İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Bakıda qəbirstanlıq biznesinə kimlər və necə nəzarət edir? - "Qəbir satıram, ucuzu 200, bahası 7-8 min manata..."
Tarix: 22-01-2015, 14:25 | Çap et
Bakıda qəbirstanlıq biznesinə kimlər və necə nəzarət edir?
Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.

Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.

Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə sayına görə əvvəlcədən alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə satılır. Belə ki, Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2 sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, “özəlləşdiriblər”. Burada cəsədini gözləyən qəbirlər çoxdur.

“İslam dininə görə insan dünyasını dəyişəndə qəbirdə dəfn olunur. Bu barədə Allah təala belə buyurur: “Sonra Allah təala insanı öldürüb qəbirə qoydu” (Qurani Kərim, Əbəsə surəsi 21-ci ayə). Allah təala mübarək kitabında insanı torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib. Allah təala insanı torpaqdan yaratmış, torpaqda yaşadır və torpağa dəfn edir. Yəni torpağın sahibi uca Allahdır və insanı orada məskən salması və orada ölməsi üçün ona böyük bir hədiyyə olaraq vermişdir. Allah təala insanın dəfn olunması üçün torpaqların satılmasını əmr etməyib." İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, İslam dinində qəbir yerləri üçün torpaq sahələrinin satılması haram sayılır. Ə. Həsənov qeyd etdi ki, bu gün amma torpaq da ticarət sahəsinə daxil edilib, satılır. Qəbir yerlərinin satılmasının islam dinində haram hesab edilməsinin isə bir çox səbəbləri var: “Birincisi, Allah təala hamıya eyni imkanı vermir. Biri yoxsul olur, kasıb olur, digəri zəngin olur. Bu gün belə çıxır ki, yoxsul olan ya ölməməli, ya da dəfn olunmamalıdır. Həmçinin, torpaq insana məxsus deyil. İnsan sadəcə, orada müvəqqəti qonaqdır. Onun yaşadığı torpağı satması, xüsusi ilə dəfn üçün satması ümumiyyətlə, yol verilməzdir. Bu gün dövlət tərəfindən qəbir yerlərinin satılmasına nəzarət olunsa da təəssüf ki, bu nəzarəti çoxları görməzdən gəlirlər. Azərbaycanda xüsusi ilə vəziyyət çox çətindir. Bu da qəbir satanların özbaşınalığının nəticəsidir. Əslində qəbir yerləri dövlətin vətəndaşları üçün xüsusi ayrılmış yer olmalı və çox cüzi qiymətə satılmalıdır, baxmayaraq ki, İslam dininə görə qəbir yerlərini satmaq haramdır.”

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qəbir biznesi cəlbedici biznesdir. Qəbir yeri üçün nəzərdə tutulan torpaqlarda qiymətlərin artması müşahidə olunur. Qiymətlərin artması da həmin yerlərə tələbin yüksəlməsi ilə bağlıdır: “Təəssüf ki, qiymətlər yüksəkdir. Əslində bu arzuolunan məsələ deyil. Qiymətlərin yüksək olması bəzi hallarda yaxınları rəhmətə getmiş insanların qəbir yeri alması ilə bağlı müəyyən çətinliklərin yaşanmasına gətirib çıxarır.”

V, Bayramovun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün qəbirstanlıq biznesinə inzibati müdaxilə edilməlidir: “Qəbir yerləri ilə bağlı bir sıra ölkələrdə olduğu kimi konkret tariflər müəyyənləşdirilsin. Həmin qiymətdən yüksək qiymətə torpaqların satılmasına icazə verilməsin. Tariflər də vətəndaşın gəlirlilik səviyyəsinə uyğun olmalıdır. Hazırda yerləşmə yerindən asılı olaraq, torpaqların qiyməti bahadır. Torpaqların qiymətinin baha olmasının bir səbəbi qeyri-rəsmi ödənişlərin artması ilə bağlıdır. Simvolik bir tarifin müəyyənləşdirilməsi və bununla yanaşı bələdiyyələr və digər qurumlar tərəfindən qeyri-rəsmi ödənişlərin qarşısının alınması olduqca vacibdir. Heç bir halda qəbir yerləri üçün yüksək vəsaitin tələb edilməsi arzuolunan deyil. Birmənalı şəkildə bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var.”

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq sahələrinin məhdud olduğunu söylədi. Amma qəbir yerlərinin pulla satılmasının qadağan olunduğunu bildirdi. “Qəbir yerləri pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materailları isə vətəndaş almalıdır. Bizim trestə 32 qəbiristanlıq daxildir. 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır. Xırdalan məzarlığının paytaxta yaxın hissəsi, bizə əks tərəfdəki hissəsi isə Abşeron rayonuna tabedir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür.”

Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını deyən Sabir Həsənov qəbir yerlərinin sənədləşdirildiyini deyir. “Həmin qəbir yerləri sənədləşdirilir. Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər kimsə belə hallarla rastlaşarsa, trestin “qaynar xətt”inə 510 83 08 müraciət edə bilər.”

Qəribədir, görəsən Sabir Həsənovun adını sadaladığı qəbirstanlıqlarda qəbir yerlərini minlərlə manata vətəndaşlara satan kimlərdir? Qəbirstanlıqda yasin oxumaq üstə dalaşan mollalar, yoxsa qəbir qazanlar?.. Məhz bu kimi suallara cavab tapmaq üçün mövzunu davam etdirəcəyik .








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru