Qəribova Pəri 11 il ərzində Ağdam rayonu 146 saylı tam orta məktəbdə laborant vəzifəsində çalışıb. "DİA-AZ" qeyd edir ki, lakin sonradan məktəbdə şagird sayının azalması əsas gətirilərək həyat yoldaşını ixtisara salınıb və işdən azad edilib.
Şikayətçi ixtisarın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyini iddia edir. O bununla bağlı dəfələrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin qəbulunda olduğunu, onlara köməklik bu günədək nəticənin olmadığını iddia edir. Vətəndaş Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinin rəsmisi Nurlan İsmayılbəylinin, Bərdə şəhərini təmsil edən millət vəkili Fatma Yıldırımın qəbulunda olduğunu deyir lakin heç bir nəticəsinin olmadığını deyir.
Qəribov aidiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini xahiş edir.
























