"Beynəlxalq Bankdan debit kart əldə etmişəm. Bir şirkətin aylıq abunəliyindən istifadə edirdim və kartda pul olmayanda ödəniş edilməsin deyə balansı sıfırlayırdım. Lakin şirkət abunəliyi yeniləmək üçün sorğu göndərib və nəticədə kartımda 75 ABŞ dolları mənfi balans (borc) yaranıb. Bu barədə əvvəlcədən mənə aydın xəbərdarlıq edilməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Ələsgər Musazadə adlı sosial şəbəkə istifadəçisi yazaraq gileylənir.Narazı vətəndaş daha sonra bildirir: "Eyni şirkətdən Unibank kartı ilə də istifadə edirəm, amma orada kartda pul olmayanda ödəniş həyata keçirilmir və borc yaranmır.
Bank nümayəndələrindən və məlumatı olan şəxslərdən soruşmaq istəyirəm: Debit kartda vəsait olmadığı halda mənfi balansın yaranması hansı müqavilə və hüquqi əsasla mümkündür? Bu əməliyyatın əsasını və borcun səbəbini necə öyrənə bilərəm?
Məsələ məbləğdə deyil, müştərinin hüquqlarının qorunmasındadır. Xahiş edirəm, rəsmi və hüquqi əsaslandırılmış cavab verəsiniz..."
























