“Şirməmməd Hüseynovun qapısına papaq atdım, qaçanda yıxıldım, dodağım partladı, dişim sındı”
Tarix: 20-03-2023, 09:33 | Çap et
 Bu gün martın 20-si Türk dünyasında Novruz bayramı qeyd olunur. Novruzla bağlı sənətkarların, şou-biznes əhlinin xatirələrini dinləmək üçün onları sorğu-suala tutduq. Məşhurlar Novruzda başlarına gələn əhvalatları Moderator.az-la bölüşüblər. DİA.AZ həmin açıqlamaları təqdim edir... Xalq artisti Gülyanaq Məmmədova: “Tələbəlik illərində Mirzağa Əliyev küçəsində kirayə qalırdım. Əmim qızı Könüllə istədik ki, qapılara papaq ataq. Həm qapı pusduq, həm də papaq atdıq. Papaqlarımızı ağzına kimi doldurmuşdular. Sonuncu qapıya papağı atanda birdən işığı yandırdılar. Qaça-qaça gizlənməyə gedəndə dodağım pilləkənin turbasına çırpıldı. Bir dişim sındı, alt-üst dodağım partladı. Papaqları ətəyimə boşaltmışdım. Həmin dişimi bu günlərdə düzəltdirmişəm. Həmin xatirə mənim üçün şirin idi deyə dişimi də düzəltdirmirdim (gülür). Papaq atdığım qapı bizim hörmətli alimimiz, tarixçi Şirməmməd Hüseynovun evi idi. Bilirsiniz ki, onlar da Şəkidəndirlər. Həyat yoldaşı ilə münasibətimiz qonşu olaraq yaxşı idi. Tələbəlik illərimdən ən yaddaqalan hadisə budur. Ondan sonra papaq atmamışam, tonqaldan da atdanmamışam. Bu gün bayramları əksər hallarda evimizdə keçirə bilmirik. İşimizlə bağlı ya tədbirlərdə, ya da konsert proqramlarında oluruq. Hazırda da Yekaterinburqdayıq. Burada 21 martda xalq artisti Samir Cəfərovla birgə konsertimiz olacaq. Xalq artisti Brilliant Dadaşova:
“Uşaqlıq illərində olduğu kimi, indi də inanclara inanıram. Yadımdadır ki, 1988-ci ildə Naxçıvanda qastrol səfərində idik. Bir çox sənət adamları ilə orada keçirilən tədbirlərdə iştirak etdik. Tədbirdən qayıdanda qapı pusmağa getdim. Otaqdan “Xoşbəxt olasan, ailə həyatı qurasan” sözlərini eşitdim. May ayında, yəni iki ay sonra mən artıq ailə həyatı qurdum. Bundan başqa qızların duzlu çörək yeməyi falına da baxmışam. Üstəlik yuxusunu da görmüşəm. Adət ən-ənələrə sadiq biriyəm, ümid edirəm ki, bunlardan gələcək nəsillər də bəhrələnəcək” deyə sənətkar bildirib. Aşıq Telli Borçalı:
“Yalandan deyə bilmərəm ki, bayram şirniyyatları hazırlayıram. Uşaqlıqda bir qapıya getdim ki, qapı pusam. Yarım saata qədər gözlədim, bir kəlmə də danışmadılar. Qulağımı bir az da qapıya tərəf dirədim ki. bəlkə nəsə eşidərəm. Amma hamı susmuşdu. Kənar ev deyildi, doğma bibimgilin evləri idi. Birdən bibim qapını açdı, içəri yıxıldım” deyə sənətçi bildirib. Aktyor Fərda Xudaverdiyev:
“Novruz adətləri bu gün çox az qalıb. Ümumiyyətlə demək olar ki, yaşadılmır. Bakıda ümumiyyətlə demək olar ki, Novruzla bağlı adətlər heç yoxdur. Uşaq yaşlarımda bir qapıya papaq atmışdım. Qapını açıb, üstümə acıqla gəldilər. Bu hadisədən sonra bir də papaq atmağa tövbə etdim” deyə aktyor bildirib. Əməkdar artist Elnarə Abdullayeva:
“Papaq da atmışam, tonqaldan da atdanmışam. Rayonda bilirsiniz ki, bayramlar çox maraqlı keçir. O vaxt anamız şirniyyatları hazırlayanda bütün bacılar yığışıb ona kömək edərdik. Bayram şirniyyatlarını hər dəfə özüm hazırlayıram desəm yalan olar. Amma ümumilikdə biş-düş edirəm. Yeməkləri özüm hazırlayıram, bəzən də köməkləşirik. O əlini ki, unun üstünə vurub, onun el-aləmə yayıldığını görmədinsə, evi təzədən yığışdırmadınsa, daha bu nə bayram oldu? Həqiqətən də bayramın gözəlliyi, maraqı ondadır da. Evi töküb təmizləyirsən, təzədən başlayırsan yığışdırmağa” deyə xanəndə bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
|