Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm .....                     Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı .....                     Elşən Şahverdiyev “Guven Technology”də rəhbəri vəzifəyə təyin olundu .....                     "Azərenerjikomplektləşdirmə" MMC-dən 1,2 milyonluq tender .....                     İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır .....                     Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib .....                     Brent nefti 104 dollardan BAHA SATILIR .....                     Ukraynalı model rusiyalı oliqarx Abramoviçlə görüşür .....                     Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi .....                     Əli Məmmədova yüksək vəzifə verildi .....                     Polşa təxribat təhlükəsi səbəbindən Kalininqradla sərhəddə xüsusi əməliyyata başlayıb .....                     Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb .....                     Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib .....                     200 minlik dələduzluq edən azərbaycanlı həbs olundu .....                     Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı .....                     Putin və İran Təhlükəsizlik Şurasının rəhbəri arasında telefon danışığı oldu .....                     “RAM Construction” xaricə dollar köçürdüyünə görə .....                     Mərkəzi Bankda YENİ TƏYİNAT .....                     MOLLABAŞ TROL SÜRÜSÜNƏ Azərbaycanlı qadından DƏRS .....                     Paşinyanın yeni “konstitusiya oyunu”: .....                     Neft və qızıl ucuzlaşır: .....                     Respublika Diaqnostika Mərkəzinin yeni rəhbər təyin edildi .....                     "Sizin yerinizə utanıram" .....                     SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? .....                     Azərbaycanda İT şirkəti ləğv olundu .....                     Səhiyyə nazirinin müşaviri işdən çıxdı .....                     Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu? .....                     SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardı .....                     Bölgələrdə səhiyyə problemi: .....                     Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi .....                     Azərbaycanda 14 yaşlı qız hamilə qaldı: Əsgər həbs edildi .....                     Məktəbə getməyən şagirdləri nə gözləyir? .....                     Ermənistanın “Tramp marşrutu” ilə daşınan yükləri yoxlamaq hüququ olacaq .....                     “PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi .....                     Anar Əliyev özünə yeni müşavir təyin etdi .....                     "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" .....                     Bakıda onmərtəbəli binada lift kabusu .....                     Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlər var .....                     "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı .....                     “Stop” getsin, “dayan” gəlsin .....                 

Hüquq mühafizə orqanları bura baş çəkməlidir... - ÇAĞIRIŞ
Tarix: 30-10-2026, 06:49 | Çap et

"Məlumunuz edirik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində iki həftə davam edən ciddi yoxlamalar aparılmışdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən universitetin işçiləri adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.

Yazının əvvəli burada: GDU-da yoxlama aparılsa da, nəticələr açıqlanmır... - AXI NİYƏ?..

Müraciətdə daha sonra deyilir: "Dövlət vəsaitlərinin talan edilməsi ilə bağlı barəsində cinayət işi açılmış şəxsin universitetdə heç bir problem yoxmuş kimi fəaliyyət göstərməsi, yüksək maaşla vəzifəyə təyin edilməsi, digər əməkdaşları ittiham etməsi və universitetdə rəhbər vəzifə tutması ciddi suallar doğurur. İlqar Kubışev barəsində açılmış cinayət işinin hazırkı vəziyyəti, onun işə qəbul edilməsinə və rəhbər vəzifəyə təyin olunmasına hüquqi maneələrin olub-olmaması, Müasir Təlim Mərkəzinin yaradılması və saxlanılması üçün ayrılan vəsaitlərin əsaslılığı yoxlanılmalıdır. Bu məsələlər üzrə müvafiq əmrlər, ştat cədvəlləri, əməkhaqqı sənədləri və mərkəzin fəaliyyətini təsdiq edən sənədlər tələb edilərək araşdırılmalıdır.

Universitetdə əməkhaqlarının artırılmaması, elmi fəaliyyətin nəticələrinə görə stimullaşdırıcı əməkhaqqı almaq üçün təqdim edilən professor-müəllim heyətinin siyahılarında isə elmi məqaləsi belə olmayan şəxslərin yer alması da ciddi narazılıq yaradır. Elmi fəaliyyətə görə stimullaşdırıcı ödənişlərin verilməsi zamanı obyektiv və şəffaf meyarların tətbiq olunması vacibdir. Elmi nəticələri olmayan şəxslərin bu ödənişlərə təqdim edilməsi, elmi nailiyyətləri olan əməkdaşların isə lazımi qaydada qiymətləndirilməməsi universitetdə ayrı-seçkilik və qeyri-obyektiv yanaşma ehtimalını yaradır.

Bütün bu faktlar fonunda rektor Yusif Yusibovun universitetin idarə edilməsində yol verdiyi nöqsanların, maliyyə vəsaitlərinin istifadəsinə, kadr təyinatlarına, tədris prosesinə və kollektivlə münasibətlərə dair qəbul etdiyi qərarların araşdırılması xüsusi əhəmiyyət daşıyır. Universitetdə dövlət vəsaitlərinin xərclənməsi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, diplomların verilməsi, avadanlıqların alınması, təmir işlərinin dəyəri və əməkdaşların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər olduğu halda, rektorun yaxın ətrafı ilə birlikdə kollektivə təzyiq göstərməsi və işçiləri işdən çıxarmaqla hədələməsi yolverilməzdir.

Vasif və Asif Həsənov qardaşlarının universitetdəki fəaliyyəti, onların Eduman sisteminin tətbiqindəki rolu, rektor Yusif Yusibovla münasibətləri və universitetdə qərarların qəbul edilməsinə mümkün təsirləri də araşdırılmalıdır. Universitetin idarəçiliyi ayrı-ayrı şəxslərin şəxsi maraqlarına deyil, qanunçuluğa, şəffaflığa, dövlət vəsaitlərinin qorunmasına, müəllimlərin hüquqlarına və tələbələrin keyfiyyətli təhsil almasına xidmət etməlidir.

Kimya-biologiya və Pedaqoji fakültələrdə tələbə imtahana ümumiyyətlə gəlmədiyi halda onlara qiymət yazılması halları komissiya tərəfindən aşkarlanmışdır. Gəncə Regional Kollecin sabiq direktoru Xoşqədəm Xudiyevaya qarşı müəllimlərin etiraz toplantıları Yusif Yusibov və onun əlaltıları olan İlqar Kubışev və Vasif Həsənov tərəfindən təşkil edilmişdir.

Yuxarıda göstərilən faktların hər biri Gəncə Dövlət Universitetində ciddi və hərtərəfli prokuror yoxlamasının aparılmasını zəruri edir. Xüsusilə Nazirlik əməkdaşlarının apardığı yoxlamalar zamanı götürülmüş imtahan vərəqləri, kafedra və şöbə müdirlərindən alınmış xidməti raportlar, diplomların verilməsinə dair sənədlər, maliyyə və satınalma sənədləri, təmir işlərinə aid smetalar, kompüterlərin texniki göstəriciləri, vəzifəyə təyinat əmrləri, Universitet Elmi Şurasının protokolları və əməkhaqqı sənədləri araşdırılmalıdır. Universitet Elmi Şurasında müzakirə edilmədən ayrı-ayrı şəxslərə yüksək əmək haqqı yazılmışdır. Bu sənədlər əsasında dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması, tədris və qiymətləndirmə prosesində qanunsuzluqlar və digər mümkün cinayət əməlləri olduğundan, təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Hörmətli cənab prokuror, Sizdən xahiş edirik ki, müraciətimizdə qeyd olunan bütün faktlar üzrə Gəncə Dövlət Universitetində hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılmasını, Elm və Təhsil Nazirliyi və Elm və Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlamaların materiallarının, Komissiyanın sənədlərinin və yekun qərarlarının tələb edilməsini, zəruri hallarda aidiyyəti şəxslərin izahatlarının alınmasını, universitet əməkdaşlarına qarşı təzyiq və hədələmə hallarının araşdırılmasını və müvafiq sənədlərin götürülərək yoxlanılmasını təmin edəsiniz.

Gəncə Dövlət Universitetində baş verən bu halların obyektiv araşdırılması yalnız qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi baxımından deyil, həm də universitetdə sağlam təhsil mühitinin bərpası, müəllimlərin hüquqlarının qorunması, tələbələrin keyfiyyətli təhsil alması və dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm - Elmar Məmmədyarov
Bu gün, 00:10
• Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi
Bu gün, 00:06
• Elşən Şahverdiyev “Guven Technology”də rəhbəri vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 00:03
• "Azərenerjikomplektləşdirmə" MMC-dən 1,2 milyonluq tender — 30 min borcu, 20 manat kapitalı olan şirkət qalib oldu
Bu gün, 00:00
• İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
Dünən, 23:58
• Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib - "Reuters"
Dünən, 23:54
• Brent nefti 104 dollardan BAHA SATILIR
Dünən, 20:50
• Ukraynalı model rusiyalı oliqarx Abramoviçlə görüşür – Bakıya da gəliblər
Dünən, 20:44
• Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”
Dünən, 20:42
• Əli Məmmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 20:40
• Polşa təxribat təhlükəsi səbəbindən Kalininqradla sərhəddə xüsusi əməliyyata başlayıb - KİV
Dünən, 20:38
• Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb - FOTO
Dünən, 19:06
• Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib - Pezeşkian
Dünən, 19:00
• 200 minlik dələduzluq edən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 18:28
• Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı - FOTO
Dünən, 18:25
• Putin və İran Təhlükəsizlik Şurasının rəhbəri arasında telefon danışığı oldu - "Tasnim"
Dünən, 18:23
• “RAM Construction” xaricə dollar köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:18
• Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Dünən, 18:17
• MOLLABAŞ TROL SÜRÜSÜNƏ Azərbaycanlı qadından DƏRS - VİDEO
Dünən, 18:11
• Paşinyanın yeni “konstitusiya oyunu”: - Nəyə nail olmaq istəyir?
Dünən, 18:07
• Neft və qızıl ucuzlaşır: - Azərbaycan nə itirir, nə qazanır?
Dünən, 18:06
• Respublika Diaqnostika Mərkəzinin yeni rəhbər təyin edildi - FOTO
Dünən, 18:02
• "Sizin yerinizə utanıram" - Xanəndədən sərt sözlər
Dünən, 17:47
• SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? - İLGİNC
Dünən, 17:42
• Azərbaycanda İT şirkəti ləğv olundu
Dünən, 17:34
• Səhiyyə nazirinin müşaviri işdən çıxdı - öz istəyi ilə...
Dünən, 17:27
• Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu? - Səbinə ƏVƏZQIZI yazır...
Dünən, 17:22
• SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardı
Dünən, 17:18
• Bölgələrdə səhiyyə problemi: - “Elə xəstəxana var ki, 5-6 aydır rentgen aparatı xarab olub”
Dünən, 17:05
• Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
Dünən, 16:59
• Azərbaycanda 14 yaşlı qız hamilə qaldı: Əsgər həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:46
• Məktəbə getməyən şagirdləri nə gözləyir? – İki kritik məqam
Dünən, 16:42
• Ermənistanın “Tramp marşrutu” ilə daşınan yükləri yoxlamaq hüququ olacaq - Akopyan BELƏ DEYİR...
Dünən, 16:39
• “PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi - BUNDAN SONRA...
Dünən, 16:35
• Anar Əliyev özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 16:34
• "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" - Ermənistanın ədliyyə naziri
Dünən, 16:31
• Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
Dünən, 16:28
• Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlər var - 5 cinayət işi açıldı
Dünən, 16:24
• "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı - TƏFƏRRÜAT
Dünən, 16:10
• “Stop” getsin, “dayan” gəlsin – Dilçi alim deputatın təklifinə qarşı çıxdı
Dünən, 16:07
• Məni öldürsələr belə, məqsədlərinə çata bilməyəcəklər – Pezeşkian
Dünən, 15:58
• Azərbaycanda 72 saatlıq ehtiyat toplamaqla bağlı çağırış edilə bilər? - AKTUAL
Dünən, 15:52
• Transxəzər kəməri: - siyasi bəyanatlar və iqtisadi reallıq arasında
Dünən, 15:50
• SOCAR-da neft hasilatı 5,1%, qaz hasilatı isə 15,3% aşağı düşdü - RƏQƏMLƏR
Dünən, 15:43
• Dövlət qurumundan şirkətə 4,3 milyonluq sifariş – MÜQAVİLƏ, DETALLAR
Dünən, 15:42
• "Legion Financial"a 1 milyon manat pul lazımdır
Dünən, 15:39
• "Sea Breeze" yeni şirkət yaradıb
Dünən, 15:38
• İran Azərbaycanla sərhəddə raketlər yerləşdirdi - FOTO
Dünən, 15:36
• "Qanun şahdır, yoxsa cənab Mollayev?" - MÜRACİƏT
Dünən, 15:28
• Qəzada ölən gənc şair övladı imiş - TƏFƏRRÜAT
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru