İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

İcra başçısı Natiq Aslanovla deputat əmisi rayonu “işğal edib” - Aslanovlar Naftalanı “özəlləşdirib”
Tarix: 3-12-2014, 14:10 | Çap et
İcra başçısı Natiq Aslanovla deputat əmisi rayonu “işğal edib”
Nafatalanın icra başçısı Natiq Aslanovla bağlı redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, icra başçısı son aylar şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirir. Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkəninin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da, biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir.Naftalandan daxil olan və dəqiqləşdirdiyimiz məlumata əsasən “Naftalan Vannası” sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfərin iri obyektləri tikilib. Həmçinin Natiq Aslanovun sahibkarlıq biznesi ilə birbaşa məşğul olduğunu məlumat verən mənbə bildirir ki, icra başçısı rayonun dövlət torpaqlarını bütünlüklə zəbt edib və burada özü üçün, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər var və həmin təsərüfatları da başçının yaxın qohumları idarə edir. Daxil olan məlumatda həmçinin bildirilir ki, Natiq Aslanov Naftalan şəhərinin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti sadəcə sənədləşdirmədə hansısa işə sərf edib. Çünki sənədləşdirmədə qeyd olunan küçələr və yollara yamaq vurulub. Yəni hansısa bir təmirdən söz gedə bilməz. Bildirilir ki, icra başçısı Naftalan küçələrinin yollarının təmir edilməsini özünə yaxın olan “İlqar-MR” MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürüb. Mənbə qeyd edir ki, Natiq Aslanovun qarşısına qoyduğu məqsəd ondan ibarətdir ki, Naftalanda öz sahibkarlıq subyektlərini artırıb inkşaf etdirsin və yaxın gələcəkdə başqa böyük bir rayonun rəhbərliyinə göndərilsin. Apardığımız araşdırma nəticəsində İcra başçısı və onun deputat qohumu Mahir Aslanovla bağlı daha ilginc məlumatlar əldə olunub. Məlumatlara görə, Mahir Aslanov “Happy İnn” hoteli üzərindən nazirliklərlə qarşılıqlı maxinasiyalar edir. Milli Məclisdə nadir hallarda, bəzən isə heç bir zaman səsi çıxmayan deputatlardan olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovla bağlı başqa maraqlı məlumatlar da əldə etmişik. Belə ki, redaksiyamıza verilən digər məlumata görə, böyük biznes şəbəkəsinə malik olan deputatın nəzarətində olan əsas sahələr otelçilik və mebel istehsalıdır. Deputat M.Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən “Happy İnn” hoteli sayılır. Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir. Redaksiyamıza məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz “Happy İnn” hotelinə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla “Happy İnn” hotelində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda başqa bir ilginc məqam da yer alıb. Həmin məlumatlara görə, nazirliklə deputat arasındakı bu anlaşma əsasında tərəflərin hər ikisi qazanc əldə edirlər. Belə ki, xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəğdləşdirərək əldə olunan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı В«dostlarınaВ» geri qaytarır. Deputatın digər əsas gəlir mənbələrindən biri də mebel biznesi ilə bağlıdır. Qeyd edək ki, "Kəpəz Holdinq"ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Ötürülən səhih məlumata görə, Şirkətlər Qrupunun əsas gəlir sahəsi "Kəpəz" Mebel Salonudur. Bu salon da Həsən Əliyev küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır.Deputatın nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir. Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.Son zöz əvəzi olaraq bildirək ki, Naftalanın icra başçısı Natiq Aslanov və deputat Mahir Aslanovun rayon ərazisində yaratdığı sahibkarlıq obyektləri və təsərüfat sahələri ilə bağlı redaksiyamıza daxil olan əlavə informasiyanı araşdırdıqdan sonra oxucularımıza məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Ancaq buna baxmayaraq yazıda adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin.
\\ bizimdovr.az \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru