İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Bakıda xəstəxana ərazisini kimlər və niyə satıblar? - Biləcəri Dəmir Yol Xəstəxanasında tükürpədən vəziyyət
Tarix: 13-04-2015, 15:00 | Çap et
Bakıda xəstəxana ərazisini kimlər və niyə satıblar?
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi məhəllə 5025 ünvanında yerləşən, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmir Yol Xəstəxanasında vəziyyət heç də ürəkaçan deyil. Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən tibb müəssisəsinin baş həkimi Adil Tağıyev rəhbərlik etdiyi xəstəxanada yaşanan bir sıra xoşagəlməz olayların mətbuatdan gizli saxlanılmasına, olub-bitənlərin ört-basdır edilməsinə çalışır. Elə bu səbəbdən də dünən, el arasında Biləcəri Dəmiryol Xəstəxanası kimi tanınan səhiyyə ocağına yollandıq.

İlk öncə onu qeyd edək ki, xəstəxanının həyəti kifayət qədər böyük olsa da, baxımsızlıqdan tibb müəssisəsinin əsas binası və korpusları bərbad hala düşüb. Xəstəxanada olduğumuz müddət ərzində öyrəndik ki, bu tibb ocağında qəbul, ümumi terapiya, kliniki diaqnostik laboratoriya, kardiologiya şöbəsi və intensiv terapiya bloku, endiokrinologiya, nifrologiya, mama-ginekologiya, cərrahiyyə, travmatologiya, urologiya, burun-boğaz cərrahiyəsi, oftalmologiya, reanimasiya, funksional diaqnostika, fizioterapiya, rentgen və uşaq şöbələri fəaliyyət göstərir. Biləcəri sakinlərinin sözlərinə görə, bu, Binəqədi rayonunda fəaliyyət göstərən ən böyük xəstəxanadır.

Ərazini gəzirik. Məlum olur ki, paytaxtın bəlkə də ən yöndəmsiz, ən çirkli xəstəxanalarından biri Biləcəri Dəmiryol Xəstəxanasıdır. Beş-altı addımdan sonra qarşımıza zibilxana olan bir yer çıxır. Kol-kosun arasında tək-tük ağac gözə dəyir. Hiss olunur ki, bura əvvəllər yaşıllıq zonası kimi xəstələrə xidmət edib. Yəni müalicə almağa gələn xəstələr burda istirahət edirmiş. İndi isə burda üfunətdən durmaq olmur. Xəstəxananın həyətində 30-dan çox xarici avtomobil gözə dəyir. Xəstəxanının tibb personalından öyrəndik ki, bu maşınların çoxu həkimlərindir. Lakin qəbula yazılan xəstələrin də arasında maşınla gələn var.

Bayaqdan xəstəxananın həyətində var-gəl edən yaşlı qadına yaxanlaşırıq. O, qohumuyla ilə birlikdə qardaşını xəstəxanaya gətirdiyini deyir: "Oğul, Biləcəri Dəmiryol Xəstəxanası bir vaxtlar nəinki Azərbaycanın, hətta bütün sovet ittifaqının dəmiryolçularının üzünə açıq olan şəfa ocağı idi. İndi isə bərbad vəziyyətdədir. Qardaşım uzun illər dəmiryolunda çalışıb, maşinist olub. İndi yeriməkdə çətinlik çəkir. Sovetin vaxtından bəri bura məsləhətli xəstəxana kimi tanınıb. Lakin indiki vəziyyətinə bax, xəstəxanadan əsər-əlamət qalmayıb. Qardaşım dəmiryolçu olduğuna görə pul ödəmir. Buna görə də həkimlər, tibb bacıları tərəfindən münasibət də soyuqdur. Odur ki, məcbur olub arada həkimləri görüm-baxım edirik. Yoxsa xəstəmizlə heç maraqlanan da olmaz". Daha sonra həyətdə qarşımıza çıxan qəsəbə sakini ilə söhbətləşirik. Bu zaman məlum olur ki, sovet vaxtı Biləcəri Dəmiryol Xəstəxanasına müraciət edənlərin sayı-hesabı yox idi: "Hər yerdən bura insanlar gəlirdi. Həm ərazisi geniş idi, həm də yaxşı müalicə aparılırdı. İndi isə əvvəlki dövr deyil. Bir də görəcəyik ki, bina camaatın başına uçub".

Beləcə, əsas korpusa yollanırıq. Pilləkənlərlə əsas korpusun mərtəbələrini gəzirik. Qarşımıza çıxan tibb işçisi kim olduğumuzu soruşur. Ona "xəstə yanına gəlmişik" deyib yolumuza davam edirik. Otaqlara nəzər yetiririk. Palataların birində xəstə qoca var. Ona yaxınlaşıb hal-əhval tuturuq. Elə bizi görcək ağsaqqal başlayır gileylənməyə: "Bala, bura 68-ci ildən bəri fəaliyyət göstərir. Bu gün bu xəstəxana suyu çəkilmiş dəyirmanı xatırladır. Hamı deyir ki, xəstəxananın böyük bir hissəsi artıq satılıb. Deyilənlərə görə, nazirlərdən biri xəstəxanının yarısını alıb. Bu il bu xəstəxanaya eyni xəstəliklə bağlı 2-ci gəlişimdir. Müalicənin effekti cəmi 5-6 ay çəkir, sonra yenidən ağrılar başlayır, mən də yenidən həkimlərə üz tutmağa məcbur oluram. Bala, özəl xəstəxanalar çox baha olduğundan bura gəlməkdən başqa çarəm yoxdur. Yəni pulum bura çatır. Xoşagəlməz şeylər çoxdu burda. Həkimlər pul verməsən, səni heç adam yerinə də qoymurlar. Gecələr növbətçi tibb bacısını tapmaq mümkün deyil. Bunun üçün gərək səhər onlara pul verəsən ki, axşam işin düşəndə yanında olsunlar. Gördüyün kimi, xəstəxana bərbad gündədir. Mebelləri də, tibbi avadanlıqları da köhnədir. Palatalar isə yayda isti, qışda soyuq olur. Mətbəx, ayaqyolu və hamamda antisanitariyadır. Xəstəxanının həyətyanı sahəsi viran qalıb".

Qəsəbə sakinləri ilə söhbət zamanı bəlli oldu ki, Biləcəri Dəmiryol Xəstəxanasının bir hissəsi həqiqətən də nüfuzlu şəxslərdən birinə satılıb. Həmin şəxsin nəqliyyat naziri Ziya Məmmədov olduğunu deyən sakinlər iddia edirlər ki, həmin ərazi iki il öncə satılıb: "Bundan başqa, yaxınlıqdakı kafenin yerləşdiyi ərazi də bir zamanlar Biləcəri Dəmiryol Xəstəxanasının balansında olub. Ümumiyyətlə, Biləcəri qəsəbəsində nəqliyyat nazirinin iki mülkü də var. Onlardan biri villa, digəri isə istirahət mərkəzidir. Həmin istirahət mərkəzinin ərazisi isə əvvəllər park olub. Sonradan parkın ərazisi özəlləşdirilib və yerində nəhəng obyekt inşa edilib". Qəsəbə sakinlərinin sözlərinə görə, son zamanlar Biləcəri Dəmir Yol Xəstəxanasının doğum şöbəsində qanunsuz abortların sayı xeyli artıb: "İş o yerə çatıb ki, artıq xəstəxananın doğum şöbəsində qanunsuz abortların aparılması adiləşib.

Adil Tağıyevin rəhbərlik etdiyi xəstəxanada xoşagəlməz halların tez-tez baş verdiyini qeyd edən qəsəbə sakinlərinin sözlərinə görə, Biləcəri Dəmir Yol Xəstəxanasında ana olmaq istəyən qadınlara 700 manatdan başlayan qiymət təklif olunur: "Lakin hər zaman olduğu kimi bu məbləğ də son deyil. Doğuş həkiminin sizə söylədiyi qiymətin real olmadığının şahidi olacaqsınız. Doğuşun çətinliyindən asılı olaraq və xəstəxanada qalma günlərinin sayı artdıqca sizə pul üçün uzanan əllər də çoxalacaq. Bu məbləğ isə növbə dəyişdikcə artacaq. Qaldığınız 3 gün müddətində sizə qulluq edən tibb bacıları, sanitarlar, qapı gözətçisinin dilində "şirinlik" sözləri və əllərinizə həsrətlə dikilən gözlərin şahidi olacaqsınız. Xəstəxanaya gələn hər bir yaxınınız belə qarşılanacaq, sizi və körpəni görmək üçün əlini cibinə salmalı olacaq. Digər xərclər - dərman, uşağın pampersi və digər ləvazimatlar da hesablandıqda məbləğ 1000 manatdan artıq edir".

Bu arada, əldə etdiyimiz bilgilərə görə, ötən ilin noyabr ayının 5-də sözügedən xəstəxanada ana ölümü baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Həlimə Akif qızı Əzimova doğuş zamanı dünyasını dəyişib. Hadisənin həkimlərin səhvi ucbatından baş verdiyi bildirilir. Bundan başqa, Yasamal rayonu, Şahbazi küçəsi 100 aünvanında yaşayan 46 yaşlı Qalib Əsədullayev 2013-cü ilin may ayında burun çəpəri əməliyyatından sonra Biləcəri Dəmiryol Xəstəxanasında dünyasını dəyişib. O zaman mərhumun qardaşı Həsənağa Əsədullayev bildirmişdi ki, Qalib Əsədullayev burun çəpərinin əyriliyinin düzəldilməsi üçün iki dəfə əməliyyat olunub. Hər iki əməliyyatı adıçəkilən xəstəxananın qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin müdiri professor Rafiq Rzayev edib. Həkim xəstəni iki dəfə əməliyyat etməsinin səbəbini birinci əməliyyatın uğursuz alınması ilə izah edib: "Həkim ona (söhbət mərhumdan gedir-red.) deyib ki, sənin qığırdağını kəsmişəm ki, yaxşı nəfəs alasan, bunu tibbdə heç kim etməyib, mən etmişəm. Qardaşım da bu eksperimentin qurbanı oldu. 2000 manat da pul verib ona. Qanaxmadan öldü". Qalib Əsədullayevi həkim Rafiq Rzayev ikinci dəfə 2013-cü il aprel ayının 17-də əməliyyat edib. Əməliyyatdan sonra xəstənin burnundan 5 dəfə qan açılıb. Qanaxmanın çoxalması xəstədə anemiya yaradıb. Bu səbəbdən Əsədullayevlər ailəsi Qalibi mayın 4-də yenidən xəstəxanaya aparıblar. Lakin bu, Qalib Əsədullayevin ölümü ilə nəticələnib.

Ötən ilin noyabr ayında isə Biləcəri Dəmir Yol Xəstəxanasının kardiologiya şöbəsində ağır vəziyyətdə olan xəstəni həkim artıq müalicənin xeyri olmadığı üçün evə yola salıb. İkinci mərtəbədən xəstəni xərəkdə aşağı düşürdükləri vaxt xəstənin qohumları göz yaşı içində ağır vəziyyətdə olan insanı təcili tibbi yardım maşınına yerləşdiriblər. Xəstəni təcili tibbi yardım maşınına yerləşdirəndən sonra onun yaxınları evə getmək üçün avtomobillərə əyləşiblər. Bu vaxt qapıda dayanan xəstəxananın işçisi xəstənin qohumlarından birini çağıraraq "Ay oğlan, bu "nasılka"nı gəlin qaldırın da yuxarı. Kim qaldıracaq" deyib. Xəstənin yaxınları bu sözün qarşısında şoka düşüblər. Hətta bir nəfər özünü toparlayaraq "Siz necə insansız? Vicdanınız olsun. Bu halda biz "nasılka" qaldırmalıyıq" deyib. Qeyd edək ki, bu hadisənin şahidlərindən biri də telekanalların birinin əməkdaşı olub. O, bu hərəkətə görə qapıçıya etirazını bildirib.

Ümumiyyətlə, bu kimi hallar xəstəxanada dəfələrlə müşahidə edilsə də, nə baş həkim Adil Tağıyev, nə "Azərbaycan Dəmir Yolları" QSC, nə də Səhiyyə Nazirliyi məsələyə müdaxilə edir…

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ gundelik-baku.com \\

(Ardı var)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru