XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                 

“Duet oxumaq, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm”
Tarix: 21-01-2017, 09:40 | Çap et
“Duet oxumaq, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm”
Şou-biznes elə bir aləmdir ki, yeniliyi, gözəlliyi sevir. Hər il bu aləmə yeni-yeni simalar, səslər gəlir. Və beləliklə, gündəm dəyişir. Onlardan kimisi sevilir, kimisi də kölgədə qalır. Yeni səslərin gəlişi ilə insanların bir növ qulaqlarının pası açılır.
Fərqli səsi və siması ilə qısa bir zamanda tanınan Səbinə Əsgərova ötən gün qonağımız oldu. Qeyd edək ki, ifaçı tanınmış prodüser Təranə Səmədova ilə işbirliyinə də başlayıb. Prodüser bu işdə ifaçıya dəstək olur və ona doğru insanlarla çalışmağın labüd olduğunu məsləhət görür.
Səbinə "Səndən sonra”, "Yağ yağışım” mahnıları ilə son dönəmlərin ən çox dinlənilən ifaçılarındandır. Onun uşaqlıqdan incəsənətə, musiqiyə böyük marağı olub. Ancaq nədənsə özünü sınamaqdan çəkinib. Qismətə inanan ifaçı yalnız öz yaradıcılığı ilə insanları təəccübləndirəcəyini deyir.
Beləliklə, şou aləminin yeni siması ilə siz də daha yaxından tanış olun.

- Səbinə xanım, son dönəmlər sizin ifa etdiyiniz "Yağ yağışım” mahnısı böyük diqqət cəlb etdi. Bu mahnı ən çox dinlənilən mahnılar sırasında öz yerini tutub.
- Elədir. Bu mahnı mənim də ürəyimə yatdı. Mahnını ilk dəfə dinləyərkən əgər mənim könlümə yol tapırsa, o, mütləq uğur qazanır. İnanıram ki, bu mahnı mənə böyük uğur gətirəcək.

- Mahnının klipi də qısa zaman ərzində 500 mindən çox baxış sayı qazandı və bu da klipə olan tələbatdan xəbər verir.

- "Yağ yağışım” mahnımın klipinin bu qədər izləniləcəyini gözləmirdim. Əslində bu məni çox sevindirir. Qeyd edim ki, klipin rejissoru Anar Hüseynovdur. Klipin süjet xətti yoxdur. Əslində indi çəkilən kliplərdə süjet xətti olmur. Bu, dünya şou aləmində də belədir. Mahnının mövzusu elədir ki, o klipdə süjet xəttinə ehtiyac yox idi. Klipin maraqlı alınması üçün mahnının gözəl olmasını zəruri hesab edirəm. Mahnıdakı sözlər bir qədər məni özünə cəlb etdi. Həmin mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur.

- Mahnı seçərkən nəyə daha çox diqqət göstərirsiniz?
- Mahnının sözləri mənim üçün çox önəmlidir. Bir də onun aranjemanı. Bəzən görürük ki, mahnın sözləri də, musiqisi də çox gözəldir, ancaq elə aranjeman olunub ki, qulağa xoş gəlmir. Ona görə əgər bir mahnı ərsəyə gətirməyə çalışırıqsa, sözlərindən tutmuş, aranjemanına qədər hər şeyi səliqəli olmalıdır. Bu mənim üçün çox önəmlidir.
- Necə hesab edirsiniz, ifaçı kimi tanınmaq üçün səs önəm daşıyırmı?
- İfaçı üçün səs çox önəmlidir. Ancaq indi tanınmaq üçün səsin o qədər də önəm daşıdığını düşünmürəm. Çox da kənara çıxmıram, elə ölkəmizdə o qədər gözəl səs imkanlarına malik olan gənclərimiz var ki. Onlar haradadırlar? Bunun üçün digər amillər daha çox rol oynayır. Tanınmaq üçün səs haradasa 3-4-cü yerdə dayanır.
- Şou aləminə daxil olmaq çox çətin məsələdir. Şou dünyası gənc müğənniyə hansı çətinlikləri yaşadır?
- Heç bir iş insana asan başa gəlmir. Əgər bir yerə gəlib çıxmaq istəyirsənsə, mütləqdir ki, ilk növbədə öz üzərində çalışasan. Bir də çalışmaqdan əlavə, maddi vəziyyətin də qaydasında olmalıdır. Müğənni öz üzərinə yatırım etməlidir ki, onun bəhrəsini görsün. Tanınmaq üçün ilk növbədə yaxşı mahnı yazdırmalı, klip çəkdirməlidir ki, bunun hamısı maddiyyat tələb edir. Tanınandan sonra da layihələrə, geyimə, hər şeyə pul verməlisən. Pul qoymalısan ki, ondan pul götürəsən. Bu sahədə tanınmaq üçün daim mübarizə aparmalısan. Neçə ilin müğənnisi olursan-ol, mütləqdir ki, yeni mahnılara pul xərcləyəsən. Bəzən şahidi oluruq ki, siması tanınan ifaçılar belə, pul xərcləməməyin dərdindən aranjerovkası sıfra bərabər olan mahnılara müraciətlər edirlər.
- Səbinə xanım, gələcəyə dair hədəfləriniz nələrdən ibarətdir?
- Əslində elə böyük hədəflərim yoxdur ki, bir neçə ildən sonra sənətdə partlayış edəcəm və ya şou aləminə yeniliklər gətirəcəm. Elə deyil. Hələ ki öz yolumuzla gedirik. Qismətin qarşımıza nələr çıxaracağını isə bircə Allah bilir. Hər şeyi yaşayarıq, görərik.

- Bəs gələcəkdə albom hazırlamağı düşünürsünüzmü?
- İndiyə qədər 8 mahnım var. Hazırda Ceyhun Əliyevdən yeni mahnı götürmüşəm. O mahnı da hazır olduqdan sonra alboma daxil etməyə yetərincə mahnım olduğuna görə, mahnılarımı toplayıb bir albom hazırlamağı düşünürəm. Hələ ki bu haqda danışmaq tezdir.

- Duet necə, gözlənilirmi?
- Hələ ki kiminləsə duet oxumağı planlaşdırmıram. Düşünürəm ki, hər hansı tanınmış müğənni ilə duet oxusam, sonra deyər ki, "sayəmdə tanındı”. Elə bir xasiyyətə malik insanam ki, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm. Ola bilər ki, bu sənətdə sözümü deyəndən sonra kiminləsə duet oxuyum.
- Özəl həyatınızda vəziyyət necədir?
- Özəl həyatımda hər şey qaydasındadır.
- Bəs sevdiyiniz şəxs?
- Hələ ki sevdiyim şəxs yoxdur. Həyatımdan məmnunam. Sevgidən bir qədər qorxuram. Sevəndə ya tam sevir, ya da heç sevmirəm.
- Bəs sevdiyiniz adam qarşınıza şərt qoysa ki, ya ailə, ya da sənət, onda necə?
- (Gülür) Bu mümkün deyil. Sevdiyim insanı ataram, ancaq sənətimi əsla. Çünki mən tanınmaq, bu sənətdə söz deyə bilmək üçün həm maddi, həm də mənəvi cəhətdən çox əziyyət çəkmişəm. Bunların hamısını kiməsə görə dəyişməyə dəyməz. Onu da bilirəm ki, sonrakı peşmançılıq heç bir fayda vermir.

- Bu gün müğənnilərin əksəriyyəti özlərini filmlərdə, seriallarda da sınayırlar. Bəs siz belə təkliflər alırsınızmı?
- Seriallara təkliflər alıram. Ancaq çox istərdim ki, maraqlı və səviyyəli bir filmdə baş rolda çəkilim. Komediyada oynamaq istəmərəm. İnsanları güldürmək daha çətindir, nəinki ağlatmaq.

- Sosial şəbəkələrdə aktivsiniz?
- Sosial şəbəkələrdə qeydiyyatdan keçsəm də, ancaq "Facebook” diqqətimi daha çox cəlb edir. Əslində sosial şəbəkə xəstəsi deyiləm. Ehtiyac duymasam, sosial şəbəkəyə girmirəm. Elə olur ki, günlərlə sosial şəbəkədəki səhifəmdən xəbərim olmur. Bəzən də olur ki, gün ərzində 3, 4 şəkil paylaşıram.
- Səbinə Əsgərova Azərbaycan şou-biznesinə hansı yenilikləri gətirəcək?
- Mən deyə bilmərəm ki, Azərbaycan şou-biznesinə yenilik gətirəcəyəm, yaxud da kiminsə çörəyini əlindən alacağam. Bunu edə bilmərəm. Elə söz verim ki, onun arxasında dura bilim. Öncədən danışmağı xoşlamıram.

- Adətən sənətə başlayan gənclər beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmək istəyirlər, bəs siz necə?
- Əslində mən bunun tərəfdarı deyiləm. Ola bilər ki, mən müsabiqədə yer tuta bilməyim. Bu mənə mənəvi təsir edə bilər.
- Beynəlxalq yarışmalarda iştirak etmək üçün gözəl səs imkanlarına və simaya məxsus olmaq şərtdir. Bu da sizdə var.
- (Gülür) Orada bilirsiniz məndən nə qədərdir? Onları mənim simamla təəccübləndirə bilmərik. Mənim simamdan onlarda çoxdur.
- Adətən bizim yerli müğənnilərimiz Türkiyə şou-biznesinə qatılmaq istəyirlər...
- Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. Onlara biz heç lazım da deyilik. Onlar bizim müğənnilərin mahnılarına o qədər də əhəmiyyət vermirlər. Nədənsə bizi qəbul etmirlər. Öz müğənnilərini atıb bizi tutmurlar. Onlar öz müğənnilərini daha uca tuturlar. Bizdə bir qədər proses fərqlidir.

- Danılmaz faktdır ki, bu gün müğənnilərin əsas gəlir mənbəyi toylardır. Toylara dəvət alırsınızmı?
- Alıram. Ancaq hər toya da getmirəm. Toylarda öz repertuarımda olan mahnıları da oxuyuram. Toylar üçün bir neçə popuri mahnılar da yazdırmışam. Bunu toylarda ifa edirəm. Ancaq bu popurilər efir üçün nəzərdə tutulmayıb. Efirin efir, toyun isə toy mahnıları var. Toya getmək ayıb deyil ki. Bəs müğənnilər necə gəlir əldə etsinlər? Müğənninin başqa biznesi yoxdur axı. Azərbaycanda nə qədər ki albomdan, konsertdən gəlir əldə edilməyəcək, müğənninin toydan başqa gəlir yeri olmayacaq.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru