17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                 

Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA - Ali Baş Komandandan KÖMƏK İSTƏDİ
Tarix: 20-04-2023, 08:44 | Çap et
Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA
DİA.AZ: - Keçən günlərdə Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı və biz də DİA.AZ olaraq bir nüsxəsi də redaksiyamıza daxil olan müraciəti təqdim etmişdik:

"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyiВ olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız.
Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir.
Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."

Bununla bağlı DİA.AZ-a qarşı tərəf olaraqq Daxili İşlər Nazirliyinin müvafiq qurumundan açıqlama göndərilmişdi...

Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov DİA.AZ-a bildirmişdi ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Sənan Mahmudovun avtomobilinin əsassız yerə saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsi və ona qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
Belə ki, aprelin 17-də S.Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verildiyi müəyyən edilib və yerində aradan qaldırılması mümkün olmadığından avtomobil sürücünün də iştirakı ilə müvəqqətə duracağa yerləşdirilib, akt tərtib olunub. Daha sonra ekspert dəvət olunaraq avtomobilə baxış keçirilib və arxa yayların kəsilərək normalara uyğun olmaması bir daha əyani şəkildə S.Mahmudova göstərilib. Törətdiyi qayda pozuntularına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 342.2.3-cü (Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələri ilə protokol tərtib edilərək barəsində inzibati tənbeh tədbiri görülüb.

***

DİA.AZ bildirir ki, bununla bağlı redaksiyamıza şikayətçi düşən Aprel döyüşçüsü Sənan Mahmudov yenidən açıqlama yollayıb:

"Yuxarı instansiyalara şikayət etdiyim üçün Göyçay YPX tərəfindən təziqlərə məruz qalmışam.

Bir daha bildirmək istəyirəm ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi əməkdaşları Rəşad Cavadov və Tahir Eminov 17.04.2023-cü il tarixdə əsassız olaraq avtomobilimi rayon polis şöbəsinə aparmışdır. Mən haqsızlığa məruz qaldığım üçün yuxarı instansiyalara video müraciət və yazılı ərizələr ünvanladım. Həmçinin DİN-in 102 qaynar xətt nömrəsinə şikayət verdim. Məni izahat verməyim üçün Göyçay RPŞ-yə dəvət etdilər. Bu zaman müşahidə kameralarından kənara çəkərək rəis Vüsal Həsənovun gözü önündə Tahir Eminov yaxamdan yapışdı, şərəf və vələyaqətimi təhqir etdi. Araya polis mayoru Süleyman İbrahimov girməsəydi, bəlkə də Tahir Eminov məni döyəcəkdi. O, istəyirdi ki, mən də ona əl-qol atım və polis əməkdaşına fiziki zorakılıq göstərməklə məsuliyyətə cəlb edilim. Ancaq istədiyinə layil ola bilmədi.

Mətbuatda gedən müraciətimə gəldikdə isə, Daxili İşlər Nazirliyinin Şəki Regional qrupu saytlarda həqiqətə uyğun olmayan məlumat paylaşdı. Əslində onların heç bir qəbahəti yoxdur. Çünki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisində çalışan məsul şəxslər onlara yalnış məlumat vermişdilər. Məlumata əsasən, mən təhlükəsizlik kəmərindən istifadə etməmişəm və avtomobilimdə konstruksiya dəyişikliyinə yol vermişəm. Yəni ki, guya arxa yayların kəsilərək normalara uyğun olmaması aşkarlanmışdır. Halbuki mənim avtomobilimin rəngi göy, lakin saytlarda paylaşılan arxa yayların (burjun) rəngi isə qırmızı rəngdədir. Bir sözlə, özləri özlərini ifşa etdilər.

Mən bir daha cənab Prezidentə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Daxili İşlər Nazirliyinə səslənirəm və çox xahiş edirəm, öncə təhlükəsizliyimi təmin edəsiniz. Artıq çox qorxuram. Daha sonra isə Sizlərdən xahiş edirəm, avtomobilim özümə qaytarılmasını və bilərəkdən, haqsız yerə məndən pul (cərimə) qoparmağa çalışan YPX əməkdaşları haqqında qanunlarımız çərçivəsində tədbir görəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm".

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru