Hansı icra başçısı qəbul günlərində dəyişiklik edib? - Qapılar vətəndaşların üzünə açılıb?
Tarix: 6-11-2019, 08:57 | Çap et
 Bir neçə gün əvvəl Xaçmaz rayonu İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayev qəbul günlərində dəyişiklik edib.
Belə ki, Elnur Rzayev qəbul günlərini ləğv edib, artıq iş günlərində icra hakimiyyətinə gələn hər bir vətəndaş icra başçısı tərəfindən qəbul ediləcək. Qeyd edək ki, bundan əvvəl icra başçısı vətəndaşları həftənin 5-ci günü qəbul edirdi.
Maraqlıdır, digər rayon icra hakimiyyətlərində qəbul günləri ilə bağlı hansısa dəyişiklik varmı?
Məsələ ilə bağlı Cebhe.info rayon icra hakimiyyətləri ilə sorğu keçirib.
Tovuz rayon İcra Hakimiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, rəsmi qəbul günü cümə günü olsa da, vətəndaşlar həftəiçi də icra başçısının qəbulunda ola bilir:
“Tovuz rayonu İcra Hakimiyyətində icra başçısı hər həftənin 5-ci günü vətəndaşları qəbul edir. Qəbul günü həmişə belədir, hazırda da heç bir dəyişiklik edilməyib. Lakin bunun rəsmi qəbul günü olmasına baxmayaraq, vətəndaşlar istədikləri vaxt icra başçısının qəbuluna gələ bilirlər. Ara günlər kim istəyirsə, müraciət edə bilər. Demək olar ki, həftəiçi hər gün müraciətlərinə baxılır. Kim gəlirsə, icra başçısı geri çevirmir, qəbul edib məsələyə aydınlıq gətirməyə çalışır”.
Qazax rayon İcra Hakimiyyətindən verilən məlumatda da iş günlərində vətəndaşların geri qaytarılmadığını diqqətə çatdırılıb:
“Qəbul günlərimizdə heç bir dəyişiklik yoxdur, hər həftənin 5-ci günü qəbul günüdür. Bizdə ümumi qəbul günü 5-ci gün olsa da, başqa günlərdə də gələn vətəndaşlar rahatlıqla qəbula girə bilirlər. Qəbul zamanı əsas üstünlük şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilir. Proqramda boş yerlər varsa, digər günlər də vətəndaşlar rahatlıqla qəbul olunur. Ara günlər vətəndaşlar geri qaytarılmır”.
Şamaxı rayon İcra Hakimiyyəti nümayəndəsi isə rəsmi qəbul gününün çərşənbə günü olduğunu deyib. Lakin çərşənbə axşamı da icra başçısı tərəfindən kənd və qəsəbələrdə qəbul həyata keçirilir:
“Şamaxı rayonu İcra Hakimiyyətində hər həftənin 3-cü günü aparatda vətəndaşların qəbulu keçirilir. Qəbul əvvəlcədən yazılma qaydasında olur. Əvvəlcə vətəndaşların adı və müraciəti qeydə alınır. Daha sonra isə icra başçısı ilə fərdi şəkildə görüşlər keçirilir. Qəbul günündə heç bir dəyişiklik yoxdur, 3-cü günlər "Açıq qapı" günüdür. Vətəndaşlar həmin gün bütün mövzularda icra başçısının qəbulunda ola bilərlər. Həftənin 2-ci günləri isə icra başçısı tərəfindən yerlərdə - kənd və qəsəbələrdə qəbul keçirilir. Bu, səyyar qəbul şəklində olur, ya inzibati binalarda, ya da açıq havada bütün vətəndaşlar qəbul edilir”.
Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı qəbulu ancaq həftənin bazar ertəsi həyata keçirir və bunda heç bir dəyişiklik yoxdur:
“Qəbul günü hər həftənin birinci günüdür. Hazırda bununla bağlı heç bir dəyişiklik edilməyib”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
| • Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07 |
|
|
|
| • Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55 |
|
|
|
| • Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54 |
|
|
|
| • Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50 |
|
|
|
| • Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46 |
|
|
|
| • KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39 |
|
|
|
| • Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29 |
|
|
|
| • Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27 |
|
|
|
| • Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13 |
|
|
|
| • İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11 |
|
|
|
| • “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58 |
|
|
|
| • "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54 |
|
|
|
| • İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41 |
|
|
|
| • Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38 |
|
|
|
| • Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24 |
|
|
|
| • “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18 |
|
|
|
| • Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11 |
|
|
|
| • Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03 |
|
|
|
| • Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02 |
|
|
|
| • Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01 |
|
|
|
| • “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49 |
|
|
|
| • İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46 |
|
|
|
| • Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43 |
|
|
|
| • Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40 |
|
|
|
| • İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38 |
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
|