Övladına nağıl kitabı alan valideyn kitabda gözləmədiyi ifadələrlə qarşılaşdığını və təəccübündiyini bildirib. Vaildeyin sosial şəbəkədə paylaşdığı videoda kitabda “Kömür alması” adlı nağılda “Onlar bənnanın varına sahib olmaq üçün özlərinin oynaşlarını xala qızı adı ilə bənnaya verib toy eyləyirlər. Lotular arvadı öyrədirlər ki, sən özünü xəstəliyə vur” cümlələrinin yer aldığını bildirib. Həmçinin o “Gah-Gah dağında üç xiyara aşiq olasan” adlı nağılın olduğu da bildirilir.
Valideyn qeyd edib ki, kitabı azərbaycanlı bir xanımdan alıb.Yayımlanan görüntülər ictimaiyyətdə birmənalı qarşıkanmaylb və uşaqlar üçün nəzərdə tutulan nəşrdə bu cür məzmunun yer alması narazılığa səbəb olub.
Kanal13 GLOBAL
























