığını daha düzgün görüb dəyərləndirə bilmələri, daha üstün nitq qabiliyyətinə və yazı tərzinə sahib olmalarıdır.
Nüfuz sahibi olan ilahiyyatçıların bir qismi də İranda deyil, başqa ölkələrdə şiə məzhəbi üzrə dini təhsil almış şəxslərdir. Bunların arasında Suriya və Nəcəf (İraq) tələbələri xüsusi seçilir. Bunlar əsasən, İran hakimiyyətinin mövqeyini bölüşməyən, hətta ona müxalif olan dini dairələrin təsiri altındakı təhsil ocaqlarını bitirmişlər. Məsələn, Şeyx Cavid Məmmədov Bakı İslam Universitetini bitirdikdən sonra Suriyada təhsil almışdır. Burada bir maraqlı məqama da diqqət çəkmək istərdik. Azərbaycanda hicab aksiyalarını xüsusi şiddətlə dəstəkləyən ruhanilərin də bir qismini İran dövlətinin siyasətinə bölüşməyənlər təşkil edirdi.
Bütün bunların fonunda isə ümumən dini mühitdə İran təsiri hər formada azalır və başqa təsirlər, məs. Türkiyə təsiri artırdı.
Təbii ki, bu reallıq İranın qeyd etdiyimiz dairələrini əndişəyə salmaya bilməz. Ona görə də İran tərəfi son zamanlar Azərbaycan dini mühitinə təsir edə bilmək üçün yeni və fərqli taktikalar seçir.
1. İran dəyərləri və dövlətə yaxın rəsmi İran ruhaniyyəti Azərbaycanda lazımi nüfuz qazana bilmədiyi üçün dövlətlə müxalifətdə olan dini liderlərin təbliğatı Azərbaycan dini mühit müstəvisinə keçirilir. Belə ki, həmin ruhaniləri (müctəhidləri) guya fars şovinist İran hökumətinin düşməni kimi göstərməklə azərbaycanlılarda onlara qarşı rəğbət yaratmağa çalışırlar. Daha doğrusu, xalqımızın milli hissləri ilə oynamağa cəhd edirlər. Həqiqətdə isə həmin ruhanilərin heç biri Azərbaycan marağında deyil. Onların heç birinin İran dövləti ilə müxalifətçiliyi milli məsələyə əsaslanmır. Ortada heç bir şovinizmlə mübarizə motivi yoxdur. Bu ruhanilər tamamilə İran dövlətinin daxili problemlərinə aid olan siyasi məsələlərdə (vilayəti-fəqih məsələsi) müxaliflik edirlər. Ya da onların əks mövqeyinin kökündə sırf dini-məzhəbi səbəblər durur. Yəni dini məsələlərdə, hökm və fətvalarda fərqli münasibət bildirmələri, hakimiyyətin dini-siyasi addımlarına etiraz etmələri onları müxalifət cəbhəsinə çəkmişdir.
Daha açıq ifadə ilə desək, Azərbaycana münasibətdə istər İranın ali dini lideri Xameneyi olsun, istərsə də hakimiyyətə zidd olan Şirazi və ya Vəhid Xorasani olsun – heç bir fərqi yoxdur. Əslində bu ruhani liderlərin hamısı İran vətəndaşı və irançıdırlar. Onların arasındakı ziddiyyət də İrana aid olan bir problemdir. Çox təəssüf ki, İranın daxili işi olan bu problemlər Azərbaycana da daşınır və dindar kütlənin zehni bununla məşğul edilir. Son mənada Azərbaycan dindarı Xameneyini də dəstəkləsə, Şirazini və ya Xorasanini də dəstəkləsə, İranı dəstəkləmiş və İrana aid olan bir problemə qarışmış olur.
Şiə dindarlar arasında, xüsusilə internet məkanında baş verən mübahisə və münaqişələrin bir çoxunun mövzusu məhz İran ruhanilərinin bir-biri ilə olan münasibətidir. Təəssüflü hal budur ki, Azərbaycan dindarı xarici ölkə alimlərinin münaqişələrinə cəlb edilir və öz problemləri haqqında düşünməkdən, bunların həlli istiqamətində çalışmaqdan yayındırılır. Son nəticədə udan yenə İran tərəfidir. Azərbaycanlı dindar İran hakimiyyətinə zidd olan bir ruhanini (məsələn Şirazi ya Xorasani) özünə rəhbər seçməklə sanki İrana zidd mövqedə durduğunu düşünür, halbuki o yenə də İranın təsiri altındadır. Çünki bu alimlər hakimiyyətə qarşı olsalar da, İranın milli maraqları istiqamətində çıxış edirlər və bu marağı öz tərəfdarlarının şüuruna da ötürürlər.
2. Rəsmi İranın izlədiyi yeni taktikalardan biri də milli məfkurəyə sahib olan, dindar kütlə arasında nüfuz qazanan və xarici təsirlərə uymadan fəaliyyət göstərən yerli ilahiyyatçılara qarşı əks-təbliğat aparmaqdan, onları ləkələməkdən ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi bu cür şəxslər İran təhsilli ilahiyyatçılardan xeyli artıq nüfuza malikdirlər. Onları ləkələməklə İran tərəfi, onun maraqlarını həyata keçirən qüvvələrə şərait və imkan yaratmaq istəyir. Bu taktikanı Azərbaycanda bəzi İran dini təhsil ocaqlarının məzunları həyata keçirirlər. Onlar tərəfindən bu istiqamətdə fəaliyyət həm internet məkanında, həm də onlara tabe olan mətbu qurumlar vasitəsilə həyata keçirilir.
İran dairələrinin məqsədi bu qrupun vasitəsilə Azərbaycanın müstəqil düşüncəli və milli məfkurəli fikir sahiblərini gözdən salmaq, bununla da İran təhsilli şəxslərin nüfuzunu yüksəltməkdir. Çünki milli ideyalara sadiq olan insanlar ölkədə İran nüfuzunun artmasına ciddi əngəldirlər.
Göründüyü kimi, İranın Azərbaycandakı bu ideoloji təxribat planlarının hər ikisinin icraçıları İran təhsilli tələbələrdir. Bu iki qrup bir-birindən ayrı olsa da, eyni məqsədə çatmaq üçün paralel istiqamətdə hərəkət edir.
İran tərəfi bu cür “incə” oyun taktikası həyata keçirməklə Azərbaycan xüsusi xidmət orqanlarının zənnini azdırdığını düşünür. Guya İran hakimiyyətinə müxalif olan qüvvələri təbliğ etməklə onlar özlərini Azərbaycan dövlətçiliyinin maraqlarına sadiq bir tərəf kimi təqdim etdiklərini zənn edirlər. Onların fikrincə, rəsmi Azərbaycan bu qrupların anti-İran fəaliyyətinə göz yumacaq, hətta bəlkə də bu fəaliyyəti dəstəkləyəcək. Halbuki, onların son məqsədi bölgədə İranın nüfuzunu artırmaq, Azərbaycanı İranın ciddi nüfuz dairəsi altına almaqdır."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru