İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Keçmiş icra başçısının topdağıtmaz biznes imperiyası - Gülhüseyn Əhmədovla bağlı şok ittihamlar
Tarix: 25-11-2014, 14:44 | Çap et
Keçmiş icra başçısının topdağıtmaz biznes imperiyası
Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədovla bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Mətləbə keçməzdən öncə qeyd edək ki, Gülhüseyn Əhmədov 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və biologiya elmləri namizədidir. 1977-ci ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olub.1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışıb. 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Redaksiyamıza daxil olan məlumatlara görə, hazırda heç bir yerdə işləməyən Gülhüseyn Əhmədov Bakıda və doğulduğu rayonda böyük biznes imperiyasına malikdir. İddialara əsasən, o hələ Saatlıda icra başçısı işlədiyi dövrdə icra hakimiyyətinin balansında olan qonaq evini özəlləşdirərək özü üçün iaşə obyektinə çevirmişdi. Hansı ki, rayonlarda qonaq evləri ümummilli lider, rəhmətlk Heydər Əliyevin göstərişilə tikilmişdi. Xaricdən, eləcə də paytaxtdan bölgələrə səfərə gələn qonaqların rahat dincələ bilməsi üçün qonaq evləri tikildi. Gülhüseyn Əhmədov isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən qonaq evini zamanında özəlləşdirərək özü üçün müxtəlif iaşə obyektlərinə çevirdi. Sabiq məmur zamanında nə qədər arxayınlaşıb ki, rəhmətlik Heydər Əliyevin tapşırığı əsasında tikilən qonaq evini özəlləşdirməyə cürət edib. Verilən məlumata görə, o elə həmin dövrdə rayon bazarını Saatlıda yaşayan və kriminal aləmlə əlaqəsi olan Ayəddin adlı şəxslə ortaq olaraq özəlləşdirib. Və hazırda 50-nin 50-yə prinsipi ilə şərikinə işlədirlər. Deyilənə görə Gülhüseyin Əhmədovun şəriki Ayəddin bir neçə dəfə kriminal "razborka"larda iştirak etdiyinə görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O hətta rayonda bir nəfəri 100 min manat miqdarında "tavana" otuzdurub. Həmin şəxs isə pulu verə bilmədiyindən ürəyi partlayaraq dünyasını dəyişib. Deyilənə görə, keçmiş içra başçısının şəriki indinin özündə də bu bölgədən "obşak" üçün pul toplayır. Maraqlıdır, görəsən, keçmiş icra başçısı kriminal aləmdə adı hallanan şəxslə nəyə görə biznes qurub? Deməli, burda hansısa qaranlıq məqamlar və müəyyən maraqlar var. Ki, bunlar araşdırılması vacib olan məsələlərdir. Bundan əlavə Bakıda "Azadlıq” prospektində "Murad" market deyilən böyük market fəaliyyət göstərir ki, buranın da sahibinin Gülhüseyn Əhmədov olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə, keçmiş başçının "Murad" marketə hansı vəsaitlərin hesabına sahib çıxması da araşdırılması vacib olan məqamlardandır. Çünki Gülhüseyn Əhmədovun icra başçısı işlədiyi dövrlərdə aldığı aylıq maaş ona dəyəri milyonlara bərabər olan marketi tikib başa çatdırmağa imkan vermirdi. Deməli, həmin dövrlərdə keçmiş başçı müxtəlif "levı" işlərlə məşğul olub. Bundan əlavə keçmiş başçının Bakıda və rayonda dəyəri milyonlarla ölçülən çoxlu sayda mənzil və mülklərə sahib olduğu yayılan məlumatlar arasındadır. Bütün bu mülklər, restoranlar, bazarlar, torpaq sahələri isə rayonda işlədiyi dövrdə qanunsuz əməllər nəticəsində əldə edilən kapitalın hesabına "qazanılıb". Bəzi sabiq məmurlar elə fikirləşirlər ki, vəzifədən çıxarıldılar vəssalam. Amma əsl məsələ elə bundan sonra başlamalı, həmin şəxslər vəzifədə olduğu müddətdə gördüyü işlərlə bağlı sorğu-sual edilməlidir. Həmçinin Gülhüseyn Əhmədov. Yəqin o zənn edir ki, olan olub, keçən keçib, heç kim onun keçmişdəki fəaliyyətini araşdırmayacaq. Digər tərəfdən Gülhüseyn Əhmədov öz qohum-əqrabasına və yaxınlarına da gün ağlamağı unutmayıb. Hazırda onun qardaşı Xanhüseyn Əhmədov Saatlıda su idarəsinin müdiri işləyir. Deyilənə görə, o indi həbsdə olan və vaxtilə "SPACE" telekanalında işləyən İlham Mirzəyevlə yaxın dost olub. Hər axşam bu telekanalda görüşərək İlham Mirzəyevdən bəzi məsləhətlər alırmış. Bəlkə qaytardılar prinsipinə arxalanan Gülhüseyn Əhmədov baxıcı İlham Mirzəyevlə hansı söhbətləri aparması isə başqa yazının mövzusudur. Mənbənin məlumatına görə, qanunsuz əməllərlə əldə edilən bütün bu mal-mülk Gülhüseyn Əhmədov tərəfindən oğlunun, qızının, həyat yoldaşının və digər qohumlarının adına sənədləşdirilib. Bura adını çəkdiyimiz obyektlərlə yanaşı, çoxlu sayda çay evləri, apteklər şəbəkəsi, gözəllik salonlarını da əlavə etmək olar. Əlaqədar dövlət qurumları səviyyəsində keçmiş başçının və deputatın fəaliyyəti araşdırılsa, bir sıra qaranlıq məqamlara aydınlıq gətirilmiş olar. Qeyd edək ki, Gülhüseyn Əhmədovun bütün bu varidatı icra başçısı işlədiyi və millət vəkili olduğu dönəmlərdə qanunsuz yollarla əldə etdiyi vəsaitlər hesabına sahib olduğu bildirilir. Onun ikinci dəfə deputat seçilməməsinin səbəbi də məhz etdiyi qanunsuz əməllərə görə oldu. Yadınızdadırsa, Gülhüseyn Əhmədov ikinci dəfə YAP-dan namizədliyini vermişdi və son anda adı siyahıdan çıxarıldı. Və o namizədliyini geri götürməyə məcbur oldu. 2010-cu ildə Araz çayı sahilində böyük sel axını baş verdi ki, ondan xeyli insan zərər çəkdi. Səbəbini dövlət komissiyası araşdırdıqda Araz çayının sahillərində sovet dövründə tikilən su anbarlarının və bəndlərinin sökülməsi oldu. Məlumatda bildirilirdi ki, deputat Gülhüseyn Əhmədov və adamları hələ xeyli əvvəldən, yəni o Saatlıda icra başçısı olan dövrlərdə Araz çayının sahillərində olan su anbarlarını və bəndləri uçurdaraq, onların yerində özünə əkin sahələri salıb. Elə buna görə də rayonda təbii fəlakət baş verib. Sel zamanı bu dağıntının 7 kəndi su altında qoymasından sonra məsələni araşdıran FHN isə bunun niyə baş verdiyini üzə çıxarıb və məsələ ilə bağlı yuxarılara məlumat verib. Görün sabiq icra başçısı həmin dövrlərdə necə özbaşına işlərə qol qoyub ki, hətta Araz çayının sahilindəki bəndləri və su anbarlarını uçurdaraq özünə əkin sahəsi salıb. Fikrimizcə, bundan böyük özbaşınalıq, qanun pozuntusu ola bilməz. Böyük bir zərərin baş verdiyini və bunun üçün günahkarın Gülhüseyn Əhmədovun olduğunu görən yuxarı dairələr onun hakimiyyətin nümayəndəsi kimi, seçkilərdə iştirakına qadağa qoydu. Keçmiş icra başçısı və deputat barədə daha bir maraqlı məlumat mətbuatda yer alıb. Belə ki, Gülhüseyn Əhmədovun deputatlıq dönəmində adı insan qaçırmaqda da hallanıb. Verilən məlumata görə, o hələ deputat olarkən ona yaxın olan adamlar rayonda bir nəfəri girov götürüblər. Həmin adam gizli bir yerə aparılaraq bir müddət orada saxlanılıb. Deputatın adamları orada həmin şəxsə işgəncə verəndən sonra sərbəst buraxıblar. Səbəb isə girov götürülən şəxsin deputat Gülhüseyn Əhmədova 130 min manat pul borcunun olması olub. Girov götürülən şəxs işgəncələrdən sonra sərbəst buraxılan kimi bu hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra deputatın həmin cinayətdə iştirak edən bir neçə yaxın adamı həbs olunub. Girov götürülən şəxs də, necə deyərlər, zəif və kimsəsiz adam olmayıb. O da imkanlı və arxa-dayaqlı adam olduğu üçün keçmiş icra başçısı və deputat olan Gülhüseyn Əhmədovdan şikayət etməyə cürət göstərib. Üstəlik, yerli hüquq-mühafizə orqanları onun şikayətini icraata götürüblər. Həmin vaxtlar Saatlı Rayon Polis Şöbəsi faktı təsdiqləyib. Və işin Prokurorluqda olduğu qeyd edilib. Görünür, bu hadisə də Gülhüseyn Əhmədovun deputatlıq mandatından imtina etməsinə səbəb olan amillərdən olub. Keçmiş məmur yaranmış problemi sivil yolla qaydasına qoya, ona borcu olan insanı normal formada başa sala bilərdi. Gülhüseyn Əhmədov isə həmin şəxsi girov götüzdürüb başına min bir oyun açmaqla problemin həllinə nail olacağını düşünüb. Başqa ölkələri deyə bilmərik, Azərbaycanda belə ənənə formalaşmayıb. Çünki ölkənin qanunları var və cəza vermək hüququ yalnız aidiyyəti hüquq-mühafizə orqanlarına məxsusdur. Gördüyünüz kimi, hazırda böyük biznes imperiyasına sahib olan "işsiz" Gülhüseyn Əhmədov bu qədər varidata dövlətin və prezidentin ona etimad göstərərək böyük bir rayona başçı qoyduğu vaxtlarda əldə edib. Hansı yollarla bu qədər mal-mülkə sahib olmağın formalarını isə yuxarıda sizə sadaladıq. Hesab edirik ki, rəsmi dairələrin nümayəndələri Gülhüseyn Əhmədovun həm icra başçısı, həm də deputat işlədiyi dövrlərdəki fəaliyyətini dərindən araşdırıb onun törətdiyi qanunsuzluqların üstünü açmalıdır. Mövzunu gündəmdə saxlayacağıq. Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. \\ gundelik-baku.com \\

(Ardı var)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru