Bölgələrdə çalışan yüzlərlə stomatoloqun optimallaşdırma adı altında işdən azad edilməsi onların gələcək fəaliyyəti və sosial təminatı ilə bağlı narahatlıqlar yaradıb. Qeyd edək ki, keçən günlərdə bu barədə "DİA-AZ" olaraq məlumat paylaşdıq.İxtisar olunduqlarını bildirən həkimlər aylardır işsiz qaldıqlarını, aidiyyəti qurumlara müraciətlərinin isə nəticəsiz olduğunu deyirlər. Onlar iş yerlərinin bərpa olunmasını və ya alternativ işlə təmin edilmələrini istəyirlər.
Biz isə növbəti stomatoloq gileylərini təqdim edirik. Beləliklə...
***
Teymuraz Vəliyev yazır: "Bəli bizlər bu problemlə üz-üzə qalmışıq. Yaşayışımızı, evimizi yaşadığımız və işlədiyimiz ərazidə qurmuşuq, bu ixdisarla indi maddi iqdisadi sıxıntıya dücar olmuşuq. Yaşadığımız ərazidə isə bizim alternativ iş imkanlarımız yoxdur. Yaşayış yerimizi dəyişə bilmirik, yaşayanda bilmirik..."
***
Dr.Zaman Bağırov yazır: "Stomatoloqlara qarşı ədalətsizliyə son qoyulmalıdır. Hər bir ambulator tibb məntəqəsində bir Terapevt, bir pediatr, bir stomatoloq işləməlidir. Digərləri uçun pul var, stomatoloqlar uçun yoxdur. Digər ixtisas həkimləri 70 və daha çox yaşa kimi işləyirlər. Stomatoloqlar 65 yaşda təqaudə göndərilir. Mən də onlardan biri... Nə təcili yardımda, nə də ki xəstəxanalarda gecə növbəsində stomatoloji xidmət yoxdur. Nəticədə xalq əziyyət çəkir. Buna son qoyulmalıdır. Azərbaycanda və xarici ölkələrdə stomatoloji fakultəsində tələbələrtəhsil alır. Onların gələcək taleyini düşünsünlər...."
***
Abdullayeva Günel yazır: "Allah cəzalarını versin. Biz ailəmizi necə saxlamalıyıq? Yol süpürməliyik 20 ilin həkimləri? Səsimizə səs verən də yoxdur..."
***
Məsələ diqqətimizdədir...
























