
""Sizin Lombard"dan şikayətçiyik". "DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Sözgüedən lombarddan qızıl qoyub 3469 manat kredit götürülüb. 6 ay ödəniş olunub, indi krediti tam bağlamaq istəyirik.
Deyirlər ki, müxtəlif aylarda gecikmələrlə ödəmişik, indi tam bağlamaq istəyiriksə 4060 manat ödəniş etməliyik.
Mənim əvvəllər 11 il bankda kredit təcrübəm olub... Hazırda yenə də maliyyə sahəsində çalışıram, amma bu işden heç nə başa düşmədim.
Belə bir ödəniş üsulu ola bilərmi?"

























