XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                 

“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur” - ETİRAZ
Tarix: 8-04-2023, 05:23 | Çap et
“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur”

Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev Bakıya birdəfəlik qayıtdıqdan sonra bir çox verilişlərdə qonaq olub, mütəmadi olaraq müsahibələr verdi. Cavanşir müəllim kimi sənətkarı tez-tez görməyə, məsləhətlərini eşitməyə necə də ehtiyac duyurduq. Hələ ki, bayağılığın, insanların zövqünü korlayan mahnıların, ifaçıların qulağımıza, gözümüzə zülm etdiyi bir vaxtda onu və onun kimi dühaları axtarırıq.

Bu məqamda hər nə qədər Azərbaycandakı mobil nömrəsini bilməsək də, ev telefonuna zəng edib, Cavanşir müəllimlə qısa söhbət etdik.

DİA.AZ-ın məlumatına görə, bəstəkar “Sherg.az”a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin monitorinqlərindən, mədəniyyət sahəsində aparılan islahatlardan, səhhətindən danışdı.

-Yəqin ki, “Mahnılarımız monitorinq aynasında” kitabından və siyahılardan xəbərdarsınız. Bu addımla bağlı siz nə düşünürsünüz?

-Mən və bəzi həmkarlarım 30 il bundan əvvəl bu barədə danışmışdıq. Həmin qəzetlər mənim arxivimdədir, saytlarda dərc olunan açıqlamalarımın arxivi qalıbsa, orada da durur. Biz deyirdik ki, bu işin axırı pis olacaq. O dövrdə Yutüb, Feysbuk yox idi, yalnız elektron məktublar yaza bilirdik. Hər şey televiziya kanallarında, konsertlərdə baş verirdi. Onda deyirdik ki, bu gedişat təhlükəlidir, keyfiyyətsiz mahnıları təbliğ etmək olmaz. Bizi dinləyən olmadı. Çünki bəzi insanlar fikirləşirlər ki, hansısa vəzifəyə təyin olunanda, gecə yatıb səhər durana qədər bütün biliklər beyinlərinə dolacaq. Belə hiss edirlər ki, hamıdan çox bilirlər və kimsəni dinləmirlər.

-Hələ o dövrdən siz xəbərdarlıq etmisiz...

-Bəli. Bildirirdik ki, sonu pis olacaq, milyonlarla zövqsüz və musiqi qulağı olmayan insan yetişdirəcəksiniz. Bunlar sürü halında olacaq və heç nəyi dinləməyəcəklər. Bu keyfiyyətsiz, bayağı adlanan mahnılardan başqa heç nəyə qulaq asmayacaqlar. Onların zövqləri korlanacaq. Zövqü korlanan insanın mədəniyyəti də, tərbiyəsi də olmur. O vaxt dediklərimizin hamısı indi baş verir. Dövlət strukturu də işə qarışmağa məcbur olub. Bəs biz bunu onda deyəndə niyə diqqət edilmirdi? İndi isə heç nəyin faydası olmayacaq. Çünki internet dövründə bunların qarşısını ala bilməyəcəklər. Bu mahnıların əksəriyyəti sosial şəbəkələrdə səslənir, efirdə o qədər də çox deyil. Şəhərdə dəfələrlə görmüşəm ki, avtomobildə dinləyirlər, səsini də yüksəldirlər ki, yolda gedən insanlar da eşitsin. Baxın, belə tərbiyəsiz nəsil yetişir. Onları heç bir dəyərli keyfiyyəti sənət əsərlərinə cəlb etmək mümkün olmayacaq. Bu uşaqlıqdan gəlməlidir. Yekə adamlardır, onlara zorla nəyisə dinlətdirmək olmaz.

-Sizcə, heç irəliləyiş olmayacaq?

-Proqnozum çox pessimistdir. Azərbaycan cəmiyyəti get-gedə mədəniyyətsizləşir. Baxmayaraq ki, Filarmoniayda çox konsert təşkil olunur. Amma bu gənclərin maraq dairəsində deyil, getmirlər. Tədbirlərə yığışan insanlar ya musiqiçilərin dost-tanışıdır, ya da musiqiçilərdir. Televiziyada yayımlananda da başqa kanala çevirirlər. Vəziyyət yaxşı deyil. Bu elə bir vəziyyətə gətirib çıxaracaq ki, Azərbaycanda musiqiçilərin də keyfiyyəti aşağı düşəcək. Hər şeyi itirəcəyik. Üzeyir bəyin bünövrəsini qoyduğu mədəniyyət zəlzələdə yıxılan binalar kimi çatlayıb töküləcək.

-Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Adil Kərimli bir sıra islahatlar həyata keçirir. Məsələn,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru dəyişdi, Xalq artisti Yusif Eyvazov bu vəzifəyə təyin olundu. Bundan başqa, bir sıra işdən çıxarılmalar oldu. Siz nə düşünürsünüz, fikrinizcə, mədəniyyətimizin inkişafında bu islahatlar hansı rolu oynayacaq?

-İslahatlar lazımdır. Mən daha dərin islahatlar keçirərdim. İnşallah faydası olar. Hər bir islahatı alqışalamaq lazımdır. Hamımız nəticəsinin yaxşı olmağını istəyirik.

-Özünüz, səhhətiniz necədir?

-Şükür Allaha. Sizinlə söhbət edirəmsə, deməli danışmaq imkanım var (gülür).

-Bakıya yeni gələndə sizi verilişlərdə tez-tez görürdük. Sanki indi daha az efirə çıxırsız. Səbəb nədir? Dəvət gəlmir, yoxsa özünüz getmək istəmirsiz?

-Məlumatınız yanlışdır. Son zamanlarda da gəlib çəkirlər. Ola bilər ki, siz sadəcə görə bilmirsiniz. Verilişlərdə yenə varam, problem yoxdur.

-Yaradıcılığınız nə yerdədir? Yeni əsərlər bəstələyirsiniz?

-Dayanmadan yazıram. Amma əsərlərim haqda danışmaq istəmirəm.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru