
İctimai-siyasi fəaliyyətlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Hazırda “Azəriqaz” bizi bu fəaliyyətdən məhrum edib.
Pravda.az-ın xəbərinə görə, bunu Hilal Sosial Araşdırmalar İctimai Brliyinin sədri, siyasi şərhçi Arzuman Abdulkərimov bildirib.
O deyib ki, bu ilin may ayından “Azəriqaz” İstehsalat Birliyinin özbaşınalığı ilə üz-üzədir:
“Bu günə qədər səbirlə dözdüm, bütün mümkün vasitələrdən istifadə etdim, amma xeyri olmadı. Belə qərara gəldim ki, “Azəriqaz”da Azərbaycan qanunları deyil, hansısa yazılmamış qanunlar daha üstündür”.