Zakir Fərəcovun torpaq biznesi bu kənddə çiçəklənən dövrünü yaşayır... - Aşağı Güzdəkdə hərracdan kənar torpaq satışı kimə baxır?
Tarix: 3-03-2015, 18:49 | Çap et
 Etiraf etmək lazımdır ki, bu gün yerli özünüidarə qurumlarının, yəni bələdiyyələrin bir çoxunun fəaliyyəti vətəndaşlar tərəfindən razılıqla qarşılanmır. Başqa sözlə desək, bələdiyyələr daha çox fəaliyyətsiz qurum kimi təsir bağışlayırlar. Əksər hallarda üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə bilməyən bələdiyyə sədrləri əsaslı olaraq ittiham hədəfinə çevrilirlər.
Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin fəaliyyətində də müxtəlif boşluqlar və neqativ hallar mövcuddur. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 1999-cu ildən bələdiyyəyə sədrlik edən Bəyağa Abbasov qəsəbənin abadlaşması, küçələrin təmiz saxlanması, eləcə də səlahiyyətinə aid olan digər işlərin yerinə yetirilməsi üçün heç bir addım atmır: "Aşağı Güzdək qəsəbəsi 1990-cı ilə qədər Abşeron rayonu Ceyranbatan qəsəbə soveti Güzdək stansiyası və ya Güzdək Nalivnoy adlandırılıb. Hazırda qəsəbədə bir orta məktəb, həkim ambulatoriyası, uşaq bağçası, poçt fəaliyyət göstərir. Qəsəbənin ərazisində bir quşçuluq müəssisəsi və 5 kərpic zavodu fəaliyyət göstərir. Qəsəbə əhalisi əvvəllərdən indiyə kimi heyvandarlıqla məşğul olur. Qəsəbənin yaxınlığında dəmiryol yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Aşağı Güzdəkdə 11 ticarət mağazası və köşkü əhaliyə xidmət edir. Qəsəbədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin tabeliyində olan Yemçilik, Çəmənçilik və otlaqlar İnstitutu fəaliyyət göstərir. Bələdiyyə sədri Bəyağa Abbasov əslən Hacıqabul rayonunun Atbulaq kəndindəndir. Sakinlər onun fəaliyyətindən razı deyil. Çünki Bəyağa müəllim sədr kimi fəaliyyət göstərdiyi 16 il ərzində Aşağı Güzdək qəsəbəsinin gözəlləşməsi istiqamətində təqdirəlayiq iş görməyib. Yəni özünü doğrultmağı bacarmayıb. O ancaq qeyri-qanuni şəkildə torpaq satışı ilə məşğuldur. Baxmayaraq ki, bir neçə il əvvəl torpaq sahələrinin hərrac yolu ilə satılması haqda qərar qəbul edilib, amma Bəyağa müəllim torpaqları hələ də köhnə qayda ilə satır. Bu isə açıq-aşkar şəkildə qanun pozuntusu deməkdir. Qəsəbə ərazisində boş torpaq sahələri sürətlə tükənməkdədir. Sədrin "şərtləri" ilə razılaşan şəxslər asanlıqla torpaq sahibi ola bilirlər. Sırf qanunun tələb etdiyi formada torpaq sahibi olmaq istəyən vətəndaşlara isə süni problemlər yaradılır". Mənbənin dediyinə görə, sakinlərin şikayəti əsasən qəsəbənin yollarının bərbad olması, su və işığın verilməməsi ilə bağlıdır: "Aşağı Güzdək qəsəbəsində həyat bələdiyyə sədrinin evinə qədərdir. Bələdiyyə sədrinin evinə qədər yol çəkilib. Su və kanalizasiya xətləri, işıq dirəkləri də onun evinə qədərdir. Bu nə qədər ədalətlidir? Bərbad yollar qış aylarında daha da acınacaqlı vəziyyətə düşür. Kəndin o başına maşın getmir. Dəfələrlə bələdiyyə sədri Bəyağa Abbasova müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Bələdiyyə sədri deyir ki, gedin kimə şikayət edirsinizsə edin". Növbəti saylarımızda 1999-cu ildən indiyə kimi Aşağı Güzdək bələdiyyəsinə dövlət tərəfindən ayrılan dotasiyanın, bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin xərclənməsində yol verilən qanun pozuntuları və qanunsuz torpaq satışı, habelə Bəyağa Abbasovun varidatı haqda şok faktları açıqlayacağıq. Sonda Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyindən bələdiyyədə hökm sürən problemlərə münasibət bildirmələrini xahiş edirik. \\ GünBakı \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01 |
|
|
|
|