“Göyərti satıb ailəni dolandırırdım, indi isə...” - tanınmış aktyor
Tarix: 30-03-2023, 08:32 | Çap et
 “Bilirsiniz ki, illərdir parkinson xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik əsəbdən, sinirdən yaranır. Baş və beyinlə bağlıdır. İllərlə yığılır, yığılır, qocalanda da öz təsirini göstərir. Səhhətimlə bağlı dərman preparatları qəbul edirəm. Amma bunun müalicəsi dünyanın böyük klinikalarındadır. Müəyyən dəstəklər olub, amma tam olaraq heç kim deməyib ki, gəl səni sağaldım”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
“İllər öncə böyük səhvim o oldu ki, çalışdığım teatrdan ayrıldım. Çünki o illərdə Aztv-də çalışırdım. 4 qız övladım var. Oğlan övladım olsaydı deyərdim ki, sən get işlə. Mən ailəmə görə el şənliklərinə üstünlük verdim. Çünki ailəni maddiyatla təmin edən tək şəxs idim. Uzaqlaşdım ki, yenidən qayıdım, amma alınmadı. Aktyoru teatrdan yola salırlar. Bu peşə sahiblərini təqaüdə çıxartdınsa, onun ölüm hökmünə qol çəkmiş olursan. Yaşlı rolu yaşlı aktyor oynamalıdır, cavanı da cavan aktyor” deyə sənətkar bildirib. Aktyor bildirib ki, tələbələrinin fəxri adı olsa da, ona illərdir bu ad verilməyib. “Tələbələrim xalq artisti fəxri adı daşıyırlar. Mənim heç əməkdar artist fəxri adım da yoxdur. Sənətdə az iş görməmişəm. Dublyaj sahəsində, teatrlarda çalışmışam, uşaq verilişlərində tərbiyəni təbliğ etmişəm. Sənətkara qiymət verilməyəndə ona pis təsir edir, yandırıb tökür. Bir ölkədə kinostudiya 30 il bağlıdır, yoxdur, hansı kinodan danışaq?! Mədəniyyətimiz, mədəni dəyərlər getdikcə unudulur. Aktyorun həyatı boyu xarakter boxçası olmalıdır. Avtobusda da, metroda da, yolda gedəndə də obrazları yığıb, torbaya qoyursan. Çünki mən insanları müşahidə edirəm. Bəzən avtobusda, yolda səsimdən tanıyıb, mənə “Ovçu Pirim” deyirlər. Mən gözlədim ki, bu layihəni yenidən televiziyada gündəmə gətirərlər. Amma əksinə oldu. Görünür ki, onlara uşaqları tərbiyələndirən verilişlər lazım deyil” deyə sənətkar bildirib. Aktyor uşaqlığı ilə bağlı bir etiraf da edib. “Uşaqlıqdan zəhmətkeş olmuşam. Bəzən evdə pul olmurdu, məni qonşuya pul almağa yollayırdılar. Bir dəfə gedib gördüm ki, qonşu göyərti satır. Ondan həmin göyərtiləri hardan aldığını soruşdum. Mənə də gündə atam 20 qəpik verirdi ki, məktəbdə özümə nəsə alım. Həmin pulları yığaraq, bazara getdim. Göyərti alıb satırdım. Ailəni dolandırırdım, evə baxırdım. 10-cu sinfi bitirənə qədər göyərti satdım. İndi gənclər var ki, işləmək istəmirlər. Elə bütün günü çayxanada oturub nərd, domino oynayırlar. Belə olmaz. Gənclər əziyyətə, zəhmətə qatlaşmalıdırlar” deyə sənətkar bildirib. Allahverdi Yolçuyev gənclərə tövsiyyələrini də verdi. “Gənc aktyorların xeyrinə danışanda da məndən inciyirlər. Özləri ilə çox öyünürlər. İstedadları var, görünüşləri var, hər şey qaydasındadır. Bütün rolları eyni oynayırlar, başqalaşa bilmirlər. Mən elə özüm də özümdən narazıyam. Radionun fondunda 40-50 tamaşam var. Hər dəfə dinləyəndə narazı dinləyirəm. Gənc aktyorlarımız mogikan, görkəmli sənətkarlarımızı tanımırlar. Heç soruşsaq birinin də adını bilmirlər. Küçədəki söhbətləri, söyüşü, biədəbliyi komediya ilə səhv salmaq olmaz. Bu boş gülüşdür. Cavanlarımızın əksəriyyəti yüngül yolu seçiblər” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
|