Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                 

Balakəndə tütünçülüyü kim və necə məhv edir? - ARAŞDIRMA
Tarix: 18-04-2017, 08:41 | Çap et
Balakəndə tütünçülüyü kim və necə məhv edir?
Əhməd Bodurov ucqar, səfalı Balakən rayonundan növbəti dəfə paytaxta təşrif buyurmalı olub. O, birinci qrup gözdən əlildir. Zəif görür, bu isə onun hərəkət etməsinə kifayət qədər çətinliklər yaradır. Ancaq məcburdu…Yaşamaq, çalışıb-yaratmaq eşqi ilə alışıb-yananlardandır.
Ötən payızdada redaksiyamıza gəlib, dərd-sərindən söhbət açmışdı. Minbir əzab-əziyyətlə ərsəyə gətirdiyi tütünü qəbul məntəqələrinə təhvil verməkdə ciddi maneələrə rast gəlmişdi. Zavodun süründürməçiliyi nəticəsində tonlarla tütünü zay olmuşdu.
Ölkəmizin ən dilbər güşələrindən olan Balakənin əhalisi zəhmətkeş, qonaqpərvər, hədsiz səmimidir. Əhməd də belə xüsusiyyətləri ilə seçilir. Gözlərinə vurduğu qara eynək hisslərini gizlətməyə yardım etsə də, danışdıqca axan göz yaşlarını açıq-aydın sezmək mümkün olur. O, sanki Bermud üçbucağına düşmüş kimidir. Nə qədər çaba göstərsədə, bir qrup bürokratın ona qurduğu çirkin oyunların məngənəsindən xilas ola bilmir ki, bilmir.
Bəli, Ə.Bodurov birinci qrup əlil olsada, öz zəhməti ilə yaşamaq istəyir. Ölkə rəhbərinin aqrar sahəni inkişaf etdirmək çağırışlarından həvəslənərək, daha da həvəslə işə girişib. Yaradilmiş bütün maneələrə baxmayaraq, ötən il on tonlarla tütün istehsalına nail ola bilib. Bu ildə 10 hektar tütünün əkilməsi üçün şitil becərib. Artıq şitilin sahəyə köçürülməsi zamanı yetişsədə, Əhməd arzusunu gerçəkləşdirə bilmir. Belə ki, Kortala kənd bələdiyyəsi onu məlumatlandırmadan, onunla bağladığı müqaviləni ləğv edərək, 10 hektar torpağı Balakən rayon İcra Hakimiyyətində məsul vəzifə tutan bir şəxsə verib.

Burada yaxşı olar ki, Ə.Bodurovun özünü dinləyək:”Ötən il çox əziyyət verdilər. Buna baxmayaraq öhdəliyi yerinə yetirdim. Banka olan borcumu ödədim. Bilirsiniz, sirr deyil ki, əlilliyimə görə verilən təqaüdlə yaşamaq mümkün deyil. Bu, mənim zəruri dərmanlarıma kifayət etmir. Zəhmət çəkib ehtiyaclarımı ödəmək istəyirəm imkan vermirlər. Dəfələrlə İcra Hakimiyyətində olsamda, kömək əvəzinə əngəl yaradıblar. Ötən il İcra hakimiyyətinin başçısı İslam Rzayev tütün əkdiyim sahəyə gəlmişdi. Mənə irad tutdu ki, “sən kənd adamlarının zəhmətindən istifadə edirsən.” Cavab verdim ki, iş yeri açmışam, adamlar çalışıb, zəhmət haqlarını alırlar. Ötən il ərsəyə gətirdiyim tütünün 11 tonunu zay etdilər. Saxlanma kameralarına təhvil vermişdim. Qəsdən 10 dərəcə istilik əvəzinə 80 dərəcə verdilər. Bu da məhsulun xarab olmasıyla nətcələndi. Hamısı çəkilib, şəkilləri, videoçəkilişləri saxlanılır. Payızda Prezident Administrasiyasında qəbulda oldum. Balakən rayon İcra Hakimiyyətinin başçısı kimsəni saya salan deyil. Mənə olan qəddar mansibətin nədən qaynaqlandığını anlaya bilmirəm. Başqa problemlərimdə kifayət qədərdir. Bir neçə il adıma sosial müavinət yazılsa da, məlumatım olmayıb, kimlərsə mənimsəyib. Hara şikayət etsəm də, bir nəticə hasil olmadı. Ancaq, bugün mənim düşündürən, narahat edən, xərc çəkib, əziyyətlə yetişdirdiyim tütün şitillərinin əlimdə qalmasıdır.”
Əhməd söylədiklərini təsdiq etmək üçün Kortala bələdiyyəsi ilə telefon əlaqəsi qurdu. Əgər, buna ələqə demək mümkün olsa… Ağzını açıb, özünü təqdim edən kimi, cavab verən şəxs “bizə dedilər həmin torpağı verin başqasına bizdə vermişik, get, hara istəyirsən şikayət et”- deyərək, əlaqəni kəsdi. Əhməd sakitcə “gördünüzmü, kimlərlə üz-üzə qalmışam”-deyərək, Balakəndə hökm sürən qanunsuzluqlar barədə söhbətini davam etdirdi: “Məndə olan məlumata görə, ötən il əkdiyim sahəni İcra hakimiyyətinin məsul işçisi Rəhim Abbasova veriblər. Əlbəttə, onlar öz adlarına heç nə sənədləşdirmirlər. Əksər münbit sahələri rəhbər işçilər əkdirir. Əkdirsinlər, sözüm yox, ancaq imkan versinlər ki, bizdə ailəmizi dolandıraq. Gözləri doymur axı… Etdiklərini rayonda bilməyən yoxdur. Ancaq elə şərait yaradıblar ki, hamı ehtiyat edir, bunların qanunsuz əməllərinə göz yummaq məcburiyyətindədir. Ölkə prezidenti, cənab İlham Əliyev rayonumuzun abadlaşdırılması, yolların çəkilməsi üçün dəfələrlə pul ayırıb. Təəssüf ki, həmin vəsaitin necə xərclənməsinə nəzarət edən yoxdur. Şəhərdən Qabaqçöl kəndinə çəkilən yolun asfaltı İcra hakimiyyəti başçısı İslam Rzayevin rayonundan-Göyçaydan daşınırdı. Balakəndə, yaxın Zaqatala rayonunda bir neçə asfalt zavodun olduğu halda, nə üçün israfçılıq edilib, 200 kilometrdən artıq uzaq məsafədə yerləşən Göyçaydan daşınmalıydı?! Həmin məsafədən daşınan asfalt keyfiyyətini itirməyə bilərmi? Bu hərkəsi narahat edir, o cümlədən bir vətəndaş kimi mənidə. Haqqımızı tələb edən kimi həbs etdirməklə hədələyirlər.”
Ə.Bodurov siyasi mənsubiyyətindən söz açaraq, özünü dərk edəndən ümummilli lider Heydər Əliyevin siyasi kursunun vurğunu olduğunu qeyd etdi: “Uzun illərdir ki, YAP-ın üzvüyəm. Hər zaman Heydər Əliyevin tərəfdarı olmuşam. Bugün onun layiqli davamçısı olan prezidentimiz, cənab İlham Əliyevə inanır, onun xalqımız üçün gördüyü böyük quruculuq işlərinə rəğbətlə yanaşıram. İnanın ki, onun çağırışlarından həvəslənib, Vətən üçün əlimdən gələn xidməti göstərməyə çalışıram. Nə olsun ki, əliləm…Əgər iş qurub, faydalı əməklə məşğul ola bilirəmsə, nə üçün İ.Rzayev kimiləri qarşıma sədd çəkməlidirlər? Baxın, budur, qurduğum istixanalar, ərsəyə gətirdiyim şitillər! (Əhməd bizə həmin çəkilişləri, şəkilləri təqdim edir-N.Sadiq.) ”
Əhmədin söylədiklərinə inanmamaq olmur. Axı, o, heç bir zərurət olmadan ucqar rayondan paytaxta dəfələrlə gəlməz, söhbət açdıqlarının həqiqət olmasına inanmasa dilinə belə gətirməzdi. Təəssüf ki, belə hallar baş verir, insanlar ümid yeri kimi paytaxta üz tutub, ürəklərini boşaltmaqla təskinlik tapmaq istəyirlər. Ə.Bodurov qarşılaşdığı ədalətsizliklərə rəğmən xəstələndiyini, bir müddət müalicə olunduğunu da vurğuladı: “İnanın ki, ürək xəstəliyi tapdım. Bir müddət müalicə almalı oldum. Mənə qarşı çirkin oyunları quranlar, düşünürlər ki, əlil adamdır, bu səbəbdən də çox hərəkət edə bilməyəcək. Süründürməçilikdən yorulub, durumuyla razılaşacaq. Kirayə mənzildə yaşayıram. Bəllidir ki, evim yoxdur. Çalışıram ev qurum. Bəlkə, İslam Rzayev düşünür ki, əlilin evi olmamalıdır? Əlbəttə, mənim onlar kimi heç zaman villam, obyektlərim olan bilməz. Bunun arzusunda da deyiləm. Ancaq ev qurub, yaşamaq, çalışmaq, halal zəhmətlə qazanmaq haqqımı da kimsəyə verməyəcəyəm.
Sizdən bir xahişim var; mənim müraciətimi hörmətli, cənab Prezidentimizə və böyük ümid bəslədiyim birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırın. İnanıram ki, yalnız onlar məni kiçik “padşah”ların əlindən xilas edə bilər. Onların ədalətinə inanmışam və bundan sonra da inanacağam. Gözlərimin hədsiz zəif görməsi, məni yazıb-oxumaqdan mərhum edib, amma, çalışmaq, qurub-yaratmaq istəyirəm. Mənə kömək edin, xahiş edirəm!”
Əhmədi ürək ağrısı ilə dinlədik və söylədiklərini qələmə almağı peşə borcumuz hesab etdik. Onu da bilirik ki, ölkə rəhbərliyi əlillərin probleminə daima diqqət göstərib, onların ruhdan düşməmələri üçün çalışmaq, yaşamaq şəraiti yaradılmasına maraqlı olub. İnanırıq ki, Ə.Bodurovun da səsinə səs mütləq veriləcək. (Milletim.info)
Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru