İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Cahangir Əsgərovla bağlı ilginc iddia: Oliqarxların varidatını xaricə kim daşıyır? - əskinasların çıxarılması prosesi hələ də başa çatmayıb
Tarix: 5-03-2015, 14:34 | Çap et
Cahangir Əsgərovla bağlı ilginc iddia: Oliqarxların varidatını xaricə kim daşıyır?
Fevralın ikinci ongünlüyündən başlayaraq manatın dollara nisbətdə kəskin şəkildə çökməsi ölkəni əməlli-başlı silkələdi. Lakin oliqarx məmurlardan və onların yaxın çevrəsindən demək olar ki, heç biri bu devalvasyadan zərər görmədi. Əksinə, yayılan xəbərlərə görə, bir qədər "irəli düşüblər". Ölkə iqtisadiyyatının yaşadığı şokdan xeyir götürmək imkanı qazananlar bu xidmətə görə, ilk növbədə, Mərkəzi Bankın sədri Elman Rüstəmova və eyni dərəcədə AZAL başqanı Cahangir Əsgərova minnətdar olmalıdırlar. Məlumat var ki, Elman Rüstəmov manatımızı gözləyən "zəlzələ" barədə oliqarxlara zəruri informasiyaları ötürməkdə canfəşanlıq nümayiş etdiribsə, Cahangir Əsgərov həmin adamlara məxsus valyutaların yük təyyarələri vasitəsilə xaricə ötürülməsində son dərəcə cəfakeşlik sərgiləyib.

Bu məsələdə AZAL prezidentinin adının hallanmasını ciddi qəbul etməliyik. Çünki, banklar vasitəsilə çirkli pulların "offşor" zonalara ötürülməsinə nəzarət dünyanın aparıcı dövlətlərinin prioritet məsələlərindən sayılır. Ona görə də hər hansı bir ölkədə dolların xaricə daşınmasını təmin edə biləcək yeganə operativ, sərfəli, istəsəniz lap məxfi variant aviasiya daşımalarıdır. Ölkədə yaşanan, maliyyə və bank sektorunu bir-birinə "vurmuş" hadisələr fonunda bəzi oliqarx məmurlar milyardlarla sərvətini ölkədən niyə də çıxarmasın? Bunun üçün sanki ölkə səmasını "özəlləşdirmiş" kimi görünən Cahangir Əsgərovun xidmətləri daha cəlbedici görünmürmü? Yadınızdadırsa, hələ bir neçə il öncə ölkə mediasını bürümüş oliqarxların dollar transferi xəbərlərin baş "qəhrəmanı" AZAL başqanı deyildimi? Ümumiyyətlə, bu şəxsin fəaliyyəti son iki onillikdə bir sıra qaranlıq məqamlarla zəngin olub. Lakin nədənsə heç bir qurum bu məqamlara aydınlıq gətirilməsinə ya çalışmayıb, ya da buna maraq göstərməyib. Halbuki, AZAL aviaşirkətinə prezidentlik Cahangir Əsgərovun fəaliyyətinin yalnız görünən hissəsidir.

"Aysberqin" görünməyən hissəsi

Bu "hissədə" nəhəng biznes "imperiyası" fəaliyyət göstərir. "İmperiya"da at oynadan da yenə Cahangir Əsgərovun özüdür. Məlumat üçün bildirək ki, " Silk Way" aviaşirkətinin rəhbəri Şəmsəddin Mirsalayevdir. " Silk Way" Aviaşirkətinin 2001-ci ildə Cahangir Əsgərov tərəfindən yaradıldığı bildirilir. Şirkətin əsasında artıq 2006-cı ildə yaradılmış "Silk Way Holding" fəaliyyət göstərir. " Silk Way Vest" aviaşirkəti də bu holdinqə daxildir. Aviaşirkətin Hahn (Almaniya) və Londonhava limanlarında anbarları var. Dünyanın istənilən nöqtəsinə yük transfer etmək imkanına malik bu Holdinqə nəzarət Cahangir Əsgərova məxsusdur. Holdinqə daxil olan biznes qurumları sırasında bank, sığorta, səyahət, yükdaşıma, helikopter, taksi xidməti və s. təyinatlı törəmə şirkətlər daxildir. Ümumilikdə Holdingə 30-a yaxın şirkət daxildir. Onlardan bir neçəsi lap yaxınlarda, daha dəqiq desək, ölkədə manatın devalvasiya təhlükəsi yaşadığı günlərdə təsis edilib. Tələskənliyə ehtiyac varıymış! Diqqət çəkən daha bir məqam: 1994-cü ildən 2008-ci ilədək fəaliyyət göstərən AZAL Səhmdar Kommersiya bankının adı isə dəyişdirilərək " Bank Silk Way" ASC-yə çevrilib. Bu bank da "Silk Way Holding"in strukturuna aiddir. Bundan əlavə AzCargo və Baku-Cargo kimi aviaşirkətlər də sərnişin və yüklərin hava nəqliyyatı ilə daşıma xidmətləri ilə məşğul olur. Təbii ki, AZAL başqanı bu şirkətlərin də fəaliyyətinə əl qoyub. Qeyd edək ki, Cahangir Əsgərovun nəzarətində olan şirkətlər üçün xaricdən ən yeni və müasir tipli yük təyyarələri alınmaqdadır. Məsələn, "Boeing 787 Dreamliner" tipli yük təyyarəsi ötən il dekabrın son günlərində əldə edilib. Bu barədə məlumat verən mənbəmizin bildirdiyinə görə, aviaşirkətin prezidenti yük təyyarəsinin təcili qaydada Azərbaycana tədarük edilməsi üçün ABŞ-ın "Boeinq" şirkətinə bir neçə dəfə müraciət edib. Baxmayaraq ki, həmin təyyarələr ölkəmizə qrafik üzrə gətirilməli idi. Bunun ardınca ilin əvvəlində "Boeing-787-8" Dreamliner tipli genişfüzelyajlı daha bir hava gəmisi ölkəyə gətirildi. 210 sərnişin tutumuna malik bu yük təyyarəsi fasiləsiz 15 saat uçuş yerinə yetirmək imkanına malikdir və 15700 km məsafə qət edə bilir. Bu göstəricilərə görə, Dreamliner müasir sərnişin avialaynerləri arasında liderdir. "Arzular layneri" adlandırılan bu hava gəmisinin salonunda müxtəlif xidmət siniflərinə uyğun üç növ oturacaq mövcuddur. Təyyarənin bütün aeronaviqasiya sistemləri, sərnişin salonundakı audio və video sistemlər müasir texnologiyalar əsasında hazırlanıb. Azərbaycanın "Silk Way Cargo" yük aviadaşıyıcısı və ABŞ-ın "Boeing" şirkəti bu il ərzində daha 3 "Boeing 747-8" təyyarəsinin alışına dair müqavilə imzalayıblar.

AZAL kimin şəxsi biznesinə işləyir?

Uzun illər eyni vəzifə kreslosunda görəvini yapan, məmurda formalaşmış "şərti refleks" onu özündən müştəbehliyə aparır. Havayı pullar hesabına özünə gün-güzəran vəzifə var-dövlət, xətir-hörmət, geniş ictimai-siyasi nüfuz və mövqe kimi şipşirin məhfumlarla assosiasiya olunur. Məmurların bəzi hissəsi eyni tərbiyə görüb. Qəpik üstünə qəpik gətirmək naminə kimin qarşısında desən, mayallaq aşmağa belə hazırdılar. Fəqət, onu da bilirik ki, AZAL prezidenti özünə görə ambisiyalı məmurdu. Başqaları kimi, onun da iştahı pis deyil. Yeri gələndə, aviakonsernin büdcəsinə yel buraxıb yengələri oynadar. Əlbəttə, bu gün heç kəs Cahangir müəllimdən "utilə" verdiyi "TU"-ların, "Mİ"-lərin aqibətini soruşmağa ürək eləməz. "Boeinq"lərin dəyərinə əlavə edilmiş "şapka" və "sambrero"ların həcmini faiz hesabı ilə müəyyənləşdirmək mərəzinə kimsə yoluxmaz. Əl altdan xaricə ötürülən milyonların sahibini kimsə nişan verə bilməz. Nə qədər təəccüblü görünsə də, açıq etiraf etmək lazımdı ki, Cahangir Əsgərov rəhbərlik etdiyi şirkətin probleminə çevrilib. Həlli vacib məsələləri çox zaman geniş ictimaiyyətin diqqətindən yayındırmaqla AZAL prezidenti rəhbərlik etdiyi sahədə müsbət görüntü yaratmağa çalışıb. Belə süni görüntülərlə ictimaiyyəti aldatmaq olar, dövlət başçısını isə yox! Gəlin, açıq danışaq, bu gün bir çox yüksək rütbəli dövlət məmurları rəhbərlik etdikləri sahədən az qala uzaq düşüblər. Belə unutqanlığın səbəbini izah etmək o qədər də çətin deyil. Çünki məmurların böyük əksəriyyəti qurduğu şəxsi biznesin hayına qalıb. Dövlət maraqlarını şəxsi maraqlar üstələyib. Kəskin devalvasiya şəraitində bunun şahidi olmadıqmı?

Nəzarət varmı(ş)

Oliqarxların sərvətinin xaricə daşınmasına nəzarətin səviyyəsi barədə bir söz deyə bilmərik. Buna baxmayaraq, Cahangir Əsgərovun bu məsələdə birbaşa və dolayı iştirakının ölkə mediasında çoxdan bəri müzakirə mövzusu olması da faktdır. Qeyd edək ki, Azərbaycan əsilli milyarder Telman İsmayılovun ən yaxın dostlarından biri "AZAL"-ın prezidenti Cahangir Əsgərovdur.

Cahangir Əsgərovla "AST Telman" arasında bərkdən-boşdan çıxmış münasibətlərə gəldikdə, onu deyə bilərik ki, bu münasibətlərin hələ sovet dövründə, Telman İsmayılovun Bakı dəmiryol vağzalındakı yeganə bahalı restoranda ofisiant işlədiyi illərdə formalaşdığını eşitmişik. Deyilənə görə, Zabrat Birləşmiş Aviadəstəsində pilot və Yevlax hava limanında rəis işləyərkən Cahangir Əsgərov Telman İsmayılova, həmçinin onunla birlikdə göyərti və gül alveri ilə məşğul olan xırda ticarətçilərə məxsus yüklərin problemsiz Rusiyaya, əsasən də Moskva və Leninqrad şəhərlərinə daşınmasını təşkil edənlərdən biri olub. Təsadüfi deyildir ki, hər iki şəxs bu gün aralarındakı sıx dostluq münasibətlərinin zirvəsində olduğunu dəfələrlə kübar məclislərində etiraf edib. Deyilənlərə onu əlavə edə bilərik ki, dostların Avropa ölkələrində şərikli biznesinin olduğu önə çəkilir.Bildirilir ki, Cahangir Əsgərov əksər azərbaycanlı oliqarxların Telman İsmayılovla əlaqə yaratmasında vasitəçi rolundan heç vaxt imtina etməyib. Bu sayaq bilgilərin araşdırılmaması təəssüf doğurur. Bəzi məlumatlarda ölkədən dollar əskinaslarının çıxarılması prosesinin hələ də başa çatmadığı deyilir. Görünür, uzaq məsafələrə uça bilən yeni təyyarələr azlıq edir. Eyb etməz, tonlarla dollar əskinaslarının sahibləri narahat olmasınlar. AZAL prezidenti tezliklə bu "problemin" həllinə nail olacaq... Lakin "xidmətin" müqabilində isə qazana biləcəklərindən qat-qat ziyana düşə bilər. Sadə vətəndaşlara baxmayın, hər halda bu ölkənin sahibi var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru