Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                     Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                     Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... .....                     " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" .....                     Türkiyə parlamenti hansı addımı atacaq?.. .....                     Məsələ miqrantların çoxluğunda deyil... .....                     "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                 

"Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir" - Xalq artisti
Tarix: 12-11-2020, 09:02 | Çap et
"Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir"
Azərbaycan ordusunun tarix yazdığı günlərə şahidlik edirik. Artıq tarix dəyişir, xalq olaraq qalib, məğrur, hünər meydanında sözünü demiş ölkənin vətəndaşlarıyıq. Vətəndaş olaraq sahib olduğumuz qələbənin nə demək olduğunun da fərqindəyik, kimlərə nəyi, necə sübut etdiyimizin də. İçimiz qürur doludur. Zəfər günümüzü təbrik edir, ziyalılarımızdan bizə Qarabağdan danışmasını xahiş edirik. Təbii ki, son 30 ildə dünyaya gələn nəsil o torpaqları görməyib. Eşitdiyimiz isə böyüklərimizin kədər dolu baxışlarında, Qarabağın gözəlliyini dilə gətirməsi olub.

Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamaldan da bizə bir az Qarabağdan danışmasını xahiş etdik.

Moderator.az saytının qonağı olan xalq artisti bizimlə söhbətində o torpaqları mədəniyyətimizin beşiyi adlandırdı.

- 30 illik həsrət bitdi. Qarabağın sizin üçün əhəmiyyəti nədən ibarət idi?

- Qarabağ kiçik bir ərazi deyil. Azərbaycanın ən gözəl dilbər guşələri məhz Şuşa, Xankəndi, Füzuli, Xocavənd və digər azad olunmuş torpaqlarımıza təsadüf edir. Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir. Biz o torpaqlarda çox olmuşuq və ən gözəl günlərimiz orada keçib. Hazırda Kəlbəcəri xatırlayıram, oranın təbiəti gözümün önündən getmir. O səfalı torpaqları hələ də unutmamışam. Burada dünyanın gözəlliklərini görmək fərqli bir duyğudur. Kəlbəcərdə çəkilişlərə gedirdik. İstisu mineral sularından içirdik və “İstisu” sanatoriyasında istirahət edərək çalışırdıq. Kəlbəcərdəki çəkilişimizdən böyük zövq almışdıq. Kəlbəcərlilərin istər sənətə və istər sənətkara gözəl münasibəti vardı. Nəinki Kəlbəcərdə, elə Qarabağda biz o ab-havanı hiss etmişdik. Bu torpaqlar mədəniyyətin ocağı idi. Qarabağda kifayət qədər mədəniyyət xadimləri yetişib. Şuşada, Xankəndində dövlət teatrı fəaliyyət göstərirdi ki, o torpaqlar sənət beşiyi hesab edilirdi. Həmin illəri, o xatirələri unutmaq olarmı? Hətta sizə deyim ki, “Qaynana” filmin premyerasını Xankəndinə keçirmişdik. Orda sənətə olan münasibət möhtəşəm idi. Həmin illər ermənilər də bizim tamaşalara, filmlərə baxmağa gəlirdilər və səlis Azərbaycan dilində danışmağı bacarırdılar. O torpaqlarda bizim gözəl günlərimiz, maraqlı xatirələrimiz olub. Bu gün yetişən gənc nəsil o gözəlliyi görməyib. Çox şükür ki, onlar da öz ulu babalarının yurdunu görəcək. Qarabağın gözəlliyini görmək, onun füsunkar təbiətində istirahət etmək böyük xoşbəxtlikdir.

- Ancaq o gördüyünüz təbiətdən, abidələrdən əsər-əlamət də qalmayıb.

- Ali baş komandanımız İlham Əliyev öz çıxışında da bildirdi ki, biz bu torpaqları dirçəldəcəyik. Dövlətimiz bura sərmaya qoyacaq və orada yenidən yaşayış təmin ediləcək. Biz o torpaqlara yenidən qayıdacağq. Müdafiə Nazirliyinin mətbuata təqdim etdiyi işğaldan azad olunmuş ərazilərimizdəki çəkilişlərdə özünüz də şahidi oldunuz ki, o torpaqları necə bərbad günə qoyublar. Sanki düşmən bu torpağa 30 ildə yaşamağa yox, dağıtmağa gəlmişdi. Hər necə olur olsun, biz yenidən o torpaqları çiçəkləndirməli, quruculuq işləri aparılmalıyıq. Qarabağda yeni tamaşalar, təqdimatlar olmalıdır. Orda sənət adamları əsl mənada öz fəaliyyətini göstərməlidir. Hər birimiz bu günləri səbrsizliklə gözləyirik.

- 2 ay bundan qabaq təsəvvür edə bilərdinizmi ki, çox qısa zamanda biz Qarabağa dönəcəyik?

- Səmimi deyim ki, hər an içimdə elə bir hiss vardı. Düşünürdüm ki, biz əvvəl-axır o torpaqlara geri dönəcək və öz torpaqlarımızda yaşayacağıq. Məndə buna əminlik var idi. Dövlətimizə, ali baş komandanımıza inamım sonsuzdur. Bilirdim ki, dövlətimizin iqtisadi gücü də buna imkan verir. Var olsun Ali baş komandanımız İlham Əliyev, Azərbaycan ordusu və xalqımız.

- Qələbə xəbərini ilk eşidəndə hansı hissləri yaşadınız? Adətən incəsənət adamlar daha çox kövrək və həssas olurlar.

- Bu sevinci hər insan bir cür yaşayır. İnsan var hönkürüb ağlayaraq hissini büruzə verir. İnsan da var ki, qışqırır, rəqs edir və sair. Mənim yaşadığım hisslər fərqli idi. Bu çox sevindirici hisslər idi. Xəbəri aldım və o an gözümdən yaş süzüldü. İçindəki sevinc göz yaşları insanı mətinləşdirir. Mən bu mətin göz yaşlarının tərəfdaryam. Qoy hər zaman insanların gözündə sevinc göz yaşları axsın. Bu qələbə xəbəri bizi bir qədər ruhlandırdı. Bilirsiniz ki, döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. 27-28 il əvvəl öz torpaqlarından didərgin salınmış yüz minlərlə soydaşımız öz dədə-baba yurduna qayıdacaq. Vətəndaşlarımız doğma Vətəninə qovuşmaq hüququ qazandılar. Şübhəsiz ki, bu qalibiyyət torpaq uğrunda döyüşlərdə öz canını əsirgəməyən, qanını onun üzərinə tökərək Vətəni bir az da ucaldan, müqəddəsləşdirən şəhid oğlanlarımızın, həyatını bu yolda əsirgəməyərək mərmi və güllə yarası alan igidlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlığımı bildirirəm.

- İşğaldan azad olunmuş torpaqları necə xatırlayırsınız? Az əvvəl qeyd etdiniz ki, sizin orda xatirələriniz var.

- O torpaqları bir kəlmə ilə təsəvvür etmək istəyirəm- “Qarabağ füsunkar məmləkətdir”. O günləri, o gözəlliyi sözlə ifadə etmək çətindir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru