"İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                 

"Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış..." - NƏ BAŞ VERİR?
Tarix: 6-06-2022, 08:50 | Çap et
"Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış..."
Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı Azərbaycanda bloklanıb.

Buna səbəb həmin saytda özünü Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri kimi təqdim edən Artak Beqlaryanın müsahibəsinin dərc edilməsi olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı açıqlama verib:

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Beləliklə də, ciddi təəssüf doğurur.

Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir. “RİA Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik müqaviləsi olmasına baxmayaraq, rus mediasında ölkəmizə qarşı qarayaxma və təxribat xarakterli xəbərlər yer almağa davam edir.

Maraqlıdır, bundan sonra ölkəmizə qarşı təxribat xarakterli məlumatlar yayan digər xarici media subyektlərinə qarşı da bənzər addımlar atıla bilərmi? DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən telejurnalist, professor Qulu Məhərrəmli deyib ki, "RİA Novosti" agentliyinin saytının Azərbaycanda bloklanılması dürüst qərardır:

"Əvvəllər də Rusiyanın dövlət agentliyi sayılan "RİA Novosti" Azərbaycanın ərazi bütövlüyü əleyhinə, o cümlədən separatizmi stimullaşdıran yazılar və müsahibələr dərc edib. Onlara dəfələrlə xəbərdarlıq olunub. Amma yenə də agentlik bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyininə hörmətsizlik nümayiş etdirir. Ona görə də belə bir saytın bloklanması çox vacibdir. Hesab edirəm ki, nə qədər kəskin olsa da, bu, Azərbaycan tərəfindən atılan çox dürüst addımdır. Çünki Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış bu cür addımların atılması Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyininə qarşı yazıların yayılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir".

Professor, "RİA Novosti" və digər rus saytlarının Qarabağdakı separatçılara həddindən çox diqqət yetirdiyini vurğulayıb:

"Hətta lazım olan və olmayan bütün məlumatları yayaraq, onların mətbuat şəbəkəsi kimi fəaliyyət göstərirlər. Bu cür agentliklər Rusiyadakı erməni qüvvələrinin tam təsiri altındadır. Bir çox məlumatlar onların diqtəsi ilə hazırlanır. Ona görə də Azərbaycan tərəfi çox doğru addım ataraq həmin saytın burada yayımlanmasını bloklayıb".

Qulu Məhərrəmli qeyd edib ki, gələcəkdə Azərbaycana qarşı informasiya təxribatı törədən və informasiya təhlükəsizliyimizi sual altında qoyan hər hansı rus saytına, eləcə də digər ölkə saytlarına da bu addımlar tətbiq olunmalıdır:

"Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və ona qarşı bu cür təxribatlar aparmaq yolverilməzdir. Ümumiyyətlə, separatizmi stimullaşdırmaq təkcə ikitərəfli münasibətlərə aid deyil, beynəlxalq hüquqa və konvensiyaya ziddir. Buna görə də separatizmi dəstəkləyən fəaliyyətə qarşı kəskin tədbir görülməlidir.

Hesab edirəm ki, bundan "Sputnik Azərbaycan" və başqa rus saytları da ciddi nəticə çıxarmalıdırlar. Azərbaycanın təxminən 10-a yaxın informasiya agentliyi və saytlarının Rusiyada yayımlanması qadağan olunub. Niyə? Çünki həmin saytlarda Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər hansı məlumatı verəndə Rusiya tərəfinin maraqlarına toxunulan nüanslar olur. Hər dövlət özünün informasiya təhlükəsizliyini qoruduğu kimi Azərbaycan da bu addımı atmağa məcburdur.

Ona görə də belə bir saytın bloklanması tam məntiqə uyğundur".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru