XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                 

“Onlar bizim işimizi əlimizdən alırlar”
Tarix: 19-01-2017, 09:29 | Çap et
“Onlar bizim işimizi əlimizdən alırlar”
Müasir dünyada gənclərin ən çox maraq göstərdiyi sənətlərdən biri də modellikdir. Ancaq nədənsə bu sənət ölkəmizdə o qədər də inkişaf etməyib. Model sənətinə olan münasibət də ölkəmizdə birmənalı qarşılanmır. Səbəbini isə qonağımız, tanınmış model Nərmin Səfərova ilə söhbətdə aydınlaşdırmağa çalışacağıq. O, fevralın 9-dan 28-nə kimi Tayvanda keçiriləcək olan "Queen of Brilliance İnternational 2017” müsabiqəsində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, model 2014-cü ildə Marmarisdə keçirilən "Miss Maxim of Europe 2014”-də ölkəmizi təmsil edib və orada dünya birincisi olub. N.Səfərova bu il Azərbaycanın "Best avards -2016” müsabiqəsində "İlin professional” modeli seçilib. Beləliklə, modellə söhbəti sizə təqdim edirik.

- Eşitdik ki, ölkəmizi "Queen of Brilliance İnternational 2017” müsabiqəsində təmsil edəcəksiniz? İstərdik səfər öncəsi təəssüratlarınızı bölüşəsiniz.
- Elədir. Bundan əvvəl də bir çox beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmişəm. İnşallah, fevralın 9-da Tayvana səfər edəcəm. Ümid edirəm ki, bizim üçün uğurlu olacaq. Bundan əvvəl 2014-cü ildə Marmarisdə keçirilən "Miss Maxim of Europe 2014” qalib gəlmişəm. Orada 27 ölkə arasında birinci yerə çıxmışam. Bir aydan çox orada hazırlıqlarda olduq. Əslində birinci yerə çıxacağıma inanmırdım. Müsabiqədə qalib olmaq, ölkəmizi tanıtmaq çox gözəl hissdir.

- Sizdə model sənətinə maraq necə yarandı?
- 2009-cu ildə 16 yaşım var idi. O zaman məni çəkilişlərə dəvət etmişdilər, amma imtina etdim. Heç ağlımın ucundan da keçmirdi ki, nə zamansa model olaram. 2012-ci ildə rəfiqəmlə çəkilişə getmişdim və məni orda gördülər. Kastinqə dəvət etdilər. Əslində mən kastinqə qatılmağı heç düşünmürdüm. 2012-ci ildən sonra məni fotosessiyalara dəvət etdilər. Daha sonra Moskvaya getdim, beynəlxalq moda və vizaj sərgilərində iştirak etdim. Belə ki, beynəlxalq müsabiqələrdə Azərbaycanlı stilistlərlə çıxış etdim. 2013-cü ildən türklərlə işləyirəm. Artıq 4 ildir ki, onlarla çalışıram. Bu yaxınlarda Milana getdim. Türkiyədə işlədiyim italyan dostlarım təklif etdilər ki, Milanda bu sahə üzrə çalışım.

- Gələcəyə dair planlarınız nədir?
- Gələcəyə dair böyük planlarım var. Dünyanın müxtəlif ölkələrində çalışanda daha çox təcrübə toplayıram. Bu gələcək işimdə də mənə çox böyük kömək olacaq. Əslində mən 2016-cı ildə Bakı Slavyan Universitetinin rus filologiyası fakültəsini bitirmişəm. Modelliyə hobbi kimi baxıram. Əsas ixtisasım filoloqdur.

- Filoloq kimi çalışmağı düşünürsünüzmü?
- Çətin ki, mən oxuduğum bu ixtisasla Bakıda özümə iş tapım. Bu sahədə iş tapa bilmərəm, yəqin ki, ancaq müəllimə kimi çalışa bilərəm. İstəyirəm ki, yayda imtahan verib özümü müəllimə kimi sınayım. Həyatda hər şey ola bilər. Ola bilər ki, magistr təhsilini Koreyada, Yaponiyada, digər ölkələrdə alım. Orada tərcüməçi kimi də çalışa bilərəm. Tərcüməçiliyi ikinci ixtisas kimi seçmək istəyirəm. Hələ həyat qabaqdadır.

- Maraqlıdır, modellik pul gətirən sahədirmi?
- Hər şey modeldən asıdır. Elə modellərimiz var ki, dünyanın müxtəlif ölkələrində çalışırlar və yaxşı da gəlir əldə edirlər. Mən bu işə təzə başlayanda heç bir ödəniş almırdım və pulsuz çalışırdım. Bu mənim hobbim idi. İl yarımdan sonra sərgilərdə, açılışlarda iştirak etdim. Təzə başlayanda heç bir sahədə pul olmur. Sonra çalışdıqca, peşəkarlaşırsan və pul qazanmağa başlayırsan.

- Xaricdə modellər daha çox filmlərdə çəkilirlər. Aktrisa kimi filmlərdə rol almağa iddialısınızmı?
- Əslində bu proses dünyanın bütün ölkələrində var. Ancaq nədənsə mənim bu sahəyə heç bir marağım yoxdur. Amma çox model tanıyıram ki, modelliklə başlayıblar, amma sonradan sənəti dəyişərək aktrisa olublar. Cavan aktrisaların demək olar ki, yarısı modellik sənətindən gəliblər. Modelə hər zaman belə təklif gəlir. Azərbaycan dilim zəif olduğuna görə baş rollarda çıxış edə bilmirəm. Ötən il "Oğlan evi-1” filmində çəkildim. Orada rolum çox kiçik idi. Əslində filmlərdə rol ala bilmərəm, çünki rusdilliyəm, Azərbaycan dilində danışmağa çox çətinlik çəkirəm. Ona görə də filmlərdə rol ala bilməyəcəyimi düşünürəm.

- Azərbaycanda model sənətinin inkişaf etməməyinin səbəbi nədir?
- Hər qəşəng qız gözəl olmasa da, bir neçə fotosessiyadan sonra özünü model adlandırır və model adı altında başqa-başqa işlərlə məşğul olur. Ona görə də model işinə kənardan bir az pis baxırlar. Bu da bir ixtisas kimi qəbul olunur. Hər hansı bir qız gözəl poz verməyi, şəkildə daha gözəl görünməyi bacarırsa, özünü model adlandırır. Əslində bu işdə təcrübə də öz sözünü deyir. Bacarırsa, model kimi çalışa bilər. Ancaq modellik Azərbaycanda bir o qədər də inkişaf etməyib. Bu sahə bizdə bir az geridə qalıb. Təəssüf hissi ilə qeyd edim ki, Azərbaycanda modellərə iş yoxdur. Düzdür, çəkilişlərimiz olur, sifarişlər qəbul edirik, ancaq... Şirkətlər agentliklərə müraciət edirlər. Belə olan halda modellər işsiz qalır. Peşəkar modellərə iş təklif edəndə agentliklər deyir ki, bizdə qızlar pulsuz çalışırlar. Bu da bizə zərər yetirir. Özlərinə model deyən qızlar görürük ki, onların boyları balacadır, sima cəhətdən o qədər də gözəl deyillər. Ancaq özlərinə peşəkar model deyirlər. Onlar bizim işimizi əlimizdən alırlar. Ona görə peşəkar modellər işsiz qalır. Xaricdəki modellər bizimkilərdən qat-qat yaxşı maaş alırlar. Ona görə yerli modellərimiz xaricə üz tuturlar, çünki orada bu sənətə yaxşı dəyər verirlər. Mən onları da qınamıram.

- Model olmaq üçün 90-60-90 standartları mütləqdirmi?
- O qədər də mütləq deyil. Fotomodelin boyunun fərqi yoxdur, 1.50, 1.40 da ola bilər. Əsas odur ki, siması gözəl olsun. Podium modelinin boyunun 1.75-dən yuxarı olması isə mütləqdir. Ancaq çox arıq olmalıdır. Hətta 90-60-90 deyil, 80-60-89 olmalıdır. Bu şərt deyil. Qız gözəldirsə, konkurslara, müsabiqələrə gedib yer ala bilər. Orda şarma, bir də özünü təqdim etməyə baxırlar. Sən gözəlsənsə, konkurslarda boya da baxmırlar, əsas odur ki, özünə inanasan. Əgər özünə inanırsansa, çalışmalısan ki, özünü gözəl göstərəsən ki, sənə yüksək qiymət versinlər. Bu işdə əsas meyar budur.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru