“Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                 

Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR... - Prezidentə müraciət olundu
Tarix: 19-11-2021, 08:14 | Çap et
Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR...
DİA.AZ: - Ağsu şəhəri, Nəsimi küçəsi, ev 16-da yaşayan Babayev Həsənağa Sədəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir. Amma çox arzu edərdik ki, bu tədbirlər özlərinə toxunulmazlıq statusları qazandırmış və bu arxayınçılıqdan süi-istifadə edən hörmətli millət vəkillərinə və hakimlərimizə də şamil olunsaydı yaxşı olardı. Yoxsa ki, bu kateqoriyalı məmurlarımızın bəziləri toxunulmazlıq statusundan gen-bol istifadə etməklə ciddi qanunpozuntularına yol verirlər. Məsələn, belələrindən biri də 20 ildir ki, deputat kreslosunu zəbt etmiş, siyasi liderlərdən biri hesab olunan, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir".

Daha sonra diaaz.space-a daxil olan müraciətin mətnində deyilir: "Bu deputat 2011-ci ildən mənim başımı elə bir bəlaya salıb ki, bütün var-yox əmlakım əlimdən çıxsa da bu problemdən qurtara bilmirəm. Belə ki, cənab deputat öz yaxın dostu olan Fəxrəddin Əliyev adlı birisilə yanıma gəlib dedid ki, Həsənağa sənin rayonda böyük fermer təsərrüfatın var, gəl bununun vasitəsilə İqtisadiyyat Nazirliyinin xəttilə aşağı faizlə bankdan kredit götürüb böyük bizneslə məşğul olaq, sən də qazan, biz də qazanaq”. Razılaşdım. Dedim, deputat adamdır, əli yerə yerə çatır. Belə kredit təşkil etsə, mən də həm təsərrüfatımı genişləndirər, həm də yeni layihə həyata keçirərəm. O vaxt mənim “ Məhəmməd” Kəndli Fermer Təsərrüfatı olan bir MMC vardı. Hazırda isə bankda girovdur. Bəli, biz fermer təsərrüfatımı da, Ağsu şəhərindəki yaşadığım evi də, Ağsu şəhərində soyuducu ambar olan yarımçıq tikilini də və bir neçə Sabirin tanışarı olan şəxslərinə məxsus mülkləri də “Azəriqazbank” QSC-yə girov qoyaraq tez bir zamanda İqtisadiyyat Nazirliyinin köməkliyilə 2011-ci ildə 5 il müddətinə 389.600 manat kredit götürdük.Krediti götürən zaman Sabir Hacıyev və digər deputat dostu olan Rauf Əliyev də mənə rəsmən zamin durdular. Ağsu şəhərinin kənarında biznes layihəsi üzrə 500 ton tutumu olan soyuducu ambarın tikintisinə başladıq. Və eyni zamanda Sabir Hacıyev Fəxrəddin Əliyevlə məsləhətləşib alınan kreditin 250000 manatını F.Əliyev vasitəsilə Türkiyədən soyuducu qurğuların alınıb Azərbaycana gətirilməsini müzakirə etdik. Və mən də birlikdə Fəxrəddin Əliyevin Səbail rayonu ərazisində olan yaşadığı evin yanında 4 nəfər şahidin yanında 250000 manat nağd pulu birlikdə ona təhvil verdik. Qalan 50000 manatı isə Fəxrəddinin dostu hesab edilən və 4 nəfər girov ev qoyan adamların şahidliyi ilə makler Azərə verdik. Yerdə qalan 80 minmanatla isə Ağsu şəhərinin çıxış hissəsində geniş torpaq sahəsini alaraq soyuducu ambarın tikintisinə başladıq. Aradan 3-4 ay keçsə də nə F.Əliyev, nə də qurğular Azərbaycana gəldi. Sabir müəllim də başa düşüdü ki, bəli, yaxın dostu Fəxərddin Əliyev ona qarşı dələduzluq edib, 250000 manatı alıb aradan çıxıb. Amma sonradan məlum oldu ki bu dələduz Bakıya qayıdıb Amma onu bu günəkimi tapmaq Sabir müəllimə müyəssər olmadı. Mən isə bu illər ərzində daha da ağır vəziyyətə düşdüm. 2011-ci ildən 2016-cı illər ərzində bankın məndən tələb etdiyi hər ay 2000 manat olmaqla faiz borcları qaytarmağa başladım. Bu 5 il ərzində əlimdə olan pulları da, PRADO, MERCEDES və NİVA markalı şəxsi avtomobillərimidəsatıb faiz borcları ödəməklə məşğul oldum. 2016-cı ildə isə Bank bizi tələsdirdi ki, əsas borcu da təcili ödəmək lazımdır. Bu arada evlərini bu kreditə görə girov qoymuş S.Hacıyevin tanışlarıda ondan şikayətlər etməyə başladı. Digər tərəfdən sabiq MTN “ şefi” olan Eldar Mahmudova yaxınlığı ilə tanınan bu bank Sabirə bir zamin kimi xəbərdarlıq etdi ki, təcili pulları ödəsin axırı yaxşı olmayacaq. O da deputat adından qorxuya düşərək əsas borcu bir gündə ödəyərək bağladı. Hazırda isə bank yenə mənə qarşı əlavə olaraq faizlərə görə 47000 manatın ödənilməsini tələb edir. Və məni “ Pul tələbilə” Ağsu Rayon Məhkəməsinə vermişdir.

Az keçməmiş Sabir Hacıyev mənə hədə-qorxu gələrək Bakıda “QızılTac” Şadlıq sarayının yaxınlığında olan 43 saylı notariat kontoruna gətirərək guya mənim ona fiziki şəxs kimi 330000 manat borcum olması barədə saxta “Borc müqaviləsi” imzalatdırdı. Əvvəlcə mənə bunun formal bir müqavilə olmasını bildirdi. Etiraz etdikdə onun bir siyasətçi kimi sifəti 180 dərəcə çevrildi və hədə-qorxuya keçdi. Məndə ailəmin təhlükəsizliyini nəzərə alaraq məcbur olaraq ortalıqda olmayan, almadığım və görmədiyim pulun guya Sabirdən borc alınmasına imza atmaq zorunda qaldım. Halbuki, bu borcun verilməsini təsdiq edən heç bir notarial hərəkətə yol verilməmiş, pul nağd olaraq notariusun depozit hesabına köçürlüməmiş, mən də onu bank qəbzi ilə mədaxil etməmişdim. Yanımızda heç şahidlər də yox idi. Lap elə məntiq də yox idi ki, məni uzaqdan tanıyan deputat S.Hacıyevə nə düşmüşdü ki, devalvasiyadan sonra o mənə 330000 manat pulu heç bir girovsuz, zaminsiz, vermiş olsun. Nə qohumluq əlaqəmiz var, nə də iş birliyimz olmuşdur.

Aradan 6 il keçdikdən sonra isə cənab deputat məni yaşayış yerim üzrə Ağsu rayon Məhkəməsinə “Pul tələbi” ilə bağlı müraciət edərək məni məhkəmədə sıxışdırmağabaşladı. Təbii ki, ədalətsiz Ağsu Məhkəməhakimi də imkanlı deputatın tərəfini saxlayaraq ona vəkillik etməklə iddiasını təmin etmişdir. Doğrudur, mən də yaxşı dostların köməkliyilə “saxta və əsassız borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlıiddia versəm də hakim bunu heç müzakirə belə etmədi. Və təbii ki, yaxşıca qazandı da. Və mən onun 25 iyun 2021-ci il tarixli, 2 (016)-47 \2021 saylı əsassız qətnaməsindən bir cavabdeh olaraq apellyasiya şikayəti verdim. İndi MŞəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun icraatında olan apellyasiya şikayətimə 24 noyabr 2021-ci il tarixə, saat 11-30-da 16 N-lizalda baxılacağı barədə bildiriş gəlmişdir. Bu ərəfədə, yəni 12 noyabr, saat 13 radələrində Sabir Hacıyev mənə zəng edərək bildiri ki, sən bu gün get Nərimanov rayon Polis İdarəsi rəisinin yanına ki, Fəxərddin Əliyev bizim bankdan götürdüyümüz pulu alıb dələduzluq etmiş və gizlənmişdir. Mən rəisin yanında bu müzakirəni apardım. Rəis bildirdi ki, axı siz bu pulu F.Əliyevin yaşadığı Səbail rayonu ərazisində ona təhvil vermisiniz. Mən bu işi araşdırmaya versəm belə, gərək materialları Səbail Polisinə göndərəm. Yaxşısı budur siz Səbail RPİ-nə müraciət edəsiniz. Yəni, cənab deputat bir tərəfdən məni məhkəməyə verib saxtakarlıqla bağladığı “borc müqaviləsi” əsasında pul tələb edir, o biri tərəfdən isə məni təhrik edir ki, 10 ildən sonra mən ərizə verib dələduz F.Əliyevi cəzalandırıb pulumuzu alaq. Mən bu siyasətçinin oyunundan baş aça bilmirəm. Bəli, bu adam 2001-ci ilədək Mütəllibov tərəfdarı kimi onun dediyilə oturub durub. Sonradan Mütəllibov “Mosbank” vasitəsilə bunlara Moskvadan pul göndərməyi dayandıran kimi, “bayraqlarını” tullayıb keçdilər indiki iqtidar tərəfə. Və indiyədək də əqidələrini dəyişib olublar biznesmen. Noyabrın 15-dən də Azərbaycanı tərk edərək getdi Mərkəzi Amerikaya biznesmen etdiyi milyoner oğlu Kamalın yanına. Biz də qalmışıq qədim ticarət mərkəzi olan Şəkidə fəaaliyyət göstərən Apellyasiya Məhkəməsinin ümidinə ki, bəlkə burda ədalət 1 % -də olsa zəfər çala Amma inanmıram. Ona görə ağır iqtisadi duruma düşmüş bir azərbaycanlı olaraq dövlət rəhbərlərinə, yuxarı instansiya məhkəmə sədrlərinə və vicdanlı KİV orqanırəhbərlərinə müraciət etmək zorunda qalıram.

Çox hörmətli Prezident İlham Əliyev! Hazırda bizneslə məşğul olan deputat Sabir Hacıyev tərəfindən bizi kimi sadə vətəndaşı öz səhvi ucbatından bütün əmlakımızı satdırıb kredit ödəmələri etməyə məcbur edən və sonda zorakılıqla məni əsassız olaraq 330000 manat borc müqaviləsi bağlamağa məcbur edən və sonda bu pulu saxtakarlıqla məhkəmə qaydasında tələb edən Sabir Hacıyev, onun kredit zamanı zamin olmuş dostu deputat Rauf Əliyev və digər dəstəsinin və ona vəkillik edən hakimlərin fəaliyyətinin aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Eyni zamanda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Hüquq şurası Aparatı rəhbərindən də xahiş edirk ki, Şəki Apellyasiya Məhkəməsində şikayətimizi alver predmetinə çevirməsinlər, işə düzgün qiymət verərək yenidən araşdırma üçün rayon məhkəməsinə göndərilməsini ədalətin tələb etdiyi kimi yanaşaraq həll edilməsi prosesinə nəzarət etməyiniz xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru