"Şikyətim 202 nömrəli avtobusdandır. Belə ki, 23.10.2026 tarixində Nərimanov metrosu yaxınlığında saat 7 radələrində 45 dəqiqə avtobus gözlədikdən sonra bu avtobus gəldi və dayanacaqda saxladı, orda olan azı 200 adam minməyə getdikdə isə sürüb çıxıb getdi..." "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var" sosial qruöundakı paylaşımda giley olunur,
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ərazidə olan əməkdaşlarına irad bildirəndə adamlar avtobusun qabağına çıxır deyə sürüb getdiyini deyir, onlara vəzifə borclarını izah etməyə çalışıram mənə deyir, filankəsin avtobusudur... get hara deyirsən de. Anlamıram; Ölkə başçısı dəfələrlə tapşırıb ki, sahibkarlar əhlini inciməsin. Bu sahibkar ölkə başçısının göstərişinə qarşı gəlib niyə camaatda haqlı narazılıq yaradır? Həm onun borcu sərnişinlərə xidmət göstərməkdirsə niyə onun sürücülərinin nazını çəkməliyik? Belə xidmət olar?
Hələ durub 200 adamın içində ad çəkir filankəsindir sürücüdən filankəsdir. Hər kimdirsə ölkə başçısından yuxarı deyil və ona sərnişinlərə xidmət etmək öhdəliyi tapşırılıb. Əgər öhtəsindən gələ bilmirsən xətti tenderə çıxarılsın və işinin öhdəsindən gələ biləcək sakibkar götürün işlətsin.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) xahiş edirəm: məsələni nəzərətə götürüb tədbir görə və nəticəsini ictimaiyyətə açıqlayasınız..."
























