Muxtar Babayev rəsmən bu DÖVLƏTİN QƏSDİNƏ DURUB - Prezidentə müraciət olundu
Tarix: 7-03-2023, 07:18 | Çap et
 DİA.AZ: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "ecofront" adından müraciət ünvanlanıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:
"Cənab Prezident, son illər meşələrimizdə kommersiya məqsədi ilə işlik material tədarükü üçün ağacların kütləvi kəsilməsi bizi ciddi narahat edir. Bu məqsədlə ən sayseçmə, düz, hündür, irigövdəli ağaclar seçilib kəsilir. Ən narahatedici məqam isə odur ki, bu dağıdıcı fəaliyyətlər artıq birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyin verdiyi qərarlarla icra edilir. Cənab Prezident, xahiş edirik meşələrimizdə işlik material tədarükünü qadağan edəsiniz. Meşə təsərrüfatında tədarük edilən və qanunsuz fəaliyyətlərdən müsadirə edilən oduncağın hamısının yalnızca qazlaşdırılmamış yaşayış məntəqələrinin və müəssisələrin yanacaq odun tələbatının qarşılanmasına ayrılmağına göstəriş verəsiniz. Qanuni işlik material tədarükü zamanı büdcəyə çox cuzi ödənişlər edilir. Çünki qiymətlər 2004-cü ildən bəri dəyişməyib və real bazar qiymətlərindən 10 dəfəyə yaxın ucuzdur. Bu vəziyyət cuzi rəsmi ödəniş qarşılığında sahibkarlara bu tədarükə çıxış imkanı yaradan məmurlar üçün korrupsiya mühiti yaratmaqla yanaşı, digər qanunsuz fəaliyyətlərlə mübarizə aparmağı da praktik olaraq mümkünsüz edir. Kiçik bir miqdar qanuni işlik material alışı edən sahibkar davamlı olaraq qanunsuz fəaliyyətini bu alış sənədi ilə əsaslandırır. Ölkəmizin meşə örtüyü əksər ölkələrlə müqayisədə çox azdır. Az meşə örtüyümüzün böyük bir hissəsi isə uzun illər antropogen təzyiq altında deqradasiyaya uğrayıb. Bizim məhdud meşələrin torpaqqoruyucu, suqoruyucu, biomüxtəlifliyin qorunması funkisyaları onun sənaye potensialından daha vacibdir. Bizim meşələrin sənaye potensialı çox məhduddur. Əksər meşələrimiz erroziyaya meylli sərt yamaclarda qalıb. Buna görə də bütün qırmaların yükü düzən və az meylli məhdud meşələrə düşür. Bu meşələr isə ətraf kəndlərin otarma fəaliyyətinin təzyiqi altındadır. Bu meşələrdə böyük ağaclar kəsildikdə otarmanın təzyiqi altında meşə özünü bərpa edə bilmir, daha sürətlə deqradasiyaya uğrayır. Sovetlər dövründən qalan, ən böyük ərazisi və nəhəng meşələri olan Rusiyanın meşə məcələssinin tərcüməsi ilə tərtib edilmiş meşə məcəlləsi ilə meşələrimizi idarə etməyə davam etmək, meşələrimizə ancaq oduncaq, material kimi yanaşmaq dayanıqlı yanaşma hesab edilə bilməz. Tədarük edilən işlik materialın əksəriyyəti meyvə tərəvəz ixracı üçün bir istifadəlik taxta yeşiklərin hazırlanmasına istiqamətlənir. Meşələrimizin ən gözəl ağaclarının yeşik istehsalı üçün məhv edilməsi və buna qanuni don geyindirilməsi qəbul edilməzdir. Bu fəaliyyətlər bəzən o qədər barbarcasına həyata keçirilir ki, işlik materiala yaramayan oduncaq meşədə tərk edilir, odun tədarükü üçün də istifadə edilmir. Qazlaşdırılmamış kəndlərdə insanlar yetərincə yanacaq odun əldə edə bilmədiyi müddətdə bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi işlik material ticarəti ilə məşğuldur. Bu yanaşmanın qarşısında Azərbaycanda sağlam meşə qala bilməz. Qırma sahələrinin və normalarının ayrılmasına qərar verən və nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun əsas qərarverici şəxsi cənab nazir Muxtar Babayevin ekoloji həssasiyyətinə və şəffaflığına bizim heç bir güvənimiz yoxdur. Buna səbəb cənab nazirin rəsmi qərarları ilə bu günə qədər baş verən dağıdıcı fəaliyyətlərdir. Bu səbəbdən biz sizə müraciət etmək zərurətinin yarandığını düşündük. Cənab Prezident, ümid edirik xahişimizi nəzərə alacaqsınız və Azərbaycanda meşələrin kommersiya məqsədi ilə qırılmasına birdəfəlik son qoyulacaq".
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|