“Evimiz İpoteka” MMC 30-dan artıq vətəndaşa 250 min pul atıb... - Şirkətin direktoru Ramin Əmrahov qaçıb gizlənib...
Tarix: 11-04-2023, 07:56 | Çap et
 Bakıda insanları aldadaraq pul alıb güzəştli şərtlə onlara ipoteka kreditilə ev veriləcəyini vəd edən şirkətlə bağlı polisə şikayət daxil olub. Şikayətçilərin sayı 30-dan çoxdur. Vətəndaşlara dələduzluq yolu ilə atılan pulun məbləği isə 250 min manatdan çoxdur. Söhbət Xətai rayonu ərazisindəki Ağ Şəhər Mərkəzi, Bulvar küçəsində fəaliyyət göstərən “Evimiz İpoteka” MMC şirkətindən gedir. “Evimiz İpoteka” MMC şirkətinin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq ev almaq istəyən vətəndaşlarla müqaviləni Əmrahov Ramin Rasim oğlu bağlayıb. Onun köməkçisi, sənədləri qəbul edən şəxs isə Günel Əmirova olub. Sosial şəbəkədə yayılan videodan da göründüyü kimi vətəndaşların polisə şikayətindən sonra Ramin Əmrahov və onun dəstəsi ofisi tərk edərək qaçıblar. Videoda şikayətçi Günel Vəliyeva deyir ki, Ramin Əmrahov mənə dedi ki, sənə 4 faizlə güzəştli ipoteka krediti düşür və məndən 15 min manat pul istədi. Şikayətçi sonra deyir ki, mən pulu Ramin Əmrahova verdim və müqavilə imzaladıq. Alqı-satqıya 2-3 gün qalmış Ramin telefona cavab vermədi, onda bildim ki, bu adam dələduz imiş... Başqa bir şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqlıqla məşğuldur. Cəlal Şükürovun şikayətini olduğu kimi təqdim edirik: “Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün valideynlərimlə birgə “Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimədir. Mən öz adıma 8 faizlə ala bilərdim. Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır. Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik. Valideynlərinin qapısına gedəndə onlar “bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, həmin şəxs valideynlərinin yanında görəsən o dərəcə hörmətini itiribmi? Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib. Bütün aidiyyəti qurumlara müraciət etmişik, cavab gözləyirik”. Başqa bir şikayətçi Cahid İsmayılov isə deyir ki, güzəştli ipoteka krediti ilə mənzil almaq üçün Ağ Şəhərdəki “Evimiz İpoteka” MMC şirkətindən gedib. Və orada Əmrahov Ramin Rasim oğlu ilə söhbət eləyib, 6 min manat verərək, müqavilə bağlayıb. Sonradan Ramin telefonlara cavab verməyib. Başqa bir şikayətçinin əmisi oğlu Şükürov İlqar bildirir ki, yaxın qohumlarının üçü Samid, Niyaməddin, Arif bunlar da 22 min manat pulu “Evimiz İpoteka” MMC şirkətinin rəhbərinə veriblər. Amma bu günə qədər nə evdən, nə də ki puldan heç bir xəbər yoxdur. Sözün qısası, 30-dan artıq vətəndaşımız dələduz dəstənin qurbanına çevrilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu işlə əlaqədar araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Biz isə öz növbəmizdə, məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. Bizi izləyin. //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|