Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                 

“Mənim yerimə kim olsaydı, intihar eləmişdi” - Bu ailəyə dövlət yardım etməsə...
Tarix: 22-10-2019, 09:13 | Çap et
“Mənim yerimə kim olsaydı, intihar eləmişdi”
Bərdənin Gəncə küçəsində yaşayan Faiq və Zəminə Süleymanovların həyat üzünə gülməyib. Faiq dörd il əvvəl nərdivandan yıxılaraq hərəkət qabiliyyətini itirib. Zəminə isə 2017-ci ildə xərçəng xəstəliyinə yoluxub.

Faiq həmin günü yaxşı xatırlayır. 2015-ci ilin oktyabrın 29-da bütün həyatı dəyişib. Yıxılanda onurğası zədələndiyindən ayaqları da daha hərəkət etmir. Bundan iki il sonra həyat yoldaşı Zəminənin ağır xəstəliyə tutulduğu məlum olub. Bədxassəli şiş üzündən qadının sinəsində amputasiya əməliyyatı aparmaq lazım gəlib. Zəminə deyir ki, Milli Onkologiya Mərkəzində əməliyyat üçün 1700 manat ödəyiblər.

“Buna qədər 800 manat da müayinəyə çıxmışdı. Əvvəlcə iki dəfə orada 300 manatdan kimyaterapiyadan keçdim. Baha olduğundan qalan dörd dəfə üçün Ağcabədiyə getdim. Möhkəm ağrılarım olur. Çox hərəkət eləyəndə qollarım şişir. Altı aydıan bir yoxlanıram”, - Zəminə danışır.

Zəminə Süleymanova eynəksiz yaşaya bilmədiyini deyir. Hər iki gözünün əməliyyata ehtiyacı var. Gözünün biri tam sıradan çıxmaq üzrədir: “Əməliyyat eləməyə pul yoxdu. Nəyimiz var, satmışıq. Qır-qızıl da qalmayıb. Çox ağır vəziyyətdəyik”.

Faiq Süleymanov faciəyə qədər restoranda inzibatçı işləyib. Deyir ki, çox qazanmırdı, amma onurğası zədələnməsəydi, ailənin bu ağır günlərində lazım gəlsə, bir neçə yerdə işləyərdi.

Evə hər ikisinin pensiyasını, həyat yoldaşının uşaq bağçasından aldığı 90 manat yarımştat maaşını üst-üstə gəlsək, evə cəmi 380 manat gəlir. Bununla həm müalicə olunmaq, həm dolanmaq, həm də ödənişli əsaslarla ali təhsil alan iki qızının xərclərini ödəmək mümkünsüzdür.

“İkisi üçün birlikdə 2400 manat ödəməliyik. Son kursdadılar. Hələ də ödəyə bilməmişik. Evi satlığa qoymuşuq. Borc içində boğuluruq. Eybi yox, daha yığcam evdə yaşayarıq, amma yükümüz azalar. Uşaqların ötən il üçün təhsil haqqını borca götürmüşdük, hələ də qaytara bilməmişik. Bu dəqiqə uşaqların təhsil haqqını ödəyə, bir də həyat yoldaşımın gözünü əməliyyat elətdirə bilsək, elə biləcəm, ayağa qalxıb gəzirəm”, - Faiq nə qədər əzab çəkdiyini gizlətməyə çalışır.

Zəminə üçüncü qrup əlildir. Xəstəliklə mübarizə aparan qadın deyir ki, bədən orqanını itirməsinə, bədxassəli şişlə yaşamasına görə ona birinci qrup əlil dərəcəsi verməyə borclu idilər.

“Mənim yerimə kim olsaydı, intihar eləmişdi”

Zəminə danışır ki, sosial yardım almağa çalışıblar. Bütün sənədləri hazırlayıblar, amma rədd cavabı gəlib. Halbuki Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsi, adətən, müraciət edənlərin qarşısına iş yeri tələbi qoyur. Zəminənin rəsmi iş yeri olduğundan, rədd cavabını məntiqsiz sayırlar.

“Nə torpağımız var, nə də maşınımız. Heç yaşadığımız ev də bizim mülkiyyət deyil. Yəni heç nəyimiz yoxdu”, - Zəminə bildirir.

Faiq deyir ki, qohum-əqrəbadan ummağın da yeri yoxdur: “Hamı imkansızdı. Hərdən xalam bazarlıq eləyib gətirir. Qohumlar özünü zorla dolandırır”.

Faiq həyat yoldaşına görə çox pis olur. Deyir “eybi yox, mən gəzməyim, amma onun gözləri düzəlsin”. Zəminə hərəkət qabiliyyətini itirən həyat yoldaşının hər cür qayğısına qalmağa çalışır. Mümkün qədər nikbin olmağa çalışırlar. Hətta bizimlə söhbət zamanı da təbəssümü qoruyurlar.

“Desəm ki, ağrıyıram, çox yumşaq ifadə olar. İndi sizə görə abrıma bükülüb səsimi çıxarmıram. Ağrıdan adam az qalır başını divara vura. Heç bir ağrıkəsici qarşısını ala bilmir. Onurğamda sinir sıxılması gedir. Düzgün müalicəyə ehtiyac var, amma pul yoxdu. Adicə ağrıkəsiciyə 80 manat verməli oluruq”, - Faiqi eşidirik.

Faiq çalışır ki, çox şikayət etməsin: “Hər şeyi demək istəmirəm. Mənim yerimə kim olsaydı, indiyə intihar eləmişdi”.

Faiq ailənin maddi ehtiyaclarını ödəyə bilmədiyimə görə çox sarsıldığını deyir. Zəminə ona təsəlli verir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru